S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə29/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

olunmasına  və  ürəyin sol mədəciyin  diastolik  funksiyasının 
qiym
ətləndirilməsinə  imkan  verir;  exokardioqrafiyanın  ikiölçülü  təsviri 
anatomik strukturunu göst
ərir və  ürək  qüsurları,  anadangəlmə 
anomaliyaları,  ürək  şişləri, perikardial  maye  diaqnozlarının 
qoyulmasında  çox  əhəmiyyətlidir; rəngli doppleroqrafiya ürəkdaxili 
axınlarını,  qapaq  stenozu  və  ya  çatışmazlıqlarını  üzə  çıxarmağa  imkan 
yaradır; yemək borusudaxili exokardioqrafiya ultrasəs müayinəsini ürəyə 
yaxınlaşdırmağa  və  eyni zamanda  döş  qəfəsi  divarının,  qabırğa  və 
ağciyər maneələrini dəf etmək  imkanını  verir;  bu  üsül  ürəyin sol 
qulaqcığının,  qalxan  aortanın,  aortal  qapağın,  qulaqcıqlararası  və 
m
ədəciklərarası çəpərin defektlərinin müayinəsi üçün çox yararlıdır. Onu 
c
ərrahi  əməliyyatlar  zamanı,  aortanın  laylanmasında  təxirəsalınmaz 
şəkildə tətbiq edirlər.  
 
Miokardın  ssintiqrafiyası  ürək  əzələsinin funksional vəziyyətini 
araşdırmaq  üçün  tövsiyə  olunur. Bu məqsədlə  texnesium (Tc-99 m), 
texnesium tetrafosmin v
ə ya tallium (Tl-201)-dən istifadə edilir. Damar 
daxilin
ə  yeridilmiş  izotopları  ürək  kameralarında  və  ürək  divarlarında 

əyyən edirlər və bu yolla işemiya, infarkt ocaqlarını tədqiq edirlər. 
 
Ür
əyin  kateterizasiyası  və  angioqrafiya invaziv tədqiqat 
üsullarındandır.  Kateteri  ürəyin daxilinə  damarla  rentgenoloji nəzarət 
altında  yeridirlər. Kateterin ucunda qan təzyiqi ölçüləri  vardır. 
Sonuncunun vasit
əsilə  qapaq  stenozları,  saturasiyaları,  çəpər defektləri 
aşkara  çıxarılır.  Angioqrafiyada ürəyin içinə  və  damarlara 
rentgenkontrast  madd
ələr daxil edilir. Ürəyin sol mədəciyinə 
rentgenkontrast madd
ə  tökməklə  ventrikuloqrafiya  aparılır  və  bu üsulla 
ür
əyin sol mədəciyinin  yığılma  qabiliyyətini,  divarların  hərəkiliyini, 
mitral  requrgit
asiyanı qiymətləndirirlər. Son zaman kateter üsullarından 
çox da istifad
ə  etmirlər.  Ancaq,  koronar  damarların  zədələnmə 
d
ərəcəsini, həcmini,  lokalizasiyasını  real  olaraq  tam  aydınlaşdırmağa 
imkan ver
ən  koronar  angioqrafiyadır.  Ürəyin  işemik  xəstəliyində, 
koronarosklerozda, c
ərrahi  əməliyyatdan  əvvəl onunla müayinə  etmək 
lazımdır.  Kateteri  tac  damarın,  daha  doğrusu  koronar  arteriyanın 
başlanğıc dəliyinə sığındırırlar və damara kontrast maddə yeridilir. Yeri 
g
əlmişkən qeyd edək ki, bu üsulla koronar angioplastika  da edilir. 
R
əqəmli  subtraktiv  angioqrafiya üsulu  ilə  periferik  arteriyaları 
vizualizasiya etm
ək mümkündür. Sonuncu halda kontrast maddədən 
nisb
ətən az istifadə  edilir. Maqnit rezonans tomoqrafiya EKQ ilə 
sinxronik olaraq, ür
əyin sistolik və  diastolik  fazaların  öyrənilməsinə 
imkan yaradır.  
 
 
 
 
68 


IX f
əsil 
 
Ü
RƏYİN İŞEMİYA XƏSTƏLİYİ 
 
 
Ür
əyin  işemik  və  ya koronar xəstəliyi, ürək  əzələsinin metabolik 
t
ələbatı  ilə  koronar  qan  dövranı  arasında  baş  verən  uyğunsuzluqdan 
miokardın,  kəskin və  ya  xronik  olaraq  işemik  zədələnməsi nəticəsində 
inkişaf edən patologiyaya deyilir. Onun başlıca etiologiyası ateroskleroz, 
ür
əyin tac arteriyalarının aterosklerotik zədələnməsidir. Çox az hallarda 
işemiya  koronarospazm  nəticəsində  meydana  çıxa  bilər. Koronar 
arteriyalarının zədələnməsində, orta hesabla 95,6% hallarda ateroskleroz 
rol oynayır. Yerdə qalan təsadüflərdə trombemboliya, infeksiya mənşəli 
endokardit, sifilis, Takayasu  sindromu,  arteriit, birl
əşdirici  toxumanın 
diffuz x
əstəlikləri, laylanan anevrizm, kalsifikasiya, anadangəlmə 
anomaliyalar, 
homosisteinuriya, diabet, amiloidoz, trombotik 
trombositopenik  purpura, proqressivl
əşən  əzələ  distrofiyası  və  sair 
patologiyalar rast g
əlinir.  
 
Ür
əyin  işemik  xəstəliyi özünü, adətən stenokardiya, miokard 
infarktı,  ürək  çatışmazlığı,  ritm  pozğunluqları  və  blokadalarla biruzə 
verir. B
əzən isə  uzun müddət  ərzində  gizli davam edərək  qəfləti ölüm, 
k
əskin ürək çatışmazlığı və miokard infarktı ilə üzə çıxır.  
 
Ür
əyin işemik xəstəliyinin risk amillərinə aşağıdakılar aiddir: 
 
- hiper v
ə dislipidemiya;  
                   - arterial hipertenziya; 
                   - emossional g
ərginlik və persistəedici stresslər; 
                   - 
ağırlaşmış irsiyyət; 
                   - siqaretç
əkmə; 
                   - 
endokrin pozğunluqlar
                   - mübadil
ə pozğunluqları; 
                   - konstitusial defektl
ər; 
                   - 
yaş və cins, irq, sosial sinif
                   - az h
ərəkətli həyat (hipodinamiya); 
                  - b
ədən çəkisinin artması, piylənmə və sair.  
       
  
Son ill
ər  ərzində  ÜİX-nin risk amillərinə  yeniləri  əlavə  olunur 
(hiperhomosisteinemiya, 
hiperfibrinogenemiya
,  işsizlik,  xarakter 
xüsusiyy
ətləri, oral kontraseptivlərin qəbulu və s) və sözügedən xəstəlik 
yüks
ək ölüm səbəbi kimi qalmaqda davam edir. 
 
ÜİX  üçün  koronar  arteriyaların  intima  və  ya endoarterial qatda 
lipid depozitl
ərinin ateromatoz düyünlər şəkilində çökməsi səciyyəvidir. 
Ateromalar  qeyri-b
ərabər  şəkildə,  arteriyaların  proksimal  və  bifurkal 
 
69 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə