S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə27/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

 
Mitral stenoz m
ənşəli  diastolik  küy,  mitral  qapağın  açılma 
çıqqıltısından  sonra  başlanır,  sürətlə  artır,  yəni güclənir və  dərhal 
azalmağa  doğru  gedir.  Başqa  sözlə  sözügedən  küy  birinci  tona  doğru 
getdikc
ə  daha  yaxşı  eşidilir  və  sistola önü bir qədər güclənir.  Odur ki, 
küy pre
sistolik  adlanır  və  o,  uğuldayıcı  və  ya  guruldayıcı  xarakter 
daşıyır.  Mitral  stenozu  küyü  ağır  pulmonal hipertenziya, digər qapaq 
qüsurları,  revmokardit,  kardiomiopatiya,  səyrici  aritmiya  zamanı  zəif 
eşidilir.  Lutembaşer  sindromunda  mitral stenozu küyü zəif  eşidilir. 
Sonuncu halda qanın böyük hissəsi qulaqcıqlararası çəpərin defektindən, 
sol  qulaqcığın  sistolası  zamanı  sağ  qulaqcığa  transfer  olunur.  Sol 
qulaqcığın tromboza, miksomaya, çapıqlaşmalara, bitişmələrə, xordaların 
qısalmasına,  qapağın  qalınlaşmasına  uğraması,  mitral  stenozu  küyünün 
z
əifləməsini törədir. Onu da qeyd edək ki, mitral stenozun 
etiolo
giyasında  əsasən  revmatizm,  fibrozlaşma,  kalsifikasiya,  vətər 
xordalarının  qısalması,  qalınlaşması,  sol  qulaqcığın  miksoması, 
anadang
əlmə  anomaliya, ziyilli endokardit, Libman-Saaks valvuliti, 
qırmızı  qurd  eşənəyi, konstriktiv perikardit  zamanı  fibroz  həlqənin 
daralması əhəmiyyətli rol oynayır. 
 
Mitral sten
ozu küyünü aşağıdakı küylər imitasiya edə bilər: 

ağır  mitral  requrgitasiya və  ya  qulaqcıqlararası  çəpərin         
defekti zamanı sol qulaqcıqdan sol mədəciyə, sol mədəciyin 
diastolası zamanı çoxlu miqdarda qanın daxil olmasında baş 
ver
ən diastolik küy
-  sol m
ədəcikdən  çıxış  yolunun  obstruksiyası  ilə  olan 
hipertrofik kardiomiopatiya; 

süni qapağın qoyulması (Sent-Cud-Medikl və ya Berkl-Şayl 
qapaqları); 
- Ostin Flint küyü; 
-  fibroelastoz  il
ə müşayiət olunan aortal koarktasiya zamanı 
mitral qapağın zədələnməsi. 
 
Yeri g
əlmişkən qeyd edək ki, Ostin Flint küyü aortal requrgitasiya 
zamanı geri qayıdan qanın mitral qapağın açılmasına etdiyi maneçilikdən 
ir
əli gəlir. Belə küy sağ tərəfdə ağciyər arteriyası requrgitasiyası zamanı 
da  baş  verə  bilər. Sözügedən küylər üçün inspirator və  presistolik 
gücl
ənmə səciyyəvidir.  
 
Trikuspidal stenozu küyü v
ə  ya trikuspidal diastolik küylər  döş 
sümüyünün  aşağı  hissəsinin sol və  sağ  kameralarında,  epiqastral 
nahiy
ədə daha yaxşı eşidilir. Trikuspidal diastolik küylər dərin nəfəsalma 
v
ə  ya fiziki yüklənmədən sonra güclənir; xəstənin  sağ  böyrü  üzrə 
uzanmasında  ucadan  eşidilir;  mitral  stenozu  küyü  dərin nəfəsalmada 
z
əifləyir, trikuspidal stenozu küyü isə  dərin nəfəsalmada güclənir; 
revmatizm m
ənşəli trikuspidal stenoz adətən mitral stenozla birgə  rast 
 
63 


g
əlinir; onu da qeyd edək  ki,  Ebşteyn  anomaliyası,  qulaqcıqlararası 
ç
əpərin  defekti,  sağ  qulaqcıq  miksoması  zamanı  da  diastolik  küy 
gücl
ənir.  Konstriktiv  perikardit  zamanı  trikuspidal  qapağın  fibroz 
h
əlqəsinin  sıxılması  nəticəsində  trikuspidal  stenoz  küyü  meydana  çıxa 
bil
ər.  
 
Aypara qapaqlar m
ənşəli diastolik küylər aortal və  ağciyər 
arteriyası  requrgitasiyası  nəticəsində  baş  verir.  Aortal  requrgitasiya 
uşaqlarda  ən çox mədəciklərarası  çəpərin defekti və  aortal  qapağın 
pr
olapsı  zamanı  rast  gəlinir.  Yaşlı  adamlarda  aortal  requrgitasiyanın 
inkişafında  revmatik  və  ya infeksiya mənşəli endokarditlər, qapaq 
protezl
əri,  qapağın  miksomatoz  degenerasiyası,  kalsinasiya,  qapağın 
ikitaylı  anomaliyası,  fenestrasiyası  etiologiyanı  təşkil  edir. 
Ankilozlaşdırıcı  spondilit,    Reyter sindromu, revmatoid artrit, psoriaz, 
qırmızı  qurd  eşənəyi,  xoralı  kolit,  sifilis,  sifilitik mezoaortit,  natamam 
osteogenez,  Marfan  sindromu,  qalxan  aortanın  laylanması,  qapaqüstü 
aortal stenoz v
ə  ya  qapaq  tayının  aorta  divarına  yapışması,  uremiya, 
Takayasu x
əstəliyi, Valsalv sinusunun cırılması, giqant hüceyrəli arteriit, 
aortal qapağın fibroz həlqəsinin gərilməsi də etioloji rol oynaya bilər. 
 
Aortal  requrgitasiya küyü ikinci 
tonla,  daha  doğrusu  ikinci  tonun 
aortal komponenti il
ə başlanır və getdikcə azalan xarakter daşıyır. Bəzi 
hallarda aortal requrgit
asiya küyü melodik eşidilir. Buna səbəb qapağın 
perforasiyası, cırılması və ya çox zaman sifilitik çönməsidir. Miksomatoz 
transformasiya v
ə ya infeksiya mənşəli endokardit zamanı baş verə bilər. 
Sözüged
ən hallarda və  həm də  qapaq  taylarının  çapıqlaşması  zamanı, 
requrgit
asiya  olunan  qan  axınının  təsirindən,  aortanın  divarlarında 
vibrasiya  baş  verir.  Aortal  requrgitasiya  küyü  sağ  2-ci və  3-cü 
qabirğaarası sahədə daha yaxşı eşidilir. Onu da qeyd edək ki, infeksiya 
m
ənşəli endokardit (septik, bakterial endokardit) və ya Valsalv sinusunun 
anevrizmasının cırılması qəfləti aortal requrgitasiya törədir. Qrehem Still 
v
ə ya ağciyər arteriyası requrgitasiyası küyü, mitral stenoz küyü, ön enən 
koronar  arteriyanın  obstruksiyası  küyü,  mitral  qapağın  arxa  tayının 
mobilliyi  küyü,  koronar  arteriyaların  ağciyər  arteriyası  və  ya 
m
ədəciklərlə  olan fistula küyləri, aortadaxili ballonlanma küyü, aortal 
requrgitasiya küyünü imitasiya ed
ə bilər. 
 
Pulmonal  requrgitasiya küyü 
ağciyər  arteriyasında  qanın  təzyiqi 
yüks
əlmiş  olduqda  (adətən 80 mm c.s-dan  çox),  ağciyər  arteriyası 
kötüyünün v
ə dəliyinin dilatasiyasında baş verir. Ağciyər hipertenziyası 
birincili  v
ə  ya  ikincili  olmasına  baxmayaraq,  pulmonal  requrgitasiya 
zamanı  Qrexem  Still  küyü  meydana  çıxır.  Bu  küy  2-ci  qabırğaarası 
sah
ədə, döş sümüyünün sol kənarında daha yaxşı eşidilir. Maraqlıdır ki, 
Fallo  tetradasında  ağciyər  arteriyasının  qapağı  olmur  və  pulmonal 
arteriya d
əliyi anadangəlmə  daralmış  olur.  Qulaqcıqlararası  çəpərin 
 
64 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə