S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə28/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

defektind
ə bəzən ağciyər arteriyasının anadangəlmə idiopatik dilatasiyası 
qeyd edilir.  
 
Koronar  arteriyaların  birində  və  ya hər ikisində  50%-dən çox 
olmayaraq  obstruksiya  baş  verdikdə, koronar arteriya mənşəli diastolik 
küy  meydana  çıxır.  Belə  küy oturaq vəziyyətdə  daha  yaxşı  eşidilir. 
Miokard infarktından və ya aorta-koronar şuntdan sonra onun eşidilməsi 
dayanır. 
 
Perikardın kobudlaşmış, fibrinlə örtülmüş, adqezivləşmiş səhifələri 
biri-biril
ə  sürtüldükdə  perikard  küyü  meydana  çıxır.  Perikard  və  plevra 
biri-biril
ə  sürtüldükdə  perikardoplevral  küy  eşidilə  bilər. Ümumiyyətlə 
virus infeksiyası, qırmızı qurd eşənəyi və uremiya yayılmış və generalizə 
olunmuş,  yəni diffuz perikardit törədir.  Miokard  infarktı  lokalizə 
olunmuş  perikardit  yaradır.  Travma,  infarkt,  döş  qəfəsinin 
şüalandırılması  kimi  səbəblər  inkar  edilmiş  təsadüflərdə, mövcud 
perikarditin b
ədxassəli yeni törəmələrin  metastazları  ilə  əlaqədar 
olmasını yoxlamaq lazımdır. Perikardın sürtünmə küyü çox vaxt sumbat 
kağızlarının və ya iki parça qurumuş kobud dərinin biri-birinə sürtülmə 
küyün
ə  oxşayır.  Perikardın  küyü  özünün  yaxından  eşidilməsi ilə  ürək 
küyünd
ən fərqlənir. Bu küy 3 komponentdən ibarətdir: sistola + 3-cü ton 
+ 4-cü ton z
amanı  əmələ  gələn küylər;  axırıncı  iki  hissə  diastolik 
komponentini t
əşkil  edir.  Beləliklə,  perikardın  sürtülmə  küyü, adətən 
üçlü küy kimi, y
əni üçlü küy ritmində  eşidilir.  Onu  da  qeyd edək ki, 
perikardın  sürtülmə  küyü, təsadüflərin 30-35%-də  nəfəsalma zamanı, 
diafraqmanın  aşağı  enməsi və  perikardın  aşağı  çəkilərək gərilmək 
hesabına  güclənə  bilər.  Perikardın  sürtülmə  küyü 3-cü və  4-cü 
qabırğaarası sahələrdə, döş sümüyünün sol kənarında daha yaxşı eşidilir. 
Küyün inspirator gücl
ənməsi və apnoye vəziyyətində eşidilməkdə davam 
olunması,  onun  ürək və  tənəffüs küylərindən  ayırd  olunmasına  kömək 
edir.  Miokard  infarktında  perikardın  sürtülmə  küyü tranzitor olub, bir 
neç
ə saat davam edir. Dressler sindromu zamanı o, bir neçə həftə davam 
ed
ə  bilər. Küylə  müşayiət olunan sol tərəfli  pnevmotoraks,  perikardın 
sürtülm
ə küyünü imitasiya edə bilər. 
 
 
 
 
 
 
 
 
 
65 


VIII f
əsil 
 
T
ƏDQİQAT ÜSULLARI 
 
 
Ür
ək-qan damar xəstəlikləri  zamanı  və  ya kardiologiyada, əsas 
t
ədqiqat üsulları aşağıdakılardır: 
          - elektrokardioqrafiya; 

döş  qəfəsi üzvlərinin və  ya  orqanlarının  rentgenoloji 
müayin
əsi;  
- exokardioqrafiya; 
- doppleroqrafiya; 
- ssintiqrafiya; 
- ür
əyin kateterizasiyası; 
- angioqrafiya; 
- maqnit rezonans tomoqrafiya. 
 
Qeyd etm
ək  lazımdır  ki,  ürək  öz  işi  əsnasında  elektrik  fəallıq 
y
aradır  və  generasiya  olunmuş  bu  fəallıq  elektrokardioqrafiya (EKQ) 
vasit
əsilə  qiymətləndirilir.  Başqa  sözlə, ürəyin  nasos  fünksiyası  onun 
t
əkmilləşmiş strukturuna, yəni quruluşuna rəğmən (kamera və qapaqlar, 
əzələ və digər toxumalar, sinir düyünləri və keçirici sistemi) icra olunur. 
İmpulsun  əmələ  gəlməsi, nəql edilməsi, ürək  əzələsinin  oyanması, 
yığılması və boşalması ritmik qeyd edilir. Onu da qeyd edək ki, impulsun 
əmələ  gəlməsi,  yayılması,  oyanma  hüceyrə  membranının  keçiricilik 
qabiliyy
əti ilə əlaqədardır. Sonuncu ion mənşəli fəaliyyət potensialının və 
h
əm də  peysmeker fəallığının, yəni impulsun əmələ  gəlməsi və  onun 
yayılmasının  və  buna elektrolit dəyişikliklərin,  mediatorların, 
d
ərmanların  və  digər  inqrediyentlərin  təsirinin tədqiq  olunmasına  şərait 
ya
radır.  
 
Ür
ək-qan damar sistemi xəstəliklərinin instrumental diaqnostik 
üsulları  sırasında  ən  geniş  yayılmışlarından  biri  EKQ-dir. Ancaq onun 
n
əticələri,  klinik məlumatlarla parallel olaraq,  nəzərə  alınmalıdır.  Bu 
üsulla 
miokardın biopotensialları qrafik olaraq təsvir edilir.  
 
EKQ sakit v
əziyyətdə  miokard  infarktının,  ürək  əzələsi 
hipertrofiyasının,  ürək ritminin və  keçiriciliyinin  pozulmaların 
diaqnostikasına  şərait  yaradır.  Koronar  arteriyalarının  okklüziyasından 
d
ərhal sonra EKQ-də səciyyəvi dəyişikliklər tapılır; bəzi dəyişikliklər isə 
burada x
əstənin  sağalmasından  sonra  da  qalır.  Gərginlik  stenokardiyası 
zamanı,  sakit  vəziyyətdə  çəkilmiş  EKQ-də  dəyişikliklər  demək olar ki, 
n
əzərə  çarpmır.  Ancaq  EKQ-nin yüklənmə  ilə  qeyd edilməsi
tredmilmetriya v
ə  ya veloerqometriya vasitəsilə  ürək  əzələsinin 
işemiyasına aid tipik əlamətləri aşkara çıxarmaq mümkündür. Yüklənmə 
 
66 


tredmilmetriya, sakitlik EKQ-d
ə  görünməyən ürək  əzələsinin  işemiyası 
əlamətlərini üzə çıxarır.  Bunun üçün Brüsun fiziki yüklənmə protokolu 
t
ərtib edilir. Brüs sınağı 7 pillədən ibarətdir: onun 1-ci pilləsi sürəti 2,7 
km/saat,  maillik  bucağı  10  dərəcə  olmaqla  yavaş  addımlamaqdan 
ibar
ətdir.  Sonrakı  6  pillə  üzrə  maillik  bucağı  və  sürət tədricən, hər 3 
d
əqiqədən  bir  artırılır  və  7-ci pillədə  bu göstəricilər 9,6 km/saat və  22 
d
ərəcəyə  çatdırılır.  Döş  qəfəsində  ağrıların,  işemiya  və  ritm 
pozğunluqlarının  yoxluğu,  sözügedən  sınağın  mənfi nəticəsi hesab 
olunur;  döş  qəfəsində  ağrıların,  işemiya  və  ritm  pozğunluqları 
əlamətlərinin meydana  çıxması  müsbət nəticə  sayılır;  işemiya ST 
seqmentinin 1 mm-d
ən çox çəpinə  enməsi  şəkilində  nəzərə  çarpır  (ST 
seqmentinin depressiyası və T dişciyinin inversiyası).  
 
EKQ-nin ambulator monitorinqi  ür
ək ritminin və  ya  işemiyanın 
keçici  formalarını  aşkara  çıxarmaq  üçün,  portativ  maqnitli aparat 
vasit
əsilə 24 saat ərzində EKQ yazılır. Sonra onu kompüter proqramı ilə 
analiz edir v
ə  xəstənin  şikayətləri, taxikardiya ilə  baş  vermiş  EKQ 
d
əyişiklikləri arasında əlaqəni yoxlayırlar.  
 
Arterial qan t
əzyiqinin ambulator monitorinqi  zamanı, 24-48 saat 
ərzində  gəzdirilən,  daha  doğrusu  qola  bağlanmış  avtomatik  aparat 
vasit
əsilə  qan təzyiqi  qısa  fasilələrlə  müəyyən edilir və  onun  simpatik 
f
əallıq, fiziki yüklənmə,  yuxu  zamanı  baş  verən dəyişiklikləri, labillik 
d
ərəcəsini, “ağ xalat” formasını aşkara çıxarırlar. Portativ EKQ monitoru 
v
ə arterial qan təzyiqi monitoru nəticələrindən həm diaqnostika və həm 
d
ə  nəzarət məqsədilə  istifadə  etmək olar. Xəstənin həkimin qəbulunda 
olması,  qoluna  monitorun  bağlanması,  arterial  qan  təzyiqinin 
yüks
əlməsinə  və sonra tibbi müəssisəni tərk etməklə enməsi “ağ xalat” 
effekti il
ə əlaqədardır.  
 
Döş  qəfəsinin rentgenoloji müayinəsi,  daha  doğrusu 
rentgenoqrafiya
sı  bir  sıra  ürək xəstəliklərinin  diaqnostikası  və  ağırlıq 
d
ərəcəsinin müəyyən  olunmasında  tətbiq edilir. Ürək  çatışmazlığında 
rentgenoqrafiya, 
kiçik qan dövranında durğunluq əlamətlərini və onların 
inkişaf  dərəcəsini  açıqlamaqla,  auskultasiya  nəticələrilə  birlikdə  xeyli 
əhəmiyyətə malikdir. Bu zaman ürəyin və iri damarların ölçüləri, onların 
kalsinasiya d
ərəcəsi,  perikard  boşluğunda  mayenin  mövcudluğu 
aydınlaşdırılır.  
 
Exokardioqrafiya v
ə  doppleroqrafiya  döş  qəfəsi səthində  ötürücü 
vasit
əsilə  ürəyə  verilmiş  yüksək  tezlikli  dalğaların  əks  olunmasının 
qiym
ətləndirilməsinə  əsaslanır.  Bu  üsullarla  ürək  qapaqları,  ürəyin 
divarları,  sistola  və  diastola  fazaları  vizualizasiya  olunur.  Birölçülü 
exokardioqrafiya M-rejimd
ə  və  EKQ ilə  birlikdə  ürək  kameralarının 
ölçül
ərinin, həcminin, divarların qalınlığının, hərəkiliyinin və M-rejimlə 
doppler  axınının  tədqiq  olunması  dinamik  informasiyanın  əldə 
 
67 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə