280
Allergik reaksiya zamanı qan damarlarının zədələnmə dərəcəsindən asılı
olaraq, müxtəlif allergik xəstəliklər əmələ gəlir.
Ekzema. Ekzema hazırda ən geniş yayılmış dəri xəstə¬liklərindən olub,
bəzi formalarında allergik komponent¬lərin əhəmiyyəti vardır. Ekzema
anadan olandan qocalana qədər bütün yaşlarda, həm kişilərdə, həm də
qadınlarda eyni dərəcədə təsadüf olunur.
Ekzema dərinin səthi qatlarının zədələnməsi ilə aşkar olur. Dəri səpir,
qızarır, bir qədər şişir, orada xırda düyün- cüklər və sudurcuqlar görünür.
Çox keçmədən sudurcuqlar deşilir və həmin yerdə sulanma əmələ gəlir.
Sulanma tezliklə quruyur və zədələnmə nahiyəsində nazik qartmaq əmələ
gətirir. Qartmaqlar quruyub töküləndən sonra ekzemanm yerində normal
dəri əmələ gəlir. Ekzema nahiyəsində daim qaşınma müşahidə olunur.
Psixi sarsıntılar, mənfi emosiyalar və bunun nəticəsin¬də yuxusuzluq,
ruhi düşkünlük, mənəvi sarsıntılar ekzema¬nm baş verməsində və xronik
ekzemanm kəskinləşməsində böyük rol oynayır.
Kəskin ekzemanm eritemalı, düyünciiklü, sudurcuqlu stadiyaları tezliklə
bir-birini əvəz edir. Bəzən bir neçə saat və ya bir neçə gün müddətində
birinci üç stadiya da keçib gedir, sulanma əmələ gəlir.
Sonra tədricən, bəzən də çox tezliklə qaşınma azalır. Kəskin iltihab halları
çəkilir, qartmaqlar tökülür, zədə¬lənmə nahiyəsində dəri normallaşır.
Qalmış piqment ləkələri tezliklə sorulur.
Düzgün müalicə nəticəsində kəskin ekzema, əsas etibarilə sağalmaqla
qurtarır. Müalicəsiz qaldıqda və ya düzgün müalicə edilmədikdə, xronik
hala keçir.
Allergik dəri xəstəliklərinin müalicəsi və profilaktikası
Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən
başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu
downloaded from KitabYurdu.org
281
maddələrdən də istifadə edilir. Bu maddə¬lər iki yerə bölünür: 1) mineral
yağlardan, neftdən və neft məhsullarından (lak, qətran və s.) qoruyan; 2)
turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar.
Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi»
və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə
əmələ gətirir.
İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir.
İşdən sonra «Lanolin», «Yantar» və s. kremləri sürtmək məsləhət görülür.
Ümumiyyətlə, allergiyaların müalicəsi iki istiqamətdə aparılır:
1)
orqanizmin, xüsusilə sinir sisteminin möhkəmlən¬dirilməsi;
2)
allergenin orqanizmdən çıxarılması.
Hər iki istiqamətdə həkim nəzarəti altında kompleks müalicə yaxşı nəticə
verir.
Autoallergiya da ləng gedişli allergik reaksiyalara aiddir. Bunları
autoallergenlər (endoallergenlər) törədir. Autoallergenlər 2 növdür:
1.
Təbii autoallergenlər - orqanizmin bəzi toxuma¬larının (sinir
liflərinin mielin qişasının, göz büllurunun, yumurtalığın və s.) immun
sistem hüceyrələrindən təcrid olunmuş dəyişikliyə uğramamış
zülallarıdır. Yerləşdikləri toxumalar zədələndikdə, həmin zülallar
immunokom- petent hüceyrələrlə təmasda olub, autoallergiya törədir.
2.
Qazanılmış
autoallergenlər - fiziki, kimyəvi amillə¬rin,
hipoksiyanm (qeyri - infeksion) və ya mikroorqanizm- lərin, virusların
(infeksion) təsirindən dəyişilmiş toxuma zülalları, yaxud zülalların
kimyəvi maddələr, yaxud mikrob və ya toksinlərlə kompleks
birləşmələridir.
downloaded from KitabYurdu.org
282
Patogenezində autoallergik komponentin iştirak etdiyi xəstəliklər (diffuz
qlomerulonefrit, qırmızı qurd- eşənəyi, simpatik oftalmiya və s.)
autoallergik xəstəliklər adlanır.
XVII. İNFEKSİON XƏSTƏLİKLƏR
Mikroblar
Mikroorqanizmlər mikroskopik - gözlə görünməyən canlılardır.
Mikroblarm həyat fəaliyyətini, hüceyrə qurulu¬şunu mikrobiologiya elmi
öyrənir. Mikroorqanizmlərin ölçüləri o qədər kiçikdir ki, məsələn, bir
damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə
də onları min, on min dəfələrlə böyüdən mikroskoplarda görmək
mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar,
ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir.
Mikroorqanizmlər böyük əhəmiyyətə malikdirlər. Bunların iştirakı ilə
üzvi və mineral birləşmələrin çevrilməsi prosesləri gedir. Çox qədim
dövrlərdən hələ bu orqanizm¬lər haqqında heç bir məlumat olmadan
onlardan istifadə etmişlər. Onların fəaliyyəti nəticəsində spirtli içkilər,
süd məhsulları hazırlamış, xəmiri qıcqırtmışlar. Yalnız sonra- lar məlum
olmuşdur ki, bütün bu proseslərin əmələ gəlməsinə səbəb
mikroorqanizmlərdir.
Təbiətdə elə bir sahə yoxdur ki, orada mikroblar bilavasitə iştirak
etməsinlər. Onlar bitki və heyvan qalıq¬larının parçalanmasında, üzvi və
qeyri-üzvi maddələrin əmələ gəlməsində əsas rol oynayırlar.
Mikroorqanizmlər torpağın ayrılmaz hissəsi olub, orada gedən bütün
proseslərdə iştirak edirlər. Mikroor¬qanizmlərin bitkilərin həyatında rolu
olduqca böyükdür. Mikroorqanizmlərin sənayedə də, xüsusilə yeyinti
sənaye¬sində, tibbdə dərman hazırlanmasında və s. mühüm əhəmiyyəti
vardır.
Bir
çox
antibiotik
maddələr,
dərman
preparatları
mikroorqanizmlərdən hazırlanır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |