S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə19/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

periferik damar müqavim
ətindən  asılıdır.  Ağciyər  arteriyası  sistemində 
periferik damar müqavim
əti, aorta-arteriya sisteminin onda birini təşkil 
edir. Ona gör
ə  də, ikinci tonun pulmonal komponenti  aortal 
komponentind
ən bir qədər sonra qeyd edilir. Oyanma dalğası ürəyin sol 
m
ədəciyinə  sağ  mədəciyə  nisbətən bir qədər  tez  çatır.  Odur  ki,  sol 
m
ədəcik sağ mədəciyə nisbətən tez oyanır və yığılır. Ancaq bu deyilənlər 
ikinci tonun komponentl
əri  arasındakı  zaman münasibətlərinə, demək 
olar ki, t
əsir göstərmir. Ürəkdən bir arterial kötüyün çıxdığı və onun çox 
taylı  bir  qapağa  malik  olduğu  anomaliya  təsadüflərində  ikinci tonun 
parçalanması qeyd edilir. 
 
İkinci  tonun  komponentləri  arasında  olan  interval  nəfəsalma 
zamanı  uzanır  və  nəfəsvermə  aktında  isə  qısalır.  Buna səbəb pulmonal 
komponentin n
əfəsalmada ləngiməsi, aortal komponentin isə, bir qədər 
ert
ələşməsidir. Nəfəsalma  zamanı  ürəyin  sağ  qulaqcığı  və  həm də  sağ 
m
ədəciyi  boş  venalarla  gələn  qanın  artması  nəticəsində  normadan  artıq 
olmaqla  dolur.  Sağ  mədəcik həcminin  artması,  onun  sistolasının 
uzanmasına,  ağciyər  arteriyası  qapağının  gec  bağlanmasına  səbəb olur. 
Odur ki, bel
ə  halda ikinci tonun ikinci komponentinin gecikməsi qeyd 
edilir. Aortal komponentin n
əfəsalma zamanı ertələnməsinə səbəb isə döş 
q
əfəsidaxili təzyiqin azalması, sol mədəcik həcminin azalmasıdır. Bu iki 
komponent  arasında  olan  intervalın  maksimal  artması  nəfəsalmanın 
yüks
əkliyində,  azalması  isə  nəfəsvermənin  axırında  qeyd  edilir. 
Sözüged
ən dəyişikliklər  Fallo  tetradası,  ağciyər  arteriyasının  atreziyası 
v
ə  magistral  damarların  transpozisiyasında  olmaya  bilər.  Yeniyetmə  və 
g
ənc  şəxslərdə  tənəffüslə  əlaqədar  olaraq,  ikinci  tonun  parçalanmasının 
qeyd edilm
əməsi, pulmonal komponentin itməsinə  səbəb  olan 
x
əstəliklərin axtarılmasına təkan verir. 
 
İkinci  tonun  alçaq  və  orta  tezlikli tərkib hissələri  onun  ucalıq 
d
ərəcəsini təmin edir. Aorta və  ağciyər  arteriyasına  daxil  olan  qanın 
miqdarı  artdıqda,  ikinci  tonun  komponentlərinin qüvvəsi,  ucalığı 
yüks
əlir, yəni onlar ucadan eşidilir. Buna səbəb artıq daxil olmuş qanın 
t
əsirindən  aorta və  ağciyər  arteriyası  divarlarının  genişlənməsi və 
g
ərilməsidir. Belə halda geriyə qayıtmaq istəyən qanın miqdarı və təzyiqi 
artır  və  qapaqların  bağlanarkən  çırpılması  güclənir. Daha diqqətlə 
apar
dığımız  tədqiqatlar göstərmişdir  ki,  ikinci  tonun  aortal  komponenti 
ikinci qabırğaarası sahədə, döş sümüyünün sağ kənarında bütün hallarda 
v
ə  ikinci  qabırğaarası  sahədə  döş  sümüyünün  sol  kənarında,  20  yaşa 
q
ədər  70%,  20  yaşdan  sonra  100%  hallarda  yaxşı  eşidilir.  Pulmonal 
komponent is
ə  III və  IV  qabırğaarası  sahələrdə,  döş  sümüyünün  sol 
k
ənarında yaxşı eşidilir. Aortal qapaq 2-ci və 3-cü qabırğaarası sahələrə, 
döş sümüyünün sol tərəfində daha yaxındır. Odur ki, aortal qapağın sağ 
2-ci qa
bırğaarası  sahəyə  proyeksiyası  haqqında  fikirlər korreksiya 
 
46 


olunmalıdır.  Başqa  sözlə,  ikinci  tonun  aortal  komponenti  sağ  ikinci 
qabırğaarası sahədən, sol qabırğaarası sahədə daha yaxşı eşidilir, ağciyər 
komponentin
ə  isə  3-cü və  4-cü  qabırğaarası  sahələrdə,  döş  sümüyünün 
sol k
ənarında qulaq asılması məsləhətdir. 
 
İkinci tonun parçalanması piylənmə, dekstrakardiya, ümumi arterial 
kötük,  magistral  damarların  transpozisiyası,  Fallo  tetradası,  ağciyər 
arteriyasının  qapaq  stenozu,  ağciyər  arteriyasının  stenozu, 
m
ədəciklərarası çəpərin subaortal defekti hallarında rast gəlinir. 
 
Piyl
ənmədə  ikinci  tonun  parçalanması  sol  birinci  qabırğaarası 
sah
ədə, yerdə qalan hallarda döş sümüyünün sağ kənarı üzrə daha yaxşı 
eşidilir. 
 
Sistolik arterial qan t
əzyiqinin yüksəlməsilə  müşayiət olunan 
x
əstəliklərdə, ürəyin ikinci tonun aortal komponenti yüksəlir, ucadan 
eşidilir.  Qan  dövranının  hiperkinetik  formasında,  məsələn 
tireotoksikozda,  onun s
əsi  ucalır.  Aortanın  döş  qəfəsi  divarına  yaxın 
olması, onun üzərində ikinci tonun daha ucadan eşidilməsinə səbəb olur. 
 
İkinci tonun ağciyər arteriyası komponenti aşağıdakı hallarda daha 
ucadan eşidilir: 
                    - 
döş qəfəsinin nazik olması; 
                   - 
ağciyər hipertenziyası; 

qulaqcıqlararası  çəpərin  defekti,  ağciyər arteriyasında  qan 
t
əzyiqinin 45-50 mm c.s-dan çox artması; onu qeyd edək ki, 
sözüged
ən patologiya  ağciyər  arteriyasının  atreziyası  ilə 
müştərək olan hallarda, ikinci tonun pulmonal komponenti 
z
əifləyir və aortal komponentdən, demək olar ki, 55-60 ms 
sonra eşidilir; 

mitral  stenoz  zamanı  ağciyər  arteriyasında  qan  təzyiqinin 
yüks
əlməsi; 
-  bilm
ək lazımdır ki, ağciyər arteriyası qapağı aortal qapağa 
nisb
ətən  döş  qəfəsi  divarına  daha  yaxındır  və  onun səthi 
daha çoxdur, g
ərilmə qabiliyyəti daha yüksəkdir. 
       
         Sistolik qan t
əzyiqinin  azalması  ilə  müşayiət olunan xəstəliklərdə 
(ağciyər  arteriyasının  stenozu,  atreziyası,  qulaqcıqlararası  və  ya 
m
ədəciklərarası  çəpərlərin defekti və  s),  döş  qəfəsi  divarının 
qalınlaşması,  aorta  və  ağciyər  arteriyasının  proksimal hissələrin elastik 
g
əriləmə  dərəcəsinin  azalması,  miokardın  yığılma  gücünün  azalması, 
aortanın  və  pulmonal  arteriyanın  dilatasiyası,  aortal  və  pulmonal 
qapaqların  kalsifikasiyası,  sklerozu,  qapaqların  rigidlik dərəcəsinin 
artması  və  digər  bunlara  oxşar  hallarda ikinci tonun hər iki 
komponentinin  eşidilmə  dərəcəsi  azalır;  onu  da  qeyd  edək ki, ürəyin 
işemik xəstəliyi zamanı  aortanın  gərilmə dərəcəsi, yəni elastikliyi xeyli 
 
47 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə