255
1.
Koma təhlükəsi - əsəbilik, sürətlə psixi üzülmə, sutkalıq rejimin
təhrif olunması (gündüz yatıb, axşam oyaq qalır), tremor, ağızda
xoşagəlməz təm, yüngül sarılıq qeyd edilir.
2.
Prekoma (komaönü vəziyyət) - birinci mərhələdəki simptomlar, o
cümlədən, tremor güclənir, psixotik vəziyyət törənir, vaxtaşırı huş itir,
ağızdan «qaraciyər qoxusu» (çürümüş ət iyi) gəlir.
3.
Koma - huşun itməsi və reflektor fəaliyyətin pozul¬ması fonunda
yuxarıda göstərilən əlamətlər şiddətlənir. Qaraciyərin yüksək
regenerasiya qabiliyyəti sayəsində orqanizm özü bu vəziyyətdən çıxa
bilər, amma koma tək-rar olur və nəhayət, ölümə səbəb olur.
Qaraciyər komasının bilavasitə səbəbi qaraciyərin baryer funksiyasının
pozulması nəticəsində orqanizmin öz metabolitləri (ilk növbədə
ammonyak) ilə zəhərlənməsidir. Odur ki, xəstələrin qida rasionunda
heyvani zülalları çıxarır, venaya qlükoza və bəzi aminturşular (məsələn,
metionin) yeridirlər. Qaraciyərdə zülalların sintezini müəy-
yən dərəcədə normallaşdıran qlükokortikokoidlər və yanaşı gedən
infeksiyaların qarşısını almaq üçün geniş təsir spektrinə malik
antibiotiklər tətbiq edilir.
IV. Böyrək
koması
uremiyanın
(böyrək
çatışmazlığı)
son
mərhələlərində kompensasiya olunmamış asidoz və orqanizmin elektrolit
balansının (ilk növbədə maqnezium mübadiləsinin) dərin pozulmaları
nəticəsində törənir. Hazırda ən effektli müalicə hemodializdən və ya
böyrəyin transplantasiyasından ibarətdir.
V.
Malyariya koması tropik malyariyadan ölümün səbəblərindəndir.
Malyariya tutması zamanı eritrositlər dağıldıqda, həm onların, həm də
plazmodilərin parçalan¬ması məhsulları orqanizmi zəhərləyir.
Bunlardan əlavə, anoksiya, eklampsiya (hamiləlik tok- sikozu zamanı),
apopleksiya (beyinə qansızma), böyrəküstü vəzi (Addison xəstəliyi və ya
downloaded from KitabYurdu.org
256
qlükokortikoidlərlə müalicənin kəsilməsi zamanı) koması, tireotoksik,
hipoxloremik (ha¬milələrdə arasıkəsilməz qusma zamanı) koma ayırd
edilir.
Komatoz vəziyyətlər sürətlə inkişaf edir və tez ölümə səbəb ola bilər.
Odur ki, həkim diaqnozu tez müəyyən¬ləşdirib, həm bütün komalar üçün
ümumi olan, həm də onların həmin növü üçün xarakterik olan pozulmaları
nəzərə almaqla təcili tibbi yardım göstərməlidir.
Bayılma və kollaps
Bayılma - beyin toxumasında qidalanmanın qəflətən pozulması
(hipoksiya) nəticəsində huşun itməsi ilə xarak¬terizə olunan patoloji
vəziyyətdir.
Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının
kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər bayılma törədə
bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorlarm və bəzi digər
farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona,
vestibulyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması,
həddən artıq fiziki gərginlik, ürəyin bloka¬dası, ekstrasistoliyadan
sonrakı kompensator pauza və s.
251
Bayılma adətən bir neçə dəqiqə çəkir: xəstənin ümumi vəziyyəti pisləşir,
narahat olur, əzələ tonusu zəifləyir, damar tonusu kəskin surətdə pozulur
və o, huşunu itirir. Bu dəyişikliklər üç mərhələdə gedir:
1.
İlkin əlamətlər mərhələsi - xəstə narahatlıq hiss edir, ümumi zəiflik,
başağrısı, ürək nahiyəsində xoşagəlməz hissiyyat, öyümə qeyd edilir.
2.
Huşun itirilməsi - xəstənin görmə qabiliyyəti pozulur, qulaqlarında
küy hiss edir; vegetativ damar pozulmaları qeyd edilir; dərinin və selikli
qişaların rəngi avazıyır, arterial təzyiq və əzələ tonusu azalır. Bu
downloaded from KitabYurdu.org
257
dəyişikliklər bir neçə saniyə ərzində xeyli şiddətlənir, xəstə huşunu itirib
yıxılır.
3.
Bərpa mərhələsi - prosesin ağırlığından asılı olaraq, bir neçə
saniyədən bir neçə dəqiqəyədək müddət ərzində xəstənin huşu bərpa olur.
Bayılmadan sonra xəstələr bir neçə müddət zəiflikdən, süstlükdən,
yuxusuzluqdan, başağrısından şikayət edirlər. Bayılma o qədər də
təhlükəli, hal deyildir. Yardım üçün ııaşatır spirti iylədir, xəstəni
uzandırırlar, üzünə soyuq su səpirlər, ətrafları qızdırmağa çalışırlar.
Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə
yerləşdirilir. Ayaqlara isitqac qoyulur. Arterial təzyiqi artırmaq üçün,
damardaraldan dərmanlar¬dan adrenalin, dəri altına kofeiıı, kordiamin,
korazol vurulur. Xəstə üçün rahatlıq yaradılmalıdır; bədənin qızması üçün
isti kofe içirtmək olar.
Kollaps (latınca kollapsus - süst - zəifləmiş) - damar tonusunun zəifləməsi
və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar
çatışmazlığıdır.
Klinik mənzərəsinə görə kollaps şoku xatırlatsa da, etiopatogenez
baxımından bunlar arasında prinsipial fərq vardır: kollapsın etiologiyası
ilk növbədə ürək-damar sisteminin fəaliyyətinin pozulması ilə
əlaqədardır; şok zamanı isə əvvəlcə sinir sisteminin fəaliyyəti pozulur və
ilk növbədə sinir komponentinin aradan qaldırılması vacibdir.
Kollaps zamanı qanın ürəyə qayıtması çətinləşir, arterial təzyiqlə yanaşı,
venoz təzyiq də enir. Toxumaların qidalanması və maddələr mübadiləsi
pozulur, beyində hipoksiya törənir, orqanizmin funksiyaları kəskin
surətdə zəifləyir. Kollapsm klinik əlamətlərinə xəstənin rənginin qəflətən
avazıması, nəbzin sürətli və dolğunluğunun zəif, tənəffüsün səthi və
seyrək olması, ətrafların soyuması, bədən temperaturunun azalması,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |