S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə24/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

         Damar küyl
əri ürəyin  sistolası  ilə  əlaqədar,  sistolanın  əvvəlində 
meydana  çıxır.  Onlar  fiziki  yüklənmə  zamanı  güclənirlər. Damarda 
obstruksiya olduqda, obstruksiya yerinin 
əvvəli və sonrası arasında təzyiq 
f
ərqi əmələ gəlir. Bu fərq daimi olduqda damar küyü daim olaraq, həm 
sistola v
ə həm də diastola fazalarında, sistolada daha uca olmaqla eşidilir. 
Sür
ətli qan cərəyanı,  aortanın  proksimal  şaxələrində  gənc  şəxslərdə 
sistolik küy tör
ədə bilər. Uşaqların 40-60%-də yuxu arteriyaları üzərində 
sistolik  qovulma  küyü  eşidilir.  Aortanın  qapaq  mənşəli  küyü  yuxarıya 
irradiasiya  olunduğu  üçün,  onu  korpücükaltı  arteriya  küyündən  ayırd 
etm
ək  lazım  gəlir.  Adətən birinci körpücüküstü çuxurda, ikinci isə 
körpücükaltı çuxurda daha yaxşı eşidilir. Çiyini aşağı və dala çəkməklə 
körpücükaltı  arteriyanın  körpücüklə  1-ci  qabırğa  arasında  sıxılmasını 
yaratmaqla, küyün z
əifləməsilə  2-ci  halı  bilmək olar.  Əks  tərəfdə  yuxu 
arteriyasını sıxmaqla karotid küyün güclənməsini bilmək mümkündür və 
bu is
ə  aortal  küyün  mövcudluğuna  dəlalət edir.  Periferik arteriyalarda, 
xüsusil
ə  döş  qəfəsinin  arxa  divarında  qabırğaarası  arteriyalar  və 
kollateral damarlar üz
ərində, aortanın koarktasiyası zamanı, sistolik qan 
c
ərəyanı ilə əlaqədar küylər eşidilir. 
         H
ipertireoz  zamanı  qalxanvari  vəzin üzərində  sistolik arterial küy 
eşidilir. Bəzən burada venaların üzərində fasiləsiz olaraq sakit səsli vızıltı 
eşidilə  bilər.  Damar  anevrizmaları  üzərində  ikili ton və  ya ikili küy 
müşahidə  oluna bilər.  Anevrizmanın  sistola  vaxtı  genişlənməsi və 
diastolada yenid
ən  əvvəlki  hala  qayıtması  küy  yaradır.  Aortakoronar 
şuntlamadan sonra təsadüflərin 50%-də ürəyin enən tac damarı üzərində 
küy 
əmələ gəlir. Maraqlıdır ki, koronar arteriyanın dəliyi sistola zamanı 
aortal qapaq il
ə  örtülür;  aorta  koronar  şunt  damarının  dəliyi isə  sistola 
zamanı açıqdır və sistolik qan cərəyanına məruz qalır. Onu da qeyd edək 
ki,  eyni  hal  diastola  zamanı  da  baş  verir,  ancaq  sonuncu  halda  əmələ 
g
ələn küyün səsi xeyli zəif olur. Onu da qeyd edək  ki,  şunt  damarının 
okklüziyası  baş  verdikdə, sözügedən küy itir. Onu oturaq vəziyyətdə, 
n
əfəsvermənin  axırında,  döş  sümüyünün  sol  kənarı  üzrə  II-IV 
qabırğaarası  səhələrində  eşitmək  mümkündür  (qısa,  erkən sistolik küy). 
Ümumiyy
ətlə, aorta-koronar  şuntlamadan  6  ay  sonra müvafiq küylər 
xeyli z
əifləyir və  bir  il  ərzində  onlar qeyb olurlar. Persistəedici küy 
diqq
əti cəlb edir və o, arqument rolunu oynaya bilər.  
         
Ağciyər  arteriyasında  onun  qapaq  və  ya dəlik  stenozundan  başqa, 
kötük, bifurkasiya, şaxə və sonrakı periferik damarlar tipli stenozlar rast 
g
əlinə  bilər.  Çox vaxt o, məxmərək infeksiyasının  təsiri  altında,  ana 
b
ətnində  baş  verir.  Belə  hallarda  katarakt,  karlıq,  boydan  qalma,  ağıl 
z
əifliyi  qeyd  edilir.  Ağciyər  arteriyasının  stenozu  ilə  əlaqədar  əmələ 
g
ələn sistolik və ya sistolodiastolik küy, qulaqcıqlararası çəpərin defekti 
zamanı qeyd edilən küy kimi, döş qəfəsinin hər yerində, demək olar ki, 
 
57 


eyni ucalıqda eşidilir. Əməliyyatdan sonra bu küylər qeyb olur. Ağciyər 
arteriyası şaxələrində tromblar əmələ gəldikdə və ya tromboemboliyalar 
baş  verdikdə, nəfəsvermə  aktında  güclənən, antitrombotik və 
antikoaqulyativ terapiyadan sonra itib ged
ən küylər rast gəlinə bilər. 
 
Son ill
ər  ərzində  klinik  kardiologiyada  sistola  zamanı  baş  verən 
requrgitasiya küyl
ərini sistolik requrgitasiya küyləri adlandırırlar. Onlar 
sistolanın və birinci tonun başlanması ilə meydana çıxır və bütün sistola 
zamanı davam edərək, pansistolik xarakter daşıyırlar; ikinci tondan sonra 
onlar  eşidilmir.  Ekstrasistola  və  ya  seyrici  aritmiya  zamanı  qəflətən 
diastolanın uzanması, sözügedən küylərin ucalıq dərəcəsinə, demək olar 
ki, t
əsir göstərmir. Sonuncu onu sistolik qovulma küyündən 
f
ərqləndirməyə imkan verir. Sistolik qovulma küyləri diastolanın qəflətən 
uzanmasından  sonra  güclənir. Buna səbəb diastolanın  uzanmasında  son 
diastolik h
əcminin  artmasına  baxmayaraq,  aortada  diastolik  təzyiqin 
diastolanın uzanması müddəti ərzində azalmasıdır. Başqa sözlə, növbəti 
sistolada  aortaya  daxil  olan  qanın  miqdarı  artır,  mitral  requrgitasiyaya 
uğrayan qanın miqdarı isə çox da dəyişilmir. Onu da qeyd edək ki, mitral 
qapağın  prolapsı,  məməcikvarı  əzələlərin  işemiyası,  miokardın  fibrozu 
zamanı,  uzanmış  diastoladan  sonra,  mitral  requrgitasiya  küyü zəifləyə 
bil
ər.  B tipli WPW  sindromunda ürəyin  sağ  mədəciyinin sol mədəciyə 
nisb
ətən  tez  oyanıb  erkən  yığılmasına  görə, mitral requrgitasiya küyü 
uzanmış  diastoladan  sonra  güclənə  bilər. Bu zaman trikuspidal 
requrgitasiya küyünün d
ə güclənməsi qeyd edilir. 
 
Mitral  requrgit
asiyanı  mitral  qapağın  sol  qulaqcığa  prolapsı, 
revmatik  qapaq qüsuru  v
ə  xordanın  cırılması  yarada  bilər.  Çox az 
hallarda mitral requrgit
asiya  sol  qulaqcığın  miksoması,  mitral  qapağın 
fibroz 
əsasının,  yəni fibroz həlqəsinin  kalsinasiyası,  endokardial 
yastıqcıqlarının  defekti  (atrioventrikulyar kanal), mitral qapağın  ön 
tayının  degenerasiyası  halında  müşahidə  edilir.  Uşaqlarda  mitral 
requrgit
asiya  küyü  Marfan  sindromunda,  Ebşteyn  anomaliyası  zamanı, 
endokardial fibroelastoz, k
əskin miokardit, məməcikvari  əzələlərin və 
endokardial yastıqcıqların disfunksiyası, ürəyin sol koronar arteriyasının 
ağciyər arteriyası kötüyündən başlandığı anomaliyası zamanı rast gəlinir. 
M
əmcikvari əzələlərin işemiyası, nekrozu, fibrozu, degenerasiyası və sair 
patoloji d
əyişiklikləri müvafiq qapaq tayının disfunksiyasını və bu yolla 
da  requrgit
asiya  küyünü  yaradır.  Miokardın  ön-çəpər  infarktında,  çox 
vaxt mitral requrgit
asiya meydana çıxır. Bu zaman mitral qapağın fibroz 
h
əlqəsi genişlənir. Sonuncu isə məməcikvari əzələlərin dinsfunksiyasını 
tör
ədir. 
 
Mitral  qapağa  120-yə  qədər  xord  bağlanmışdır.  Məməcikvari 
əzələlərin  disfunksiyası  kimi,  xordaların  cırılması  mitral  requrgitasiya 
tör
ədir. 
Revma
tizm, 
endokardit, 
işemiya, 
nekroz, 
infarkt, 
 
58 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə