S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə26/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

M
ədəciklərarası çəpərin defekti, adətən trikuspidal qapağın septal tayının 
birl
əşdiyi  yerdən  aşağıda  rast  gəlinir.  Bu  defekt  yuxarıda  yerləşdiyi 
hallarda qan m
ədəcikdən  birbaşa  sağ  qulaqcığa  atılır.  Mədəciklərarası 
ç
əpərin defektində  çox  vaxt  pansistolik  küy,  döş  sümüyünün  sol 
k
ənarının  aşağı  hissəsində  düzbucaqlı  plato  şəkilində  eşidilir.  Defektin 
çox kiçik v
ə ya çox böyük ölçülərində küy zəif, orta ölçülərində isə güclü 
v
ə ucadan eşidilir. Belə hal ağciyər arteriyasında təzyiqin 50 mm c.s-dan 
az olduğu hallarda qeyd edilir. Pulmonal hipertenziya mövcud olduqda, 
əvvəl qovulma tonu, sonra defekt küyü, daha sonra ikinci ton və axırda 
Qrexem Still (Graham Steell) küyü qeyd olunur. Arterial keçid v
ə  ya 
Bo
tal  axacağı,  qulaqcıqlararası  çəpərin  defekti,  ağciyər  hipertenziyası 
birg
ə  rast gəlindiyi hallarda kardiomeqaliya, pulmonal hipervolemiya 
qeyd edilir. Onu da qeyd ed
ək ki, mədəciklərarası  çəpərin defekti ilə 
mitral  requrgitasiya birlikd
ə, demək olar ki, rast gəlinmir. Belə  hal 
magistral  damarların  transpozisiyası  və  sol  qulaqcıq-mədəcik  qapağın 
anomaliyasına məxsusdur. 
 
Fasil
əsiz və  ya  daimi  eşidilən küylər sistolodiastolik xarakter 
daşıyır,  yəni o, heç vaxt dayanmır. Belə küylərə mədəciklərarası çəpər, 
açıq arterial və ya Botal axacağı, mitral və aortal requrgitasiyanın birgə 
mövcudluğunu  və  bir  sıra  damar  mənşəli küyləri misal  gətirmək olar. 
Bel
əliklə  daimi küylər sistolodiastolik və  damar  mənşəli olmaqla iki 
qrupa  ayırd  olunur.  Damar  mənşəli küylər  requrgitasiya ilə  əlaqədar 
deyildir. Onların əmələ gəlməsi aşağıdakı səbəblərlə əlaqədardır: 
                   - 
damarın hissəvi obstruksiyası; 

deformasiyaya uğramış və ya qıvrımlaşmış damarlarda qan 
c
ərəyanı sürətinin artması; 

venalarda venoz qan dövranının sürətlənməsi.        
 
Bütün arteriovenoz fasil
əsiz küylərin sırasında ən çox diqqəti cəlb 
ed
əni aorta-ağciyər  arteriyası  keçidinin  və  ya  arterial  axacağın  (Botal 
axacaq) 
açıq  qalmasıdır.  Ona  persistəedici arterial keçid deyilir və  bu 
zaman 
eşidilən küyü maşın səsinə oxşadırlar. Persistəedici arterial keçid 
v
ə ya Botal axacığının açıq qalması küyü, döş sümüyünün sol kənarında 
ikinci  qabırğaarası  sahədə  daha  yaxşı  eşidilir.  Onu  da  qeyd  edək ki, 
ağciyər arteriyasında təzyiqin yüksəlməsində qan, ağciyər arteriyasından 
aortaya keçir. Buna gör
ə də xəstədə sianoz və barmaqların qalınlaşması 
simptomları meydana çıxır. Fiziki yüklənmə zamanı sianoz daha güclənir 
v
ə  ya sakit vəziyyətdə  görünməyən sianoz üzə  çıxır.  Ağciyər 
arteriyasından  aortaya  keçid,  körpücükaltı  arteriyasından  aşağıda 
açıldıqda,  aşağı  ətraflar və  xüsusilə  ayaq  barmaqları  daha  çox  göyərir, 
y
əni  sianoza  uğrayır.  Arterial  keçid  sol  körpücükaltı  arteriya 
s
əviyyəsində olduqda, sol yuxarı ətraf və onun barmaqları, aşağı ətraflar 
kimi deformasiyaya v
ə sianoza uğrayacaqdır (sianoz və təbil barmaqlar). 
 
61 


Ağciyər arteriyasında təzyiqin yüksəlməsilə Botal axacağın açıq qalması 
zaman
ı  eşidilən  sistolo-diastolik  küyün  ucalığı  azalır  və  bəzən onun 
diastolik komponenti qeyb olur. 
 
Venoz küyl
ər çox vaxt boyunda, xüsusilə sağ tərəfdə, körpücüküstü 
sah
ədə,  döş-körpücük-məməcikvari  əzələnin  ayaqcıqları  arasında 
vıyıldayıcı və ya vızıldayıcı küy şəkilində eşidilə bilər. Sağ vidaci vena 
sol vidaci venadan daha iri v
ə dolu olduğundan, venoz küy onun üzərində 
daha yax
şı  eşidilir.  Belə  küy qan cərəyanı  sürətinin  artmasında,  qan 
dövranının hiperkinetik  formasında meydana  çıxır (tireotoksikoz). Ürək 
çatışmazlığında venoz küy, əmələ gələn qan durğunluğu və qan cərəyanı 
sür
ətinin  azalması  səbəbindən zəifləyir.  Venoz  küy  anemiya  zamanı 
gücl
ənir. Onu da qeyd edək ki, travmatik və  ya anadangəlmə  arterio-
venoz fistulalar, venoz küy
ə bənzər fasiləsiz küylə müşayiət olunurlar. 
 
Fasil
əsiz və  ya  daimi  eşidilən küylər  digər  hallarda  aşağıdakı 
s
əbəblərdən baş verir: 

ağciyər  arteriyası  şaxələrindən bir neçəsinin birlikdə  olan 
stenozu; 

aortal anevrizma zamanı ağciyər arteriyasının sıxılması; 

ağciyər  arterio-venoz  fistula,  hansıki  anadangəlmə 
anomaliya  kimi  qan  ağciyər  arteriyasından  birbaşa  ağciyər 
venasına  keçir;  sonuncu  halda  barmaqların  təbil  çubuqları 
şəkilində deformasiyalar, sianoz, dəridə və selikli qişalarda 
teleangioektaziya 
müşahidə edilir; 

bronxia
l  arteriyaların  genişlənməsi,  bronxağciyər 
anastomozların əmələ gəlməsi; 

ağciyər  arteriyalarından  birinin  birbaşa  aortadan 
başlanması; 
-  koronar arteriya v
ə  ya  aortanın,  ürəyin  sağ  kameraları  ilə 
anadang
əlmə fistulları mövcud olduğu hallarda; 
-  arterial, 
daha  doğrusu  aortopulmonal  keçidin  mövcudluğu 
v
ə qulaqcıqlararası çəpərin defekti; 
- Valsalv 
sinusunun sağ qulaqcığa və sağ mədəciyə açılması; 

sol  koronar  arteriyanın  ağciyər  arteriyası  kötüyündən 
başlanması anomaliyası; 

sağ koronar arteriyasının sol mədəciklə fistulası və sair; 

aortanın koarktasiyası; 
-  süd v
əzi üzərində  hamiləlik və  laktasiya  zamanı  fasiləsiz 
arterial küyün eşidilməsi.  
 
M
əlumdur ki, ürəyin  diastola  fazasında  əmələ  gələn küylərə 
diastolik küyl
ər deyilir. Bunlara mitral dəliyin və  ya  mitral  qapağın 
stenozu  v
ə  ya da mitral stenoz, trikuspidal stenoz, aortal requrgitasiya
pulmonal requrgitasiya v
ə sairləri aiddir. 
 
62 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə