S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə30/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

sah
ələrdə daha çox və qatı olmaqla lokalizə olurlar. Boy atıb endarterial 
böyüy
ən ateromalar, damarın keçiriciliyini onun içini daraltmaqla pozur 
v
ə qanın cərəyanına maneçilik göstərir. Ateromatoz düyün ətrafı spazm 
v
ə əmələ gələn trombositar-fibrinli tromb damarın keçiriciliyini daha da 
pozur v
ə  damardaxili qan cərəyanını  mümkünsüz  edir, çünki bütün 
bunlar d
amarın daha da daralmasına gətirib çıxarır. Damarın keçiriciliyi 
75%-d
ən çox pozulduqda, daha doğrusu damarın daxili dörddə üçə qədər 
tutulduqda,  işemiya  əlamətləri özlərini biruzə  verməyə  başlayırlar. 
Prosesin  gedişində  ateromatoz düyün partlaya bilər və  bu zaman onun 
üz
ərində  tromb  əmələ  gəlir.  Vazotromboz  qeyri-stabil stenokardiya və 
miokard infarktının patogenezində başlıca rol oynayır.  
        
Hazırda ÜİX-in aşağıdakı formalarını ayırd edirlər: 
-  stenokardiya (stabil g
ərginlik və  qeyri-stabil, vazospastik, 
mikrosirkulyar); 

ağrısız və ya simptomsuz miokardial işemiya; 

miokard  infarktı  (ST  seqmentinin  yüksəlməsi və 
yüks
əlməməsi ilə); 

işemik  kardiomiopatiya  və  ya  infarktdan  sonrakı 
kardioskleroz, ür
ək çatışmazlığı; 
- ür
ək ritminin və keçiriciliyin pozulmaları; 
- q
əfləti koronar mənşəli ölüm.  
       
         Onu da qeyd ed
ək ki, cari zamanda ilkin və  proqressivləşən 
stenokardiya  ayırd  edilmir.  Onları  stabil  və  qeyri-stabil olmaqla, 
aparılacaq müalicəyə uyğun yanaşma üzrə təsnif edirlər. Əslində ÜİX-in 
əsas  iki  forması  stenokardiya  və  infarktdır.  Ürək  çatışmazlığı,  ritm  və 
keçicirilik  pozğunluqları  çox  vaxt  müştərək olurlar və  ya  müşayiət 
edirl
ər. 
 
Stenokardiya 
 
         
Döş  sümüyünün  arxasında  lokalizə  olunan, çiyinə, boyuna, ələ, 
arxaya, epiqastral nahiy
əyə yayılan sıxıcı və təzyiqedici ağrı stenokardiya 
adlanır.  O,  ürək  əzələsinin fəallıqla  əlaqədar olaraq irəli sürdüyü 
t
ələbatla, onun qan və oksigenlə təchizatı arasında baş verən uyğunsuzluq 
n
əticəsində  meydana  çıxan,  miokardın  tranzitor  işemiyasının klinik 
t
əzahürüdür. Belə  hal,  əsasən  tac  arteriyaların  stenozlaşdırıcı 
aterosklerozundan ibar
ət orqanik zədələnmə  və  ya  koronar  arteriyaların 
distonusu v
ə  spazm  şəkilində  disfunksiyası  nəticəsində  qeyd edilir. 
Stenokardiya q
əfil  tutmalarla  meydana  çıxır.  Bu  tutmaları  ürəyin 
vurğularını  və  arterial qan təzyiqini yüksəldən fiziki yüklənmə, stress, 
qorxu,  cinsi  akt  kimi  miokardın  oksigenə  tələbatını  artıran  fəallıqlar 
 
70 


tör
ədir. Stabil stenokardiya tutmaları, adətən gəziş zamanı meydana çıxır, 
dayandıqda  və  sakitlik vəziyyətində, nitroqliserinin qəbulundan sonra 
keçib gedir. Onun funksional sinifl
əri I,II, III və IV olmaqla ayırd edilir. 
 
Stenokardiya klinik sindromudur v
ə  o,  döş  qəfəsində  diskomfort, 
ağrı  ilə  səciyyələnir;  ağrı  çox  vaxt  döş  sümüyü  arxasında  yerləşir, 
ç
ənəyə, sol çiyinə, sol ələ,  arxaya  yayılır;  fiziki  yüklənmə  və  ya 
emossional stressin t
əsiri  altında  meydana  çıxır;  sakit  vəziyyətdə  və  ya 
nitroqliserinin q
əbulundan sonra keçib gedir; stenokardik ağrı adətən 1-
10 d
əqiqə ərzində davam edir.  
 
Qeyd  etm
ək  lazımdır  ki,  döş  qəfəsində  stenokardiyadan  başqa, 
aşağıdakı hallarda ağrı baş verə bilər:  
-  d
əri,  əzələ, sinir, oynaq və  sümük xəstəlikləri və  patoloji 
halları; 

miokard infarktı, perikardit; 
-  damar x
əstəlikləri  (aortanın  laylanan  anevrizması,  ağciyər 
arteriyasının trombemboliyası); 

ağciyər və  plevra xəsətlikləri (pnevmoniya, plevrit, 
pnevmotoraks, ağciyər infarktı); 
-  m
ədə-bağırsaq  sistemi  xəstəlikləri (aerofagiya, ezofagit, 
ezofaqospazm, yem
ək  borusunun  cırılması,  mədə, 12 
barmaq  bağırsaq,  öd  kisəsi, pankreas xəstəlikləri
diafraqmaaltı abses); 
- dig
ər xəstəliklər (məsələn, kəmərləyici dəmrov və s.).  
       
         Praktik olaraq stenokardiya 
tutmasını  vegetativ nevroz, 
neyrosirkulyator  distoniya,  isteriya,  emossional  labillik,  qabırğaarası 
nevralgiya, nevrit, boyun v
ə döş hissələrinin radikuliti, qabırğa xondriti 
(Tittse sindromu), döş qəfəsinin ön divarı venalarının varikozu və iltihabı 
olan Mondor sindromu (pektoral trombovarikoflebit), VIII-X 
qabırğalarının  hərəkiliyi və  ya Siriaks  sindromu, pleksit, əlavə  boyun 
qabırğası  sindromu,  ön  pilləli  əzələ  sindromu,  diafraqmal  yırtıq, 
kardiospazm, yem
ək borusunun axalaziyası, xora xəstəliyi, xolesistit, öd 
kis
əsi,  öd  yolları,  bağırsaq  diskineziyaları,  pankreas  kistaları,  plevranın 
z
ədələnmələri, miokardit, perikardit, ürəyin alkoqol və  ya narkotik 
m
ənşəli zədələnmələri kimi hallardan diferensasiya etmək lazım gəlir. 
 
X
əstəliklərin  10  saylı  beynəlxalq təsnifatında  stabil stenokardiya 
120.0, variant stenokardiya (vazospastik) 120.1, stabil v
ə mikrovaskulyar 
stenokardiya 120.8, mü
əyyən  olunmamış  stenokardiya  120.9,  işemik 
kardiomiopatiya  125.5,  miokardın  simptomsuz  işemiyası  125.6  saylı 
kodla, ÜİX-in formaları kimi təsdiq edilmişdir. 
 
ÜİX özünü stabil stenokardiya tutmaları və ya əlamətləri ilə biruzə 
verdiyi t
əsadüflərdə, həm də  xəstənin  yaşı,  cinsi,  risk  amilləri 
 
71 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə