S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə32/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

WPW 
sindromu, 
His d
əstəsi 
ayaqcıqlarının 
blokadaları, 
elektrokardio
stimulyator  ritmi,  keçirilmiş  revaskulyarizasiya, EKQ ilə 
stress-
testin  aydın  olmayan  nəticəsi  zamanı,  vizualizasiya  testlərindən 
istifad
ə edilir. Stress-testlərə olan göstərişlər və əks göstərişlər, həm də 
onları  apararkən,  lazım  olduqda  saxlanılması  meyarları  müvafiq 
instruktajda verilmişdir. Məsələn, ÜİX-in diferensial diaqnostikası, fiziki 
yükl
ənməyə  xəstənin fərdi  tolerantlığının  müəyyən edilməsi, müalicə 
üsullarının,  o  cümlədən cərrahi və  reabilitasiya tədbrilərinin 
qiym
ətləndirilməsi,  əmək  iqtidarlığının,  proqnozun,  medikamentoz 
müalic
ənin  ekspertizası,  onun  aparılmasına  göstərişdir.  Kəskin  işemiya, 
infarkt, k
əskin aritmiyalar, fəal endokardit, aortal stenoz, ürək 
çatışmazlığı,  ağciyər  arteriyasının  trombemboliyası,  ağciyər  infarktı, 
venotromboz, k
əskin  miokardit,  aortanın  laylanması,  fiziki 
m
əhdudlaşmalar  onun  aparılmasına  əks göstərişdir.  Stress-testləri 
aparark
ən  onun  dayandırılmasına  aid  olan  meyarların  meydana  çıxması 
h
ər dəfə tam nəzərə alınmalıdır. Buraya həm də pasiyentin tələbi daxildir. 
 
Stab
il  stenokardiyalı  xəstələrin müalicəsi dərman  preparatları, 
invaziv 
əməliyyatlar və  risk amillərinə  nəzarət tədbirlərindən ibarətdir. 
Müalic
ə, adətən  ambulator  şəraitində  aparılır.  Bəzən diaqnozun 
aydınlaşdırılmasına  və  ya  aparılan  müalicənin  effektivliyinin 
yaxşılaşdırlmasına ehtiyac olduqda hospitalizasiya edilir.  
 
Stenokardiyanın  medikamentoz  müalicəsi  üçün  nitratlar,  β-
adrenoblokatorlar, kalsium antaqonistl
əri, AÇF ingibitorları, 
dezaqreqantlar, statinl
ər və  digər dərmanlardan istifadə  edilir. Bunalara 
atenolol, bisoprolol,  karvedilol, metoprolol, nebivolol, nifedipin, 
amlodipin, verapamil, izosorbid, nitroqliserin, molsidomin, aspirin, 
klopideqrel, atorvastatin, simvastatin, rozuvastatin, nikorandil, ranolazin, 
trimetazidin, ezetimib, tikaqrelor, ramipril, lizinopril v
ə  sairləri aiddir. 
Optimal tera
piyanın aparılmasına baxmayaraq, xəstədə stenokardik ağrı 
tutmaları  və  ya  onların  ekvivalent  əlamətləri  davam  olunduğu 
t
əsadüflərdə  koronaroqrafiya  aparılır.  Sonuncu  koronar  qan  dövranı 
şəbəkəsinin keçiricilik vəziyyətinin  aydınlaşdırmağa  imkan  verir  və  bu 
yolla revaskulyarizasiya m
əsələləri angioplastika və  ya  şuntlama 
vasit
əsilə həll edilir. Koronar angioplastikada stenozlaşmış arteriya, bud 
arteriyasından  yeridilmiş  ballonlu  kateter  vasitəsilə  genişləndirilir. Bu 
üsulla ad
ətən  stenokardiya  tutmalarını  aradan  götürməyə  müvəffəq 
olurlar, ancaq t
əsadüflərin 30%-də altı ayın ərzində onlar residivləşir və 
t
əkrar 
əməliyyat 
olunmasına 
ehtiyac 
doğurur. 
Stentlərin 
implantasiyasında daha yaxşı nəticələr əldə olunur. Koronar şuntlamada 
z
ədələnmiş tac arteriyalarını, daha doğrusu onların zədələnmiş sahələrini, 
şəxsi  dərialtı  venalarla və  ya  daxili  döş  arteriyası  ilə  əvəz edirlər. 
 
74 


Əməliyyatdan sonra xəstənin  stenokardik  tutmaları  qeyb  olur  və  həyat 
kefiyy
əti yaxşılaşır.  
 
Qeyri-
stabil  stenokardiyaya  düçar  olmuş  xəstəni hospitalizasiya 
edirl
ər.  Burada  adekvat  ağrısızlaşdırma,  vena  daxilinə  nitroqliserinin, 
heparinin yeridilm
əsi, aspirinin təyin  olunması  icra  edilir. ST 
seqmentinin davamlı yüksəlməməsi koronarotrambozla əlaqədar olmayan 
t
əsadüflərində  trombolitik və  ya  fibrinolitik  preparatların  (steptokinaza, 
urokinaza,  plazminogenin  toxuma  aktivatorları)  yeridilməsi məsləhət 
deyildir. 
Ağrısızlaşdırma, venadaxili nitroqliserin və heparin infuziyaları, 
aspirinin q
əbulundan sonra çox vaxt vəziyyət stabilləşir.  Bəzi hallarda 
ekstren c
ərrahi  əməliyyat vasitəsilə  təxirəsalınmaz  revaskulirizasiya 
aparılması lazım gəlir. 
 
Miokard infarktı 
 
 
Miokard infarktı stenokardiya kimi, ürəyin işemik xəstəliyinin əsas 
formalarından  biridir.  Ürəyin  işemik  xəstəliyi  əhali  arasında  baş  verən 
ölümün başlıca səbəbini təşkil edir. Ölüm törədən səbəblərin sırasında o, 
26-31%-
ə  bərabər  olur.  ÜİX-dən ölənlərin  çoxu  miokardın  kəskin 
işemiyası və miokard infarktı ilə əlaqədar tələf olurlar. Miokard infarktı 
ür
ək əzələsinin, kardiomiositlərin sürəkli işemiyası nəticəsində baş verən 
nekrozu hesabına meydana çıxır. Miokard infarktı, adətən bir və  ya bir 
neç
ə  koronar arteriyasının  ateroma və  ya tromb vasitəsilə  tutulması 
(okklüziyası)  nəticəsində  inkişaf  edir.  ST seqmentinin yüksəlməsi ilə 
müşayiət  olunan  miokard  infarktı  12,2  -  21,3%  arasında  ölümlə 
n
əticələnir, halbuki onun ST seqmentinin yüksəlməməsilə meydana çıxan 
forması 5,1 – 9,9% hallarda ölüm törədir. Miokard infarktının müalicəsiz 
gedişində  50%, stasionar müalicəsində  70%,  trombolizis  və 
vaskulyarizasiya müalic
əsində 95% ölməyib sağqalma qeyd edilir. 
 
Miokard infarktında da stenokardiyada olduğu kimi ağrı sindromu 
qeyd  edilir;  ağrı  döş  sümüyünün  arxasında  yerləşir,  ancaq  o,  daha 
şiddətli,  ağır  və  sürəkli olur (30 dəqiqədən çox davam edir). Eyni 
zamanda  solğunluq,  soyuq  tər, öyümə, vahimə  müşahidə  edilir; kəskin 
işemiya  ürək  ritminin  pozulmaları  ilə  müşayiət olunur. Bəzən onun 
ağrısız və ya az simptomlu gedişi qeyd edilir. 
 
Qeyd etm
ək lazımdır ki, hazırda miokard infarktından əvvəl kəskin 
koronar sindromu  m
əhfumu  işlədilir. Kəskin koronar sindrom kəskin 
anginoz sindroma v
ə ya döş qəfəsində kəskin diskomfort halına deyilir. 
Bu zaman EKQ-d
ə  ST seqmentinin 20 dəqiqədən çox olmaqla 
yüks
əlməsi qeyd edilirsə, ona  miokardın  ST  seqmentinin  yüksəlməsilə 
müşayiət olunan kəskin işemiyası və  ya infarktı deyilir. Bəzən belə hal 
His d
əstəsinin  sol  ayaqcığının  ilkin  blokadası  ilə  rast gəlinir. ST 
 
75 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə