230
göndərir. Duyğu orqanları daim işləyərək, hərəkətləri istiqamətləndirir. və
bunlara nəzarət edir. Duyğu orqanında hər bir reseptor ancaq bir qıcığı
qəbul edir və öz adekvat qıcığına qarşı çox həssasdır.
Reseptorlar, onlarda törənən oyanmaları mərkəzə nəql edən hissi sinir və
baş beyninin böyük yarımkürələr qabığındakı xüsusi nahiyələr (sinir
mərkəzi) vahid sistem təşkil edir ki, burada duyğu yaranır və qıcıqlar təhlil
edilir. Belə sistemə analizator deyilir. Analizatorun üç hissəsindən hər
hansı biri zədələndikdə, qıcıqları ayırd etmək qabiliyyəti itir. Ətraf aləmi
bu analizatorlarm işi sayəsində dərk etmək mümkün olur.
Görmə analizatoru. Görmə insanın həyatında, onun zehni və əmək
fəaliyyətində böyük rol oynayır.
Göz kəllənin göz yuvasında yerləşir. Gözləri göz alması sümüyünə
birləşmiş əzələlər hərəkət etdirir, göz qapaqları və kipriklər qoruyur.
Gözün bayır küncündə yerləşən gözyaşı vəzilərinin ifraz etdiyi maye
gözün üzərini isladır, qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır.
Sonra da gözyaşı kanalı ilə burun boşluğuna axır.
Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən
qoruyur. Bu qişa gözün ön hissəsində şəffaf olub, buynuz qişa adlanır.
Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir və gözü qanla
təmin edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı
maddə - qara piqment qatı vardır. Damarlı
qişanın ön hissəsinə qüzehli qişa deyilir. Qüzehli qişanın mərkəzində
dəlik vardır ki, bu, bəbək adlanır. Bəbək gözün içərisinə işıq düşməsini
tənzim edir. İşıq güclü olduqda bəbək daralır, zəif olduqda isə genəlir.
Bəbəyin arxasında iki tərəfi qabarıq şəffaf büllur yerləşir. O, kirpikli əzələ
ilə əhatə olunmuşdur. Göz almasının daxili qişası torlu qişadır ki,
baxdığımız cismin xəyalı burada almır. Burada görmə reseptorları-çöplər
downloaded from KitabYurdu.org
231
və kolbacıqlar vardır ki, çöplər toran işığı, kolbacıqlar isə parlaq işığı və
rəngi qəbul edir.
Tor qişada işıq sinir impulslarına çevrilir, bunlar görmə siniri ilə baş
beyinə - böyük yarımkürələr qabığının görmə nahiyəsinə ötürülür. Burada
qıcıqlar tamam ayırd olunur, yəni əşyaların rəngi, forması, ölçüsü,
işıqlanma dərəcəsi, yerləşməsi, hərəkəti fərqləndirilir.
Görmə analizatorunun insanın psixi inkişafında və həyat fəaliyyətində
rolu çox böyükdür. Onun funksiyası pozulduqda, davranışda bir sıra
dəyişikliklər əmələ gəlir. O, üç hissədən ibarətdir. Daxilində
fotoreseptorlar yerləşən göz alması birinci, görmə siniri ikinci, baş
beyninin ənsə payında yerləşən ali görmə ıpərkəzi üçüncü hissəni təşkil
edir. Normal gözün şüanı sındırma xassəsinə refraksiya deyilir. Müxtəlif
məsafədə yerləşən əşyanın dəqiq ayırd edilməsinə yönəldilmiş gözün
uyğunlaşması qabiliyyəti akkomodasiya adlanır. Göz almalarının
yaxındakı əşya üzərinə yönəlməsinə konvergensiya, bir-birindən
uzaqlaş¬masına divergensiya deyilir. Gözlərin mühafizə funksi¬yasını
göz qapaqları, gözyaşı vəziləri və göz almasının səmtini dəyişən hərəki
əzələlər yerinə yetirir.
Eşitmə-müvazinət analizatoru. İnsanlar eşitmə sayə¬sində özlərinin əmək
və ictimai fəaliyyətində bir-biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini
şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində
yaşayırlar.
t
insanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni
16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə
malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə, 16
hersdən aşağı səs
downloaded from KitabYurdu.org
232
dalğalan isə infrasəs dalğalan sahəsinə aiddir. 1000 - 3000 hers hədlərində
insan qulağı maksimal həssaslığa malikdir.
Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olun¬muşdur: daxili
qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi.
Qeyd etmək lazımdır ki, daxili qulaqda eşitmə resep- torları ilə yanaşı,
müvazinət hissiyyatının reseptorları da yerləşmişdir. Xarici qulaq - qulaq
seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta
qulaq arasında təbil pərdəsi yerləşmişdir.
Orta qulaq kiçik kamera şəklindədir. Orta qulaqda və ya təbil boşluğunda
biri digəri ilə mütəhhərik birləşmiş üç qulaq siimükcüyü - çəkic, zindan
və üzəngi yerləşmişdir.
' Atmosfer təzyiqinin xarici və orta qulaqda bərabərləş¬məsini təmin edən
Yevstax borusu orta qulaqdan başlanıb, udlağa açılır.
Daxili qulaq - mürəkkəb reseptor orqanıdır. Burada ilbiz və qıvrım
kanalcıqlar vardır ki, birlikdə labirint adlanır. Bu, eşitmə-müvazinət
orqanıdır. Kəllə sinirlərinin VIII cütü olan dəhliz - ilbiz siniri ilbiz və
müvazinət (vesti- bulyar) sinir liflərindən əmələ gəlmişdir. Hər bir sinir
lifi bir və iki tükciiklü hissi hüceyrədən sinir impulsu şəklində özünə
məxsus səs dalğasını qəbul edir və onu uzunsov və ara beyində yerləşən
ilkin eşitmə neyron toplularına çatdı¬rır. Oradan sinir impulsu böyük
yarımkürələrin qabığın¬dakı ali eşitmə mərkəzinə ötürülür. Mərkəz
qabığın gicgah nahiyəsindədir.
Fəzada gövdənin yerləşməsinin müəyyənləşdirilmə- sində və yerin cazibə
qüvvəsinə qarşı müqavimətin gös¬tərilməsi prosesində, insanın səmada
davranış fəaliyyətinin təşkilində vestibulyar aparat əsas yer tutur. Bu
reaksiyala¬rın yerinə yetirilməsində daxili qulağın müvazinət aparatı,
görmə və dəri analizatorları, eləcə də skejet əzələlərində, oynaq və
vətərlərdə yerləşən proprioreseptorlar, yəni hərəki analizator iştirak edir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |