S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə43/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   39   40   41   42   43   44   45   46   ...   145

çatışmazlığı  əlamətlərinin proqressivləşməsi ilə  səciyyələnir.  Latent və 
uzanmış  ləng revmokardit, həm də  aparılan  müalicəyə  pis məruz  qalır. 
Leykositoz, EÇS-
nin  artması,  C-reaktiv  zülalın  meydana  çıxması, 
antistreptokok antitell
ər titrlərinin yüksəlməsi, klinik əlamətlərlə, 
xüsusil
ə  dekompensasiya ilə  birlikdə, revmatizmin kəskinləşməsindən 
x
əbər verir. 
 
Revmatizmin  diaqnostikası  üçün  Cons  meyarlarından  istifadə 
olunur.  Burada revmatizmin  böyük v
ə  kiçik diaqnostik meyarları  ayırd 
edilir.  Böyük meyarlara  kardit, poliartrit, xoreya, annullyar eritema v
ə 
d
ərialtı  aponevroz  düyünləri aiddir. Artralgiya,  qızdırma,  laborator 
d
əyişikliklər, EKQ-də P-Q intervalının uzanması, ExoKQ-də mitral və/və 
ya aortal requrgitasiya, antistreptokok antitell
ər titrlərinin yüksəlməsi, 
əsnəkdəngötürülmüş  yaxmanın  nəticəsi, angina, kardialgiyalar, burun 
qanaxmala
rı kiçik meyarlar sayılır. Hesab olunur ki, 2-3 böyük meyarın 
v
ə  ya 1 böyük və  2-3  kiçik  meyarın  müsbət anamnez məlumatı  və 
antistreptokok antitell
ər titrlərinin yüksəkliyi ilə  birlikdə  mövcudluğu 
revmatizm  diaqnozunu 
əsaslandırmağa  imkan  verir.  Revmatizmin 
müxt
əlif  klinik  variantlarının  diaqnostikasında kardit, artrit, xoreya, 
eritema v
ə düyünlərin mövcudluğu, anamnez, laborator dəyişikliklər əsas 
rol oynayır.  
 
Fransız klinisisti Laseqin dediyi kimi “revmatizm oynaqları yalayır, 
ür
əyi  dişləyir”. Kəskin  revmatik  qızdırmanın  törətdiyi  ən ciddi və 
t
əhlükəli zədələnmə  ürəyin  iltihabı  olan  karditdir.  Küy,  requrgitasiya, 
valvulit, kardiomeqaliya, ür
ək çatışmazlığı, perikarditin olması, karditin 
mövcudluğunu  göstərir.  Xəstələrdə  taxikardiya,  qızdırma,  çapma  ritmi 
(III v
ə  ya IV tonlar), AV keçiriciliyinin ləngiməsi,  ritm  pozğunluqları, 
valvulit,  mitral,  trikuspidal,  aortal  qapaq  requrgitasiyasıyaları,  ziyilli 
endokardit,  ziyilli  valvulit,  mitral  stenozun  formalaşması  karditin 
mövcudluğunu göstərir.  
 
Revmatizm  üçün  miqrasiyaedici  poliartritin  olması,  özü  də  iri 
oynaqların  iltihabı  səciyyəvidir.  Oynaqların  ekssudativ  iltihabı,  ödem, 
ağrı, hiperemiya, hərəkət və palpasiya zamanı ağrının güclənməsi, oynaq 
funksiyasının  pozulması  xarakterikdir.  Bəzən,  yalnız  artralgiya  qeyd 
edilir. Revmatik proses oynaqdan oynağa keçir və orta hesabla 2-3 həftə 
ərzində  deformasiyasız  və  digər izlərsiz çəkilib  gedir.  O,  asanlıqla 
iltihaba  qarşı  dərmanların  və  salisilatların  təsirinə  məruz  qalır.  Yeri 
g
əlmişkən qeyd edək ki, digər, yəni qeyri-revmatik artritlər kardit, xoreya 
il
ə  müşayiət olunmur və  həm də  qeyri-steroid iltihab əleyhinə 
preparatların təsirinə məruz qalmırlar.  
 
Daha sonra, revmatizm üçün xoreya, üzükvari eritema, d
ərialtı-
aponevrozüstü düyünl
ər səciyyəvidir. 
 
102 


        
Revmatik  xoreya  (kiçik  xoreya,  Sidenqam  xoreyası)  təsadüflərin 
20%-d
ə, özü də  çox  vaxt  qızlarda  rast  gəlinir.  Xoreya streptokok 
infeksiyasından 1-6 ay sonra və həmişə kardit və artritdən sonra meydana 
çıxır.  Burada  patologiya  subtalamik qanqliylərin, beyinciyin, 
quyruqcuqlu cismin autoimmun prosesl
ə  zədələnməsi nəticəsində  baş 
verir. Xoreya üçün üz v
ə  ətraflarda hiperkinezlər,  əzələ  hipotoniyası, 
h
ərəkətlərin statik və  koordinativ  pozulmaları,  psixikanın  pozulması 
(emossional  labillik,  ağlağanlıq,  şıltaqlıq  və  s),  nitq  pozğunluqları 
xarakterikdir.  B
əzən, revmatizm yalnız xoreya ilə özünü biruzə verir və 
bel
ə  halda  onun  diaqnostikası  xeyli çətinləşir.  Streptokok mənşəli 
tonzillo-
farinqeal  infeksiyanın  nəticəsində  kardit,  valvulit  olmadan  baş 
ver
ən  neyropsixik  pozğunluqlar,  revmatizmdən  müşahidələr  əsasında 
ayırd edilir (PANDAS sindromu).  
         Üzükvari eritema v
ə  dərialtı  düyünlər  təsadüflərin 4-7%-də  qeyd 
edilir. H
əlqəvari eritema dəri üzərində mərkəzi solğun qalmaqla üzükvari 
şəkildə  qalınlaşmış,  təzyiq  altında  solğunlaşan,  qaşınmayan  dəri 
qalınlaşmalarıdır.  Onlar üzdə  olmurlar,  ətraflarda görünür, miqrasiya 
edir, bir neç
ə  gündən sonra izsiz qeyb olurlar. Revmatik düyünlər dəri 
altında,  çox  vaxt  aponevrozların  üstündə  tapılır,  bərk və  ağrısız,  hərəki 
olurlar; ad
ətən oynaq səthlərinin üzərində,  ənsə  dərisi  altında, fəqərə 
çıxıntılarının  üzərində  meydana  çıxır  və  1-2 həftə  ərzində  reqressiyaya 
uğrayıb itirlər.  
 
Revmatizmi v
ə  ya  revmatık  qızdırmanı  infeksiya  mənşəli və  ya 
septik endokarditl
ə, digər  etiologiyalı  miokarditlərlə,  mitral  qapağın 
idiopatik prolapsı ilə, qırmızı qurd eşənəyi mənşəli və ya Libman-Saaks 
endokarditi il
ə, poststreptokok reaktiv artritlə, revmatoid artritlə, 
PANDAS sindromu il
ə, gənə  mənşəli miqrasiyaedici eritema ilə 
diferensiasiya etm
ək lazım gəlir. 
 
Revmatizm, revmatik qızdırma və ya revmatik (ziyilli endokardit) 
endokarditd
ən fərqli olaraq, infeksiya mənşəli endokardit (septik 
endokardit v
ə ya xoralı endokardit) zamanı qanda streptokok, stafilokok, 
qramm
ənfi  mikroblar  tapılır  (hemokültüra);  revmatizmdə  olduğu  kimi 
burada  yalnız  qeyri-steroid iltihab əleyhinə  preparatların  təsiri  altında 
qızdırma  keçib  getmir;  septik  endokardit  zamanı  üşütmə-qızdırma-
t
ərləmə-halsızlıq  tutmaları,  arıqlama,  anoreksiya  qabarıq  şəkildə  qeyd 
edilir;  aortal  qapağın  xoralı  destruksiyası,  ürək  çatışmazlığı  ön  plana 
çıxır. 
 
Qeyri-revmatik miokarditl
ər, çox vaxt virus etiologiyalı  olur, 
valvulit v
ə artritsiz, artralgiyalarsız inkişaf edir; revmatik meyarlar təsdiq 
edilmir, antirevmatik müalic
ə effektsiz qalır. 
 
Mitral  qapağın  idiopatik  prolapsı  birləşdirici  toxumanın 
anadang
əlmə  displaziyası,  onurğa  sütunun  döş  hissəsinin skoliozu, 
 
103 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə