S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə40/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   36   37   38   39   40   41   42   43   ...   145

sonradan 3-24 saat 
ərzində  koronar  angioqrafiya  aparılmalı  və  stenoz 
tapıldığı hallarda angioplastika olunmalıdır. Trombolizis effektsiz qaldığı 
hallarda, ilkin 24 saat 
ərzində, dəri üzərindən koronar müdaxilə 
aparılmalıdır.  Koronar  qan  dövranını  stent  vasitəsilə  də  bərpa edirlər. 
Hazırda  antiproliferativ  və  sitostatik sirolimus, paksitaksel, everolimus, 
zotarolimus  kimi  preparatları  ifraz  edən stentlər qoyulur. Onların 
qoyuluşu bir il ərzində iki dezaqreqantın qəbuluna ehtiyac yaradır.   
 
ST seqmentinin yüks
əlməsilə  baş  verən kəskin koronar sindromu 
zamanı  ağırlaşmaların  və  ölümün yüksək riski qeyd edildikdə  invaziv 
müalic
əyə  göstəriş  yaranır.  Sözügedən pasiyentlər  üçün  aşağıdakı 
hallarda ekstren revaskulyarizasiya müalic
əsi təşkil olunmalıdır: 
                   - t
əkrar və refrakter anginoz ağrılar; 
       - Killip
ə ğörə III-IV sinif kəskin ürək çatışmazlığı; 
-  h
əyati  təhlükəli aritmiyalar (mədəcik  taxikardiyaları, 
m
ədəciklərin fibrillyasiyası); 
-  ST-
T  intervalının,  xüsusilə  ST seqmentinin yüksəlməsilə 
t
əkrar inversiyaları; 

qanda troponinin artması ilə EKQ-də ST-T intervalının və 
ya ST v
ə  T-nin dinamik dəyişiklikləri və  GRACE  şkalası 
üzr
ə riskin 140 balldan çox olması.  
       
 
ST seqmentinin yüks
əlməsilə  baş  verən kəskin koronar sindromu 
diaqnozu il
ə xəstə hospitalizasiya müddətində aşağıdakı hallarda invaziv 
müalic
ə almalıdır:  
                   - 
diabet aşkar olunduqda; 
-  böyr
ək  funskiyasının  zəifləməsi;  qlomerullyar  filtrasiyanın 
60 ml/d
əq/1,73 m
2
-
dan aşağı düşməsi; 
-  sol m
ədəcik  funskiyasının  zəifləməsi, sol mədəciyin  atım 
fraksiyasının 40-%-dən aşağı düşməsi; 
- erk
ən postinfarkt stenokardiya; 
- d
əri üzərindən koronar angioplastikanın keçirilməsi və s; 

ür
ək, papillyar əzələlər, mədəciklərarası  çəpərin 
cırılmalarında  cərrahi  əməliyyat  zamanı  aorta-koronar 
şuntlama da icra edilir. 
 
Kardioloji şöbə mərhələsi 
 
 
Kardioloji  şöbədə  kəskin koronar sindromun və  ya miokard 
infarktının  diaqnostikası  EKQ-dinamikada, lipidoqramma, stress-test, 
koronar angioqrafiya vasit
əsilə həyata keçirilir; çox vaxt kardiocərrahın 
konsultasiyasından  istifadə  edilir. Burada xəstələrə  aspirin, klopidoqrel, 
tikaqrelor, betaadrenoblokatorlar, AÇF ing
ibitorları,  valsartan, 
 
94 


siqaretç
əkmənin dayandırılması, psixoloji reabilitasiya və sair müalicəvi 
t
ədbirləri həyata keçirirlər.  Bəzən, aldosteron antaqonistlərini, varfarini 
verirl
ər. 
 
Kardioloji  şöbədə  xəstənin  diaqnostikası  və  müalicəsi üzrə 
aşağıdakı vacib məsələləri nəzərə almaq lazımdır:  
- iki-üç günd
ən bir EKQ nəzarəti aparılır; 
- lipidoqramma qiym
ətləndirilir; 
-  x
əstəni yola salmazdan əvvəl stress-test  aparılır,  müalicə 
qiym
ətləndirilir, koronar obstruksiya dərəcələnir və 
revaskulyarizasiyaya ehtiyacın olması müəyyən edilir;  
-  x
əstəxanadan  çıxmaq  epikrizində  diaqnozun  kriteriyaları 
göst
ərilir; diaqnozlar xəstəliklərin beynəlxalq  10  saylı 
t
əsnifatı üzrə formalaşdırılır. 
 
 
 
Diaqnozların XBT-10 üzrə formalaşdırılması nümunələri: 

Əsas diaqnoz: sol mədəciyin yan divarının ST seqmentinin 
yüks
əlməsilə  baş  vermiş  miokard  infarktı  (17.06.2014); 
yüks
ək  risk;  ağırlaşmalar:  kəskin ürək  çatışmazlığı,  Killip 
II. XBT-10 üzr
ə 121.4. 

Əsas  diaqnoz:  ÜİX,  miokard  infarktı  (22.03.2013; 
29.03.2013), postinfarkt kardioskleroz (1999, 2003). 
Ağırlaşmalar:  ürəyin sol mədəciyinin trombu, xronik ürək 
çatışmazlığı, III f.s. və ya II B mərhələ; XBT-10 üzrə 122.9.  

Əsas  diaqnoz:  ÜİX,  qeyri-stabil stenokardiya, alçaq risk; 
ağırlaşmalar: xronik ürək çatışmazlığı, dekompensasiya, II-
III f.s. v
ə ya IIA- IIB mərhələ.       
         X
əstəliklərin beynəlxalq  10  saylı  təsnifatından  istifadə  olunarkən 
bilm
ək lazımdır ki, ilk dəfə diaqnozlaşan infarkt kəskin miokard infarktı 
adlandırılır  (121);  yerdə  qalan infarktlar bir pasiyentdə  təkrar infarktlar 
sayılır (122); buraya həm də residivləşən infarkt daxil edilmişdir. XBT-
10 
əsasən kəskin miokard infarktının davamiyyəti 28 gün hesab olunur. 
Q dişciyinin miokard infarktının ağırlığı, yəni ürək əzələsinin zədələnmə 
d
ərəcəsi ilə  korrelyasiya  olmadığından  və  Q  dişciyinin  xəstəliyin 
proqnozu il
ə  aydın  əlaqəsinin yoxluğuna  görə,  Q  dişcikli  və  ya Q 
dişciksiz miokard infarktının yazılmasına lüzum görmürlər.  
 
Kardioloji  şöbədə  müalicə  mövcud  simptomların  minimizasiyası, 
ür
əyin yüklənməsi və  risk amillərinin nəzarət  altına  alınması,  həm də 
reabilitasiyasından  ibarətdir.  Stenokardiya,  miokardın  residivləşən 
işemiyası 
və 
t
əkrar 
baş 
verən infarkt, təxirəsalınmaz 
koronaroangioqrafiya üçün göst
ərişdir.  Koronar  angioqrafiyanın 
n
əticələrindən  asılı  olaraq,  xəstəyə  dəri üzərindən koronar 
vaskulyarizasiya v
ə  ya  koronar  şuntlama  tətbiq edilir. Burada xəstələr 
 
95 


aspirini 75-
100  mq/sutka  dozasında  daim  qəbul edirlər.  Aspirini 
kardiomaqnil il
ə  müştərək qəbul etdikdə  nəticələr daha müsbət  alınır. 
İkinci  dezaqreqant  olaraq  klopidoqrel  və  ya tikaqrelor təyin edilir. 
Angioplastikadan sonra 
qulaqcıqların  fibrillyasiyası  meydana  çıxdıqda 
varfarin v
ə  klopidoqrel 12 ay ərzində  təyin olunur. Kəskin koronar 
sindromun qeyri-invaziv müalic
əsindən sonra, xəstəyə aspirin və varfarin 
1 il müdd
ətində verilir; bir ildən sonra isə ancaq varfarinin qəbulu davam 
olunur.  Bütün  hallarda  β-adrenoblokatorlar müalicəyə  qoşulur.  Ancaq, 
onlara olan 
əks göstərişləri həmişə nəzərə almaq lazımdır:  
                    - allergiya
                    - bronxobstruktiv x
əstəliklər; 
                    - bradikaridya; 
                    - 
sistolik hipotenziya (˂100 mm c.s.); 
                    - ür
ək çatışmazlığı; 
                    - periferik orqan v
ə toxumaların hipoperfuziya əlamətləri; 
 - 
PQ  intervalının  0,24  s-dən  çox  uzanması;  AV  blokadalar 
(II-III d
ərəcə, kardiostimulyatorsuz); 
                    - bronxial astma.  
 
X
əstələrin  hamısına  kardioloji  şöbədə, AÇF ingibitorları,  dozanın 
titril
əşdirilməsilə  təyin olunur; bəzən  onların  əngəlləşməsində  (öskürək 
v
ə  s.) valsartan və  ya digər angiotenzin reseptorları  blokatorlarından 
birini verm
ək  lazım  gəlir.  Ürəyin sol mədəciyinin  disfunksiyası,  sol 
m
ədəciyin  atım  fraksiyasının  40%  aşağı  düşməsi  hallarında,  ürək 
çatışmazlığı və ya diabet olduqda, aldosteron antaqonistləri (eplerenon 50 
mq, spirinolakton, veroşpiron 25-50 mq) əlavə edilir. 
 
Qanda,  daha  doğrusu  qanın  plazmasında,  alçaq  sıxlıqlı 
lipoproteidl
ərin,  xolesterinin 1,8 mmol/l-dən  aşağı  (˂1,8  mmol/l) 
salınması  məsləhətdir (atorvastatin, rozuvastatin və  s). Xəstələrin fiziki 
f
əallığı, onların funksional vəziyyətindən, xəstəliyin ağırlıq dərəcəsindən 
klinik gedişindən asılı olaraq idarə olunur. Reabilitasiyanın 1-ci pilləsini 
reanimasiya, 2-ci pill
əsini kardioloji şöbədə və 3-cüsünü isə dəhlizdə icra 
edirl
ər. Xəstədə yaşın 70-dən az olması, GRACE şkalası üzrə aşağı riskin 
mövcudluğu,  digər  ağır  xəstəliklərinin (komorbidlik)  yoxluğu,  sol 
m
ədəciyin  sistolik  funksiyasının  saxlanılması,  ağır  aritmiyaların  qeyd 
olunmaması, reabilitasiyanın stasionarda başlanmasına imkan verir. 
 
Miokard infarktına düçar olmuş pasiyentlərin ümumi klinik ağırlıq 
d
ərəcəsindən (I,II və III və ya yüngül, orta ağır, ağır) asılı olaraq I (IA, 
IB), II (IIA, IIB), III, IV v
ə  V pillə  olmaqla fiziki fəallıq  tətbiq edilir. 
Stress-testi x
əstəliyin 9-10-cu, revaskulyarizasiyadan sonra isə  7-8-ci 
günl
ərdə  və  ya da xəstəxanadan  yazılandan  sonra  yaxın  günlər  ərzində 
icra edilir. Miokard infarktından sonra qeyd edilən stenokardiya zamanı, 
 
96 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə