S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə37/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

         
Aşağıda  reanimasiya  və  intensiv  terapiya  şöbəsində  ən çox rast 
g
əlinən diaqnozlardan bir neçəsini göstəririk: 

əsas diaqnoz: ÜİX, ürəyin sol mədəciyinin ön-yan divarının 
ST seqmentinin yüks
əlməsilə  baş  vermiş  infarktı  (7:21, 
13.01.2013-
cü  il);  miokard  infarktının  residivi  (12:37, 
17.01.2013-cü il); 
ağırlaşmalar:  kəskin ürək  çatışmazlığı 
Killip III, m
ədəciklərin fibrillyasiyası (19:49, 14.01.2013-cü 
il),  uğurlu  reanimasiya,  paroksizmal  davamlı  monomorf 
m
ədəcik taxikardiyası; 

əsas  diaqnoz:  ÜİX,  ürəyin sol mədəciyinin ön-çəpər və 
aşağı  bazal  divarının  ST  seqmentinin  yüksəlməsilə  olan 
infarktı (11:25, 21.01.2013-cü il), trombolizis; ağırlaşmalar: 
sol m
ədəcikdaxili  tromb,  qulaqcıqların  fibrillyasiyası, 
k
əskin ürək çatışmazlığı, Killip III; 

əsas diaqnoz: ÜİX, ürəyin sol mədəciyinin ön divarının ST 
seqmentinin yüks
əlməsilə infarktı (13:15, 23.03.2014-cü il); 
ür
əyin ön enən  koronar  arteriyasının  holometallik  stentlə 
angioplastikası (15:20, 23.03.2014-cü il); 

əsas  diaqnoz:  ÜİX,  ST  seqmentinin  yüskəlməsilə  kəskin 
koronar sindromu (8:45, 7.05.2014-cü il), yüks
ək risk (>14 
ball); ağırlaşmalar: qulaqcıqların fibrillyasiyası, kəskin ürək 
çatışmazlığı Killip III.    
 
Bel
ə çıxır ki, müalicə ağrıdan xilas olmaq, miokardı yüklənmədən 
azad etm
ək (ürək  vurğuların  sayı  dəqiqədə  60-70, arterial qan təzyiqi 
140-130/90-80 mm c.s), 
ağciyərdə  durğunluq  əlamətlərinin aradan 
götürülm
əsi, ölüm və ağırlaşmalar riskini endirməkdən, əsasən ibarətdir. 
 
ST seqmentinin yüks
əlməsilə baş verən kəskin koronar sindromun 
müalic
əsi üçün əsas  şərt,  okklüziyaya  uğramış  koronar arteriyalarla, 
koronar  qan  dövranının  bərpa  olunmasıdır  (reperfuziya).  Bunun üçün 
farmakoloji trombolizis v
ə  bir də  angioplastika  tövsiyə  olunur. 
Reperfuziyaya göst
ərişlər: döş qəfəsində ağrı və diskomfortdan (cansıxıcı 
narahtçılıq)  sonra  12  saatdan  çox  keçməməlidir; ikidən az olmayaraq 
h
əmmərz aparmalarda (məsələn, V
1-6
, I-III v
ə s) ST seqmenti 1 mm-dən 
çox olmaqla yüks
əlməlidir. EKQ-də His dəstəsinin sol ayaqcığının yeni 
blokadasının  tapılması  əlavə  simptom  sayılır  və  o, digər  əhəmiyyətli 
əlamətlərlə qovuşanda əhəmiyyət qazanır. Onu da qeyd edək ki, klinik və 
EKQ 
əlamətlərinin davamlılığında reperfuziyanı, hətta 12 saatdan sonra 
da aparırlar. 
 
Trombolizisin 
aparılması 
üçün 
alteplaza, 
prourikinaza, 
streptokinaza,  tenekteplaza, fortelizin v
ə sair bu tipli preparatlar tövsiyə 
olunmuşdur.  Onların  venaya  müvafiq  dozada  və  zaman  ərzində,  əsasən 
bolyusla yeridilm
əsindən bir saat, saat yarımdan sonra, ümumi vəziyyət, 
 
88 


hemodinamika  yaxşılaşır,  ST  isə  50%-dən çox olaraq enib izoliniyaya 
doğru  qayıdır.  Söz yox ki, trombolizis  meyarları  qeyd  edilmədikdə, 
koronar 
əməliyyat aparılmalıdır; dörd saat ərzində ST seqmentinin 70%-
d
ən çox olaraq, əvvəlki yerinə qayıtması, Ö/İ riskini xeyli azaldır. Ancaq, 
trombolizisin özünün 
əks göstərişləri vardır və onlar az deyildir: 
                   - qabaqca olan v
ə ya mövcud beyindaxili hemorragiyalar; 

baş beyin xəstəlikləri (məsələn, arteriovenoz malformasiya); 
- m
ərkəzi sinir sisteminin bədxassəli şişi; 
- birinci 4,5 saat istisna 
olmaqla işemik insultdan 3 aya qədər 
sonrakı dövr; 

aortanın laylanması; 

menstruasiyadan  başqa  digər bütün qanaxmalar və  ya 
hemorragik x
əstəliklər; 

başın və ya üzün travmasından sonrakı 3 aya qədərki dövr; 

ağır,  nəzarətə  alınmayan, yəni ipə-sapa yatmayan 
hipertenziya (t
əxirəsalınmaz  hipotenziv  terapiyadan  effekti 
olmayan); 
- demensiya; 

keçirilmiş  cərrahi  əməliyyatlar, daxili qanaxmalar, 
travmatik  reanimasiya,  aparılmış  punksiyalar,  hamiləlik, 
erk
ən  zahılıq  dövrü,  qastroduodenal  xoralar; infeksiya 
m
ənşəli (septik) endokardit, qaraciyər patologiyası,  oral 
antikoaqulyant terapiyası və s.  
 
Trombolitikl
ərin sırasında plazminogenin toxuma aktivatorları olan 
tenekteplaza v
ə  alteplazanı  daha  müəssər hesab edirlər. Onu da qeyd 
ed
ək ki, trombolizisin effektivsizliyində, onun təkrar yeridilməsi də 
effektsiz  qa
lır.  Odur ki, analoji hallarda ürəyin dəri üzərindən  aparılan 
revaskulyarizasiya
sını  aparmaq  lazımdır. Çünki sonuncu ürək 
çatışmazlığı, infarkt və ölüm riskini azaldır. Bunun üçün xəstəni vaxtında 
koronar intervensiya müalic
əsi  şöbəsinə  yetirmək  lazımdır.  Tromboliz 
olunmamış, yəni trombolizis almamış, ST seqmentinin yüksəlməsilə olan 
k
əskin koronar sindromlu pasiyentlər aspirin, klopidoqrel, fondaparinuks 
v
ə ya enoksaparin və  ya da qeyri-fraksion heparin almalıdırlar. Əslində 
is
ə kəskin koronar sindromu zamanı antikoaqulyantlarla aparılan müalicə 
ölümün tezliyin
ə, demək olar ki, təsir  etmir,  ancaq  miokard  infarktının 
tezliyini  azaldır  və  eyni  zamanda  xırda  qanaxmaların  riskini  çoxaldır. 
Trombolitikl
ə  müalicədən sonra, antikoaqulyantlarla müalicəni davam 
etdirm
ək  lazımdır.  Parenteral  antikoaqulyantları  8  günə  qədər vermək 
olar. X
əstə  əvvəldən  varfarin qəbul  etdiyi  hallarda  antikoaqulyantların 
verilm
əsi  lazım  deyildir.  Ağrısız,  aşağı  riskə  malik (<12 ball) ST 
seqmenti yüks
əlməmiş  və  digər risk amillərinin yoxluğunda,  12  saatlıq 
müşahidədən sonra, antikoaqulyantların verilməsi dayandırılır. 
 
89 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə