S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə20/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

azalır; buna mümkün səbəblərdən biri aorta divarlarını qanla təchiz edən 
damarların (vaza vazorum) ürəyin tac damarlarından başlamasıdır. 
 
Ağciyər  arteriyasının,  dəliyin  stenozlaşmasında,  qapağın  diffuz 
emboliya
sında,  ağciyər  arteriyasının  döş  qəfəsi  divarından  uzaqlaşması 
il
ə  müşayiət olunan anomaliyalarında,  magistral  damarların 
transp
ozisiyasında  pulmonal  hipertenziyanın  mövcudluğundan  asılı 
olmayaraq, ikinci tonun pulmonal komponentinin z
əifləməsi, yəni onun 
ucalığının  azalması  qeyd  edilir.  Ağciyər  arteriyasının  anadangəlmə 
infundibulyar stenozu zamanı ikinci tonun pulmonal komponenti olmaya 
bil
ər.  Qapaqların  kalsifikasiyası,  fibrozlaşması  ikinci  tonun  sönməsinə 
g
ətirib çıxarır.  
 
Ür
əyin  diastolası  onun  sistolasına  nisbətən davamiyyətli, daha 
doğrusu  sürəkli  olduğu  üçün,  birinci və  ikinci tonlar özünə  məxsus bir 
qrup t
əşkil edir. Diastolanın qısalması və taxikardiya zamanı tonlar biri-
birin
ə  çox  yaxınlaşır  və  hətta  bitişik  eşidilir  (embriokardiya  və  ya 
fetokardiya).  Uşaqlarda  normada  bir  yaşa  qədər ürəyin  yığılmalarının 
sayı dəqiqədə 190-na, ikinci yaşda 160-a, 3-4 yaşda 120-130-a, pubertat 
yaşlarda  100-ə  çata bilər. Bəzən  sistola  uzanır  və  bu zaman tonlar saat 
k
əfkirinə oxşar ritmə düşürlər. Ağır dərəcəli aortal requrgitasiya zamanı 
ür
əyin sistolası uzandığı üçün (diastolada artıq miqdarda yığılmış qanın 
aortaya  vurulması),  taxikardiyasız  kəfkirvari (və  ya saatvari) ritm qeyd 
edil
ə bilər. Onu da qeyd edək ki, ifadəli aortal requrgitasiyada sistolanın 
diastoladan, davamiyy
ətinə görə auskultativ ayırd etmək işi çətinləşir və 
ya mümkün olmur.  
 
Normada ür
əyin  əsasında  ikinci ton birincidən,  ürəyin zirvəsində 
is
ə  birinci ton ikincidən  uca  eşidilir.  Əgər, ürəyin  əsasında  birinci  ton 
ikincid
ən  uca  eşidilirsə, onda ya birinci ton özü güclənmişdir  və  ya da 
ikinci  tonun z
əiflənməsi mövcuddur (məsələn, mitral stenoz);  ürəyin 
zirv
ə  vurğusu,  yuxu  arteriyasının  pulsasiyası  ilə  birlikdə  və  inspirator 
parçalanmaya m
əruz qalmayan, zirvədə daha yaxşı eşidilən ton birincidir. 
 
Ür
əyin ikinci tonun pulmonal komponentinin ləngiməsi  aşağıdakı 
hallarda rast g
əlinir: 
-  His d
əstəsinin  sağ  ayaqcığının  blokadası;  mədəciklərin A 
tipli  erk
ən  oyanması  sindromu  (burada  əlavə  keçirici yol 
əvvəl sol mədəciyi  oyadır,  yəni  yuxarıdakı  hala  anoloji 
olaraq f
əaliyyət göstərir; 

sağ  mədəcik  həcminin  artdığı  qulaqcıqlararası  çəpərin 
defekti v
ə  ya  ağciyər  arteriyasının  requrgitasiyası  kimi 
hallar; 

ağciyər  arteriyası  qapağının  stenozu,  ağciyər  arteriyası 
d
əliyinin stenozu, infundibulyar stenoz,  ağciyər  arteriyası 
il
ə sağ mədəcik arasında təzyiq qradiyenti yarandiqda;  
 
48 



sağ mədəciyin xronik çatışmazlığı; 

ağciyər  arteriyasının  dilatasiyası,  məsələn idiopatik 
dilatasiya; 

ağciyər arteriyası şaxələrinin iki tərəfli stenozu

perikardın anadangəlmə yoxluğu. 
       
         Ür
əyin  mədəciklərarası  çəpərinin  defekti  zamanı,  sağ  mədəciyin 
yükl
ənməsi,  ağciyər  arteriyası  kötüyünün  dilatasiyası,  sağ  mədəciyin 
yığılmasının  ləngiməsi, Q-II  ton  intervalının  uzanması,  ürəyin II tonun 
pulmonal komponentinin l
əngiməsini törədir. Sonuncu ürəyin ikinci 
tonun geniş parçalanmasına səbəb olur.  
 
Ür
əyin üçüncü tonu erkən və sürətli diastolik dolma tonu, mədəcik 
m
ənşəli və  ya  protodiastolik  çapma  ritmi  adlanır.  Sözügedən  tona ona 
gör
ə  mədəcik mənşəli çapma ritmi deyirlər ki, üçüncü tondan fərqli 
olaraq, ür
əyin dördüncü  tonunun  meydana  çıxması  qulaqcıqlarla,  daha 
doğrusu qulaqcıqarın yığılması ilə əlaqədardır. Ürəyin 3-cü tonun iştirakı 
il
ə  meydana  çıxan  protodiastolik  çapma  ritmi  birinci,  ikinci  və  üçüncü 
tonların ardıcıllığından (S
1
─S
2
─S
3
) ibar
ət olub, üçlü ritmlərə aiddir. 
 
Ür
əyin,  daha  doğrusu  mədəciklərin  diastolası  aortal  və  pulmonal 
qapaqların bağlanması ilə başlanır. Mədəciklərin dolma sürəti diastolanın 
başlanğıcında maksimal olur. Başqa sözlə onların diastola zamanı qanla 
dolması, erkən sürətli və sonrakı ləng fazalardan ibarətdir. Aortal qapağın 
bağlanması ilə bərabər sol mədəcik çox böyük sürətlə genişlənir. Əvvəl 
100 ms 
ərzində izovolyumik boşalma qeyd edilir və sonra mitral qapağın 
açılması  ilə  60 ms (0,06 s) davam edən sürətli dolma, sol mədəciyin 
yüks
ək sürətlə genişlənməsi baş verir. Sol mədəciyin sürətli dolmasından 
sonra,  daha  doğrusu  onun maksimal genəlməsilə, ləng  dolma  fazası 
başlanır. Başqa sözlə sürətli dolma fazasından sonra, sol mədəciyin qanla 
dolma prosesi, l
əng dolma ilə  davam olunur. Sol mədəciyin tam 
dolmasının  80%  sürətlə  dolma  fazasında,  20%-i ləng  dolma  fazasında 
başa  gəlir.  Mədəciklərin  tam  diastolik  dolması  sonda  qulaqcıqların 
yığılması  ilə  tamamlanır.  Ürəyin üçüncü tonu sol mədəciyin sürətlə 
dol
ması qurtarıb ləng dolma fazası başlayan anda meydana çıxır. 
 
İkinci  tonun  aortal  komponenti  ilə  ürəyin 3-cü  tonu  arasında 
interval (A
2
S
3
)  izovulyumik  dövrünü  qısaldan  xəstəliklər (restriktiv 
kardiomiopatiya, konstriktiv perikardit, taxikardiya, simpatik 
hiperstimulyasiya)  zamanı  qısalır.  Mitral  qapağın  açılması  və  üçüncü 
tonun  meydana  çıxması  arasındakı  müddət, ürək  vurğularının  sayı 
d
əqiqədə 100-dən çox olanda qısalmağa başlayır. Ürəyin üçüncü tonunun 
əmələ  gəlməsini sol mədəciyin  diastola  zamanı  sürətlə  dolması  zamanı 
q
əflətən gəriləməsi ilə izah edirlər. Onun əmələ gəlməsində məməcikvari 
əzələlərin yığılması və mitral qapaq taylarına bağlanmış vətərvari liflərin 
 
49 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə