S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

84
Çako vilayəti. Argentina
Pedro içəri girəndə Xose divanda oturub şəkil çəkirdi. 
Ona mane olmaq istəməsə də, fikrini dəyişərək gəlib ya-
nında oturdu:
-Nə çəkirsən orada?
-Çin səddi.
-Baxmaq olar?
Xose hələ tamamlamadığı rəsmi atasına uzadıb dedi:
-Al bax. Onsuz da çəkdiklərimi sizdən başqa heç kimə 
göstərə bilməyəcəyəm.
Pedro şəkilə baxa-baxa dedi:
-Sənə bir şad xəbərim var.
-Çoxdandır şad xəbər eşitmirəm. De gəlsin.
-Azərbaycanda  əngəlli  insanlar  üçün  xüsusi  mərkəz 
açılıb. Bu gün iş yerində eşitdim ki, iki ay bundan qabaq 
həmin  mərkəzin  Argentinada  da  filialı  yaradılıb.  Mən 
həmin yerlə əlaqə saxlayıb sənin haqqında danışdım. Mənə 
dedilər ki, üç aydan sonra Azərbaycanda əlil rəssamların 
əl  işlərindən  ibarət  sərgi  açılacaq,  oğlunuz  orada  iştirak 
edə bilər.
Xose sevinclə soruşdu: 
-Doğru deyirsən?
-Əlbəttə. Hazırlaş bazar ertəsi çəkdiyin bir neçə rəsmlə 
birgə Buenos Ayresə gedəcəyik. Qoy görsünlər mənim oğ-
lum necə fərasətlidir.
-Çox sağ ol atacan. Sən dünyanın ən qayğıkeş atasısan.
-Amma əvəzində mənim də səndən iki istəyim var.
-Nə desən mən hazır.
-Birincisi, dərslərini kənara qoymamalısan. İkincisi isə 
bacarsan Veneranın da şəklini çək, qoy Lusiyə hədiyyə ol-
sun.


85
-Mən artıq başlamışam. – üzünü mətbəxə çevirib so-
ruşdu: -Ana, bu gün neçənci gündür?
-Şənbədir.
-Bəs ayın neçəsidir?
-Əl çək Xose. Mən sənin üçün təqvim deyiləm. Pedro, 
Lusi niyə səninlə gəlmədi? Bütün günü o katibə qızın ya-
nında  olur.  Bilmirəm  danışmağa  bu  qədər  sözü  haradan 
tapırlar.
-Hə, yaman dostlaşıblar. Viktoriya Lusiyə kompüterdə 
işləməyi öyrədir. Bayaq yanlarından keçəndə eşidirəm ki, 
hansısa proqramın sadabından danışırdılar.
Xose gülümsünüb düzəliş etdi: 
-Sadab yoxe, ata, setap.
-Hər nə isə, qoy öyrənsin. Bunun Lusiyə ancaq xeyri 
dəyə bilər.
Bazar ertəsi Pedro yuxudan duranda Xosenin artıq ha-
zır olduğunu gördü:
-Sən bütün gecəni yatmamısan?
-Niyə ki, yatmışam. Sadəcə bəziləri kimi tənbəl deyi-
ləm.
Mariya corablarını geyinə-geyinə dedi:
-Pedro görəsən həmin mərkəzdə insanlara ədəb dərsi 
keçirlər?
Səs-küyə oyanan Lusiya atasının tərəfini tutdu:
-Qoçağa bir bax. Sən də dünən atam kimi bütün günü 
işləsəydin, bu gün günortaya qədər yatardın.
Xose stulda oturaraq, yalannan dodaqlarını büzdü:
-Nə olube, hamınız düşmüsünüz üstümə. Hələ buna 
bir bax, ərə də getmir ki, canımız qurtara. Haker olub mə-
nim üçün.
Pedro yerindən durub köynəyini geyinə-geyinə dedi:
-Bəsdir Xose. Deməmişəm Lusiynən işin olmasın?


86
Atasının  onun  tərəfini  tutduğunu  görüb  qürurlanan 
Lusiya:
-Çox sağ ol ata. Bunun cavabını verməsən, çiynimizdə 
oturar.
Mariya kiçk elektrik sobasını yandırıb dedi:
-Sən də az danış Lusi. Ondansa dur yerləri yığ. Mən də 
səhər yeməyi hazırlayım.
Pedro şlyapasını başına qoyub dedi:
-Biz tələsirik. Yoldan bir şey alıb yeyərik.
Pedro  bunu  deyib  ayaqqabılarını  geyinərək  qapıdan 
çıxdı. Xose də içində rəsmlər olan çantanı götürüb onun da-
lınca çıxanda Lusiya yenidən uzanıb yorğanı başına çəkdi. 
Mərkəzdə  Xoseylə  hərtərəfli  maraqlandılar.  Onu  üç 
aydan sonra keçiriləcək rəsm sərgisinin iştirakçıları siya-
hısına saldılar. Yaşadığı rayonda fəaliyyət göstərən rəsm 
dərnəyində  pulsuz  təhsil  alması  üçün  ona  xüsusi  kupon 
verdilər. Mərkəzin tibb şöbəsində kəsilmiş qolunun yerinə 
süni  qol  düzəltmək  üçün  ölçü  götürdülər  və  yaxın  vaxt-
larda  gəlib  yaşadığı  şəraitlə  yaxından  tanış  olacaqlarına 
söz  verdilər.  Geri  qayıdanda  Xose  böyük  sevinclə  ona 
deyilənləri  anasına  və  Lusiyaya  danışdı.  O  gün  axşam 
son iki ayda ilk dəfə olaraq, hər birinin üzü gülürdü. Şam 
yeməyindən  sonra  televiziya  qarşısına  yığılıb  sevimli  se-
riallarına  baxmağa  başladılar.  Serial  qurtarar–qurtarmaz 
sexin  darvazasının  zəngi  çalındı.  Pedro  qapını  döyənin 
kim  olduğunu  öyrənmək  üçün  çölə  çıxdıqdan  bir  neçə 
dəqiqə  sonra  Qustavo  ilə  birgə  geri  qayıtdı.  Xose  onları 
görən kimi durub Qustavoya yer verərək, özü çarpayının 
üstündə, anasının yanında oturdu. Qustavo içəridəkilərlə 
görüşdükdən sonra Lusiya soruşdu:
-Qustavo əmi nə içirsən?
-Kofe olsa əla olar.


87
Lusiya: -Baş üstə - deyib, sobaya tərəf gedəndə Qusta-
vo soruşdu:
-Hə Pedro, de görüm Xoseynən bağlı nə dedilər?
-Yaxşı ki, getdik. Bizi yaxşı qarşıladılar. Xoseni bu ya-
xınlarda keçiriləcək rəsm sərgisində iştirak etməyə dəvət 
etdilər.  Həm  də  söz  verdilər  ki,  ona  tezliklə  protez  qol 
düzəldəcəklər.  Nə  bilim,  dediklərini  etsələr  Xose  üçün 
yaxşı olar.
-Əlbəttə ki, yaxşı olacaq. Sən ürəyini sıxma. (Lusiya-
nın gətirdiyi kofeni ondan alıb qarşısına qoyaraq sözünə 
davam etdi). Bunlar yaxşı xəbərlərdir, amma bir xəbər də 
mən gətirmişəm. Bilmirəm, razı olacaqsan, ya yox.
Pedro kofedən bir qurtum içib soruşdu:
-O nə xəbərdir elə?
-Mənə bir iş təklif ediblər. İstəyirəm sən də mənimlə 
gedəsən.
-O nə işdir elə? - Pedro səbirsizliklə soruşdu.
-Tələsmə, indi hamısını danışacağam. Qonşu qəsəbədə 
böyük  bir  şirkət  açılıb,  taxta  emalı  ilə  məşğul  olurlar. 
Müxtəlif  ölkələrdən  ağac  gətizdirib  burada  emal  edirlər. 
Məni iki gün bundan qabaq işə götürüblər. Türk dilini bil-
diyim üçün dedilər ki, özünə işçi heyəti yığ, get Türkiyəyə. 
Bir–iki  aya  gedirəm.  Yaxşı  da  maaş  verəcəklər.  Məndə 
fikirləşdim ki, mənimlə gedərsən Tükiyəyə, ailə üzvlərin 
də qalıb burada gözətçilik edərlər. 
-Bəs maaşı nə qədərdir? -Mariya soruşdu.
-Gündə üç dəfə yemək, isti paltar, qalmağa yer və hər 
ay 5.000 ABŞ dolları maaş. Məncə, Pedro orada işləməyə ra-
zılıq versə, bir–iki ilə özünüzə ev ala bilərsiniz. Ancaq bir 
məsələ var ki, evə yalnız ildə iki dəfə gələ bilərsən. Hər beş 
aydan bir, bir aylıq icazə verirlər. Dağların əhatəsində oldu-
ğundan telefon işləmir. Yalnız məktublaşmaq mümkündür.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə