S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə41/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   37   38   39   40   41   42   43   44   ...   145

ür
ək  çatışmazlığında,  təhlükəli  aritmiyalar  zamanı,  ağır  komorbidlikdə 
stress-testi 
aparılmır (məsləhət deyildir).  
 
Ambulator reabilitasiya 
 
 
Ambulator  şəraitində  kəskin koronar sindrom və  ya miokard 
infarktını  keçirmiş  şəxsin  reabilitasiyası  EKQ  (dinamikada), 
lipidoqramma (t
əkrar), stress-test nəzarəti altında aparılır. Burada aspirin, 
klopidoqrel, tikaqrel
or,  β-adrenoblokatorlar, AÇF ingibitorları, 
angiotenzin  reseptor  blokatorları  (ARB),  statinlər, varfarin, aldosteron 
antaqonistl
əri, fiziki və  psixi  reabilitasiya,  revaskulyarizasiya  aparılır. 
Reabilitasiya t
ədbirlərini  poliklinikada,  kardioreabilitasiya  şöbəsində  və 
ya kardioloji sanatoriyada icra edirl
ər.  Yüklənmə  testinin nəticələrinə 
əsasən xəstəyə adekvat fəallıq proqramının tədricən yerinə yetirilməsini 
t
əşkil  edirlər.  Əvvəl mülayim intensivlikdə, düz yerdə  30-40 dəqiqə 
ərzində yaxşı və təmiz hava şəraitində, həftənin 5 günü gəzməklə aerob 
yükl
ənmə  rejimi təyin edilir. Məşqedici  yüklənmələr xəstənin ürək 
vurğularının  və  tənəffüsün  sayını  çox  da  artmasına  səbəb  olmamalıdır 
(50-60% maskimum normadan çox olmamaqla). Seksual f
əallığa, ürək 
vurğularının  sayını  dəqiqədə  120-130-a, arterial qan təzyiqini 170 mm 
c.s-
na  qaldırıcı  yükləmənin öhdəsindən gəldikdə  icazə  verilir. 
X
əstəlikdən 4 həftə sonra, postinfarkt kardioskleroz diaqnozu qoyulur. 
 
Qeyd etm
ək lazımdır ki, miokard infarktından sonra, birinci il 10% 
v
ə  sonrakı  illər hər  il  5%  olmaqla  ölüm  riski  artmağa  doğru  üz  tutur. 
Odur ki, yerd
ə  qalan ömür  boyu  ikincili  profilaktikanın  aparılması 
m
əsləhət görülür. Burada məqsəd yenədə 
simptomların 
minimallaşdırılması,  ürək  vurğularının  sayına,  arterial  qan  təzyiqinə 
n
əzarət etmək və 
reabilitasiyanın 
davam 
etdirilməsidir. 
Betaadrenoblokatorların  qəbulu  ən  azı  3  il  ərzində  davam  olunmalıdır. 
Statinl
əri və Omeqa-3 preparatını hər gün qəbul etmək lazımdır. Ürəyin 
sol m
ədəciyinin infarktdan sonra 40 gündən çox qalmaqda davam olunan 
disfun
ksiyasında,  sistolik  atımının,  daha  doğrusu  atım  fraksiyasının  40-
35%-d
ən  aşağı  düşməsində  kardioverter-defibrillyatorun  implantasiyası 
göst
ərişdir. Diabetli xəstələrdə qlükozalaşmış hemoqlobin (HbA1c) 6,5-
7%  civarında  saxlanılmalıdır.  Miokard  infarktını  keçirmiş  pasiyentlər 
sutka 
ərzində 1-1,5 bokal şərab içə bilər. Qabarıq və davamlı depressiya 
zamanı  sertralin, fluoksetin kimi  antidepressantlar təyin edilir. 
Serotoninin z
əbt olunmasını ləngidən selektiv ingibitorlar eyni zamanda 
dezaqreqant xüsusiyy
ətlərinə malik olduğundan trombolitik müalicə alan 
x
əstələrdə  qanaxmalar törədə  bilər.  Ağrıkəsicilərdən daha təhlükəsiz 
preparat naproksan sayılır.  
 
 
97 


Kardioloji sanatoriya m
ərhələsi 
 
  
Bunu m
iokard  infarktından  sonra sanatoriyada  21 gün ərzində 
S
əhiyyə  Nazirliyinin sərəncamı  əsasında  yaradılmış  həkim  komissiyası 
t
ərəfindən  aparılır.  Burada  bəzən xəstənin müalicəsini  tamamlayırlar. 
Pasiyent a
şağıdakı hallarda kardioloji sanatoriyaya qəbul olunur: 
-  ST seqmentinin yüks
əlməsilə miokard infarktı (10 gündən 
sonra); 
- sol m
ədəciyin aşağı divarının ST seqmentinin yüksəlməsilə 
olan infarktı, 10 gündən sonra; 
- sol m
ədəciyin aşağı divarının ST seqmentinin yüksəlməsilə 
olan infarktı, 13 sutkadan sonra
- fiziki f
əallığın lazımı qədər yüksək olması; 
-  ür
ək-qan damar xəstəliklərinin yoxluğu (ürək çatışmazlığı, 
aritmiya, blokadalar, hipertoniyalar, anevrizmalar, böyr
ək 
x
əstəlikləri,  infarktın  residivləşməsi,  beyin  qan  dövranı 
pozğunluqları,  şəkərli  diabet  (ağır  dərəcəli və  ya 
dekompensator), infeksiya m
ənşəli və  ya zöhrəvi 
x
əstəliklər, psixi xəstəliklər, bədxassəli  şişlər,  qanyaradıcı 
sisteminin k
əskin xəstəlikləri, böyrək, qaraciyər və  digər 
daxili  orqan  çatışmazlıqları,  cərrahi  yardıma  ehtiyac  olan 
x
əstəliklər; 

stasionar  şəraitində  stress-test vasitəsilə  xəstənin fiziki 
yükl
ənməyə 
tolerantlığın 
müəyyən 
olunması 
(veloerqometriya, tredmil v
ə s.). 
         Kardioloji sanatoriyalarda x
əstələrin fiziki və  iş  qabiliyyəti bərpa 
olunur,  psixoloji  readaptasiya  aparılır,  xəstələri  peşə  fəaliyyətinə 
hazırlayır,  ÜİX-nə  qarşı  ikincili  profilaktika  aparılır,  xəstənin  sağlam 
h
əyat tərzi bərpa edilir və  həyat keyfiyyəti yüksəldilir. Burada 
kurortalogiya v
ə  fizioterapiya üzrə  elmi-tədqiqat institutunun 
əsasnamələrinə  görə  müalicə  və  reabilitasiya  işi  təşkil  olunub  aparılır. 
H
ər bir xəstə  üçün  individual  terrenkur, trenajor, pilləkən, yüngül 
oyunlar, müalic
ə  gimnastikası  məşğələləri  dozalaşdırımış  şəkildə  təşkil 
edilir. 
 
X
əstələrin  psixoloji  reabilitasiyasını  psixoterapevt,  psixi  statusun 
testl
əri  əsasında  alınmış  nəticələrə  görə  psixoterapevtik üsullarla və 
psixofarmakoterapiya vasit
əsilə  aparır.  Kardioloji  sanatoriyada  miokard 
infarktına  düçar  olmuş  xəstələr, onlara stasionarda təyin  olunmuş 
müalic
əsini davam edirlər. Xəstələrə  sağlam  həyat tərzi, sosial 
readaptasiya,  peşə  fəaliyyətinə  qayıtmaq  motivasiyası  və  ambulator 
etapda reabilitasiya t
ədbirlərinin  davam  olunması  haqqında  motivasiya 
aşılanır. 
 
98 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə