S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə2/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   2   3   4   5   6   7   8   9   ...   165

Müharibə üç il davam edir və farsların qələbəsi ilə başa çatır. Əhə- mənilər 

e.ə. 550-ci ildə Midiyanın paytaxtı Ekbatanı tutur. II Kir özünü Midiya şahı 

elan  edərək  “şahlar-şahı”  titulunu  qəbul  edir.  Əhəməni  şahlarının 

hakimiyyəti  irsi  xarakter  daşıyırdı.  Fars tayfalarında hakimiyyətin  atadan 

oğula  çatmasına  baxmayaraq,  qadın  xətti  ilə  hakimiyyətə  sahib  olmaq 

hüququ  da  qalmaqda  davam  edirdi.  Belə  ki,  II  Kirin  oğulları  II  Kambiz 

(e.ə.530-522) və Bardi öz bacıları ilə, II Artakserks isə (e.s.404-358) arvadı 

vəfat etdikdən sonra iki qızı ilə evlənmişdilər. 

Dövlətçilik 

ənənələri 

olmayan 

farslar 


Ekbatanı 

dövlətin 

mərkəzlərindən  birinə  çevirdilər  və  Midiyanın  dövlət  quruluşunu 

mənimsədilər. Bununla belə Midiya əyanları öz imtiyazlarını saxlamaqda 

davam edirdilər. 

Əhəmənilər  dövləti  işğalçılıq  siyasətini  davam  etdirərək  keçmiş 

Manna, Urartu, Elam, Parfıya, Hikraniyanı zəbt etdi. E.ə.546-cı ildə Lidiya 

ələ  keçirilir.  Tezliklə  Mərkəzi  Asiya,  Xarəzm,  Soqdiana,  Baktriya, 

Marqiana, Sak ölkələri və Hindistana qədər olan ərazilər işğal edilir. E.ə. 

539-cu ildə Babilistan məğlubiyyətə uğrayır. Babilistanın işğalından sonra 

Suriya,  Fələstin  və  Finikiya  könüllü  olaraq  Əhəmənilərə  tabe  olurlar. 

Finikiyalılar  və  digər  Kiçik  Asiya  tacirləri  və  sənətkarları  təhlükəsiz  və 

böyük bazarları olan böyük dövlətin yaranmasında maraqlı idilər. 

E.ə. 530-cu ildə II Kir Araz çayı hövzəsində yaşayan Massaget ölkəsinə 

qarşı  hərbi  yürüş təşkil  etmişdi.  Lakin bu  yürüş  uğursuzluqla nəticələnir. 

Massaget  çariçası  Tomris  fars  qoşunlarını  darmadağın  edərək 

məğlubedilməz Fateh II Kiri öldürür. 

Hakimiyyətə  gəlmiş  II  Kambiz  imperiyada  baş  qaldıran  üsyanları 

yatırmış, orduya muzdlu döyüşçülər cəlb etmiş və e.ə. 525-ci ildə Memfesi 

işğal edərək özünü Misir fironu elan etmişdir. 

II Kambiz Misirdə olarkən e.ə.522-ci ildə Əhəməni hakimiyyətinə qarşı 

İranda dövlət çevrilişi baş verdi. Kambizin nəsli əyanların imti-  yazlannı 

məhdudlaşdırmaq cəhdi və güclü mərkəzləşmiş hakimij^ət yaratmaq istəyi 

narazılıqlara səbəb olmuşdur. E.ə. 522-ci ilin martında hakimiyyətə gəlmiş 

Qaumat ilk qanunlar verərək əhalinin sosial və 



ziyyətini 

yaxşılaşdırmağa 

çalışır. 

Nəsli 


əyanların 

hüquqlanm 

məhdudlaşdıran  siyasət  isə  Qaumata  qarşı  sui-qəsd  təşkil  etməklə 

nəticələnir.  Dara  və  7  fars  əyan  nəsli  nümayəndələri  oktyabr  ayında  onu 

öldürürlər. I Dara (e.ə.522-486) sui-qəsd nəticəsində hakimyyətə gəlir. 

I  Daranın  hakimi}^ətinə  qarşı  bütün  imperiyada  üsyanlar  olur.  Dara 

çətinliklə  üsyanlan  yatırdı.  E.ə.518-ci  ildə  yaranmış  nisbi  sakitlikdən 

istifadə  edən  I  Dara  inzibati-maliyyə  islahatlanna  başlayır.  Mərkəzi 

hakimyyətin möhkəmlənməsi üçün əvvəlki inzibati ərazi vahidləri və xərac 

qaydaları ləğv  edilir.  Dövlət  idarəetmə  sistemində,  istila  edilmiş  ölkələrə 

nəzarəti gücləndirmək üçün satraplıq yaradılır. Yaradılmış 20 satraplığa 70 

xalq daxil idi. İstilaçı şah kimi tanınan I Dara dövründə Əhəməni imperiyası 

3äiksəliş dövrünü keçirirdi. 

Şah II  Artakserksin (e.ə.404-358) hakimyyətinin sonlarında Əhəməni 

imperiyası zəifləyir, Kiçik Asiyada Kariya, Lidiya, Kili- kiya və Hindistan 

artıq Əhəmənilərə tabeçilikdən çıxmışlar. 

Makedoniyalı İsgəndərinin şərqə yürüşü və e.ə. 331-ci ildə Qavqamel 

döyüşündə  III  Daram  (e.ə.336-330)  məğlub  edilməsi  ilə  demək  olar  ki, 

Əhəmənilər imperiyasının varlığına son qoyuldu. Zor gücü ilə yaradılmış 

imperiya süqut etdi. 

İran ərazisi Makedoniyalı isgəndərin imperiyasına qatıldı. E.Ə.312-ci 

ildə  İran  Selevkilər  dövlətinin,  e.ə.  III  əsrin  ortalarında  isə  Parfıya 

şahlığının  tərkibində  olmuşdur.  Sasani  dövlətinin  (b.e.  224-  cü  il) 

yaradılmasına qƏdər İran Parfıya dövlətində asılı olmuşdur. 



ICTİMAİ QURULUŞ 

Əhəmənilər imperiyası quldarlıq dövləti olaraq iki əsas sinifdən: hakim 

quldarlardan  və  qullardan  ibarət  idi.  Bununla  yanaşı,  əhalinin  müxtəlif 

kateqoriyaları  da  mövcud  olmuşdur.  İmperiyanın  ayrı-ayrı  ərazilərində 

hakim  sülalənin  maraqlarını  ifadə  edən  quldar  əyanlar  və  fars  tayfaları 

nümayəndələri böyük imtiyazlara malik idilər. 

Akkad  və  Misir  sənədlərinə  görə  farslar  imperiyanın  iki  Varlı 

əyalətlərində - Babilistan və Misirdə məskunlaşaraq iri torpaq və 




qul sahiblərinə çevrilirdilər. Fars əyanları torpaqla birlikdə orada yaşayan 

icmaçı-kəndlilərdə sahib olurdular. Adətən mülkiyyətə sahiblik irsi olaraq 

şah tərəfindən verilirdi. 

Onların  adına  verilmiş  sahiblik  xüsusi  şah  reyistrinə  daxil  edilirdi. 

Əhəməni  şahları  bütün  şəhərləri  də  öz  əyanlarına  paylayırdılar.  Şah 

hakimiyyətini  “könüllü”  olaraq  qəbul  etmiş  şəhər  “əfv”  edilərək  vergi 

verməkdən  azad  edilirdi.  Şahdan  imtiyaz  fərmanı  almış  əyanlar,  hakim 

olduqları əyalətdə torpağa sahibliklə yanaşı inzibati, maliyyə və məhkəmə 

səlahiyyətlərinədə malikdirlər. 

İmperiyanın  mərkəzində  və  inkişaf  etmiş  və  qədim  ənənələrə  malik 

olan  əyalətlərində  tam  hüquqlu  əhali  xalq  yığıncaqlarında  iştirak  etmək 

hüququna  malik  olmuşdular.  İkiçayarası  əyalətlərdə  tamhüquqlu  əhaliyə 

dövlət və məbəd məmurları, kahinlər, mirzələr, tacirlər, azad sənətkarlar və 

əkinçilər  daxil  idilər.  Hüquqi  cəhətdən  göstərilən  əhali  qrupu 

bərabərhüquqlu olmaqla onların statusu irsi müəyyən edilirdi. 

Mülki  hüquqlardan  məhrum  olunmuş  azad  əhali,  şah  hərbi  ka- 

loniyalarına  daxil  olan,  həmçinin,  özgə  torpaqlardan  olan  bu  və  ya  digər 

səbəbdən  müxtəlif  ölkələrdə  yaşayan  şah  xidmətində  olan  məmurlardan 

ibarət  olmuşdur.  Lakin  bu  əhali  özləri  üçün  özünüi-  darəçilik  orqanları 

yarada  bilirdilər.  Göstərilən  əhali  qrupu  ona  görə  hüquqlardan  məhrum 

edilmişdilər ki, onlar şəhər icma torpaq fonduna daxil olan torpaqlardan pay 

almaq və xalq yığıncağının üzvü olmaq hüququndan məhrum edilmişdilər. 

İmperiya  əhalisinin  digər  təbəqəsini  torpaqdan  məhrum  edilmiş  asılı 

əkinçilər  təşkil  edirdi.  Onlar  dövlətə,  şaha  və  xüsusi  adamlara  məxsus 

torpaqlarda irsi olaraq işləyirdilər. Hüquqi cəhətdən onlar təhkimçi kəndli 

və  ya  qul  olmasalarda  azad  əhalidən  fərqli  olaraq  hüquqlardan  məhrum 

idilər. Lakin onlann ahmb-satılması qanunla qadağan edilirdi. 

Əhəmənilər  imperiyasının  inkişaf  etmiş  əyalətlərində  qullar  digər 

daşınar  mülkiyyət  kimi  alqı-satqınm  predmeti  olmuşdur.  Onları  satmaq, 

bağışlamaq,  icarəyə  vermək,  irsi  olaraq  təhkim  etmək  mümkün  idi.  Şərq 

ölkələri üçün xarakterik olan köləlik, qulların daha çox evlərdə nökər kimi 

işlətməyə üstünlük verməsi Əhəmə- 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə