S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə85/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   81   82   83   84   85   86   87   88   ...   153

277 

 

İtlərdə  anafilaktik  şok  zamanı  xüsusən  portal  qan  dövranı  pozulur, 



qaraciyərdə, bağırsaq damarlarında durğunluq müşahidə edilir. Odur ki, 

şok damar çatışmaz-lığı ilə gedir və çox az hallarda ölümlə nəticələnir. 

Dovşanlarda  anafılaktik  şokun  patogenezində  əsas  yeri  kiçik  dövranda 

qan  durğunluğu  tutur  ki,  bu  da  ağciyər  ödeminə  və  sağ  ürəyin 

çatışmazlığına səbəb olur. 

Siçan  və  siçovullarda  anafilaktik  şok  çətin  əmələ  gəlir;  sensibilizasiya 

törətmək  üçün  əlavə  təsirlər  tətbiq  etmək  lazım  gəlir.  Məsələn, 

adrenalektomiya  sensibiliza-  siyanı  asanlaşdırır.  Bu  heyvanlarda  şok 

kapilyar keçiri- ciliyinin və tənəffüsün pozulması ilə təzahür edir; onlar 

tənəffüs  mərkəzinin  iflicindən  ölürlər.  Təşrih  zamanı  bağır¬saqlarda 

qansızma müşahidə edilir. 

Meymunlarda anafilaktik şok törətmək həmişə mümkün olmamış, ancaq 

onların  bəzi  növlərində  (məsələn,  Macacus  Rhesus)  anafilaktik  şok  və 

Artyus  fenomeni  alınmışdır.  Anafılaktik  şok  zamanı  meymunlarda 

tənəffüs çatışmazlığı və kollaps müşahidə edilir. 

İnsanda  anafılaktik  şok  ən  təhlükəli  allergik  reaksiya¬dır.  Şok  zamanı 

bronxlarda spazm nəticəsində ağciyərlərin ventilyasiyası pozulur, arterial 

təzyiq  enir,  bədən  tempera¬turu  düşür,  pulsasiya  edən  başağrısı, 

qulaqlarda küy, qaşınma müşahidə edilir, asfıksiya inkişaf edir. Müxtəlif 

xəstələrdə  anafılaktik  şok  əlamətlərinə  və  gedişinə  görə  fərqlənir. 

Anafılaktogen orqanizmə daxil olduqdan sonra 

şokun əlamətləri nə qədər tez başlanırsa, gedişi bir o qədər ağır olur. 3-10 

dəqiqə  ərzində  başlanan  şok  daha  ağır  keçir  və  təcili  yardım 

göstərilmədikdə, ölümə səbəb olur. 

Anafilaktik  şokdan  sonra  sağ  qalmış  orqanizm  ana-  filaktogenə  qarşı 

həssaslığını itirir və yenidən anafılak- togen yeridilsə, reaksiya müşahidə 

olunmur.  Deməli,  orqanizmdə  desensibilizasiya  halı  yaranır.  Bu  hal, 

downloaded from KitabYurdu.org




278 

 

məsələn,  insan  orqanizmində  2-3  həftə  davam  edib,  sonra  yenidən 



sensibilizasiya ilə əvəz olunur. 

Anafilaksiyanm xarakterik yerli təzahürünə Artyus və Overi fenomenləri 

aiddir. 

6 günlük 

Dovşanın  dərisi  altına  0,5  -  1  ml  at  serumu  yeridilsə,  bu  yad  zülal 

inyeksiya  yerində  heç  bir  nəzərə  çarpan  iz  qalmadan  sorular.  Həmin 

dozada  at  serumu  5  -  fasilələrlə  təkrar  yeridildikdə  isə  onun  sorulması 

çətinləşir  və  iltihab  törənir,  inyeksiya  sahəsində  hiperemiya,  şişkin¬lik, 

leykositlərin  emiqrasiyası  müşahidə  edilir.  4-5  inyek-  siyadan  sonra 

intensiv nekrozlaşmış iltihab reaksiyası dərini və dərialtı toxumanı əhatə 

edir. Bu, Artyus fenomeni adlanır. Artyus fenomeni sürətli və ləng gedişli 

allergik  reaksiyaların  əsas  əlamətlərini  özündə  birləşdirən  qarışıq  tipli 

reaksiya  olub,  onun  inkişafında  presipitasiyaedici  antitellər  mühüm  rol 

oynayır.  Qanda  presipitinlərin  miqda¬rını  müəyyən  səviyyəyədək 

artırmaqla daxili orqanlarda da Artyus fenomeni tipli reaksiya almaq olar. 

Overi  fenomeni  və  ya  sürətli  dəri  anafılaksiya  reak¬siyası  dəniz 

donuzlarında  əmələ  gələn  ümumi  anafilak-  siyanm  yerli  əlamətidir. 

Həmin reaksiyanı 2 formada törətmək mümkündür: 

1) 

aktiv dəri anafilaksiyası; 



2) 

passiv dəri anafilaksiyası. 

Aktiv  dəri  anafilaksiyası  almaq  üçün  sensibilizasiya  olmuş  dəniz 

donuzunun  dərisinə  allergen  (yumurta  ağı)  yeridilir.  İnyeksiya 

nahiyəsində  allergen  -  antitel  reaksiyası  ilə  əlaqədar  kapilyarların 

keçiriciliyi yüksəlir. Bunu aşkar etmək üçün qana tripan və ya Evans abısı 

yeridirlər  və  3  -  4  dəqiqədən  sonra  inyeksiya  nahiyəsi  intensiv  surətdə 

boyanır. 

downloaded from KitabYurdu.org



279 

 

Passiv  dəri  anafilaksiyası  almaq  üçün  sağlam  dəniz  donuzunun  qanma 



hazır antitellər, yəni sensibilizasiya edilmiş digər heyvanın qan serumu 

yeridilməlidir. Antitel¬lər bir sutka -ərzində dəridə və digər toxumalarda 

fiksə olunur. Bundan sonra dəniz donuzunun dərisinə allergen və qanma 

Evans abısı yeritməklə yerli dəri anafilaksiyası aşkar edilir. 

Ləng  gedişli  allergik  xəstəliklər.  Bu  xəstəliklərə  bakte-  rial  allergiya, 

kontakt  dermatiti,  toksik-allergik  dermatit,  neyrodermit,  transplantatm 

ayrılma  reaksiyası  və  s.  aiddir.  Bu  qrup  xəstəliklər  spesifik  allergenin 

orqanizmə  daxil  olduğu  andan  bir  neçə  həftə  sonra  özünü  büruzə  verir. 

Xəstəlik dəridə, xüsusilə üzdə, əllərin üstündə məhdud bir nahiyədə əmələ 

gələn qızartı, şişkinlik, xırda düyüncüklər, sudurcuqlar, yerli qaşınma ilə 

başlanır. Peşə ilə bağlı kimyəvi maddələrlə kontaktdan baş verdiyi üçün 

belə  xəstəlikləri  allergik  kontakt  dermatiti  adlandırmışlar.  Xəstəlik 

tezliklə sağalır və yenidən qayıtma ehtimalı olduğundan, xəstələnmiş şəxs 

həmin işdən başqa işə keçirilməli və ya allergiya törədən kimyəvi maddə 

ilə təması dayandırmalıdır. 

Allergik kontakt dermatiti ev şəraitində paltaryuyan tozlarla, həşəratlarla 

mübarizə  vasitələri,  məişətdə  işlədilən  digər  kimyəvi  maddələrlə  təmas 

zamanı  da  baş  verir.  Bəzən  allergik  kontakt  dermatiti  kosmetik 

maddələrlə təmasda olduqda, xüsusən kosmetik maddələrdən həddindən 

artıq istifadə etdikdə də baş verir. Çünki onların hamısı kimyəvi maddə 

olub,  xarici  qıcıqlandırıcıdır.  Ona  görə  də  kosmetik  maddələrdən  necə 

gəldi,  uzun  müddət  istifadə  etmək  məsləhət  deyildir.  Onlardan  yerində, 

lazım gəldikdə qısa¬müddətli (məclis və mərasimlərdə) istifadə edilməsi 

allergiyanın əsas profilaktikasındandır. 

Toksik  allergik  dermatit.  Toksik  allergik  dermatitlərin  səbəbi  olan 

allergenlər orqanizmə, əsas etibarilə, qidalan¬ma yolları vasitəsilə daxil 

olur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə