S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə31/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

(dislipidemiya, siqaretc
əkmə, arterial hipertenziya, piylənmə, diabet və s) 
n
əzərə  alınır.  Stabil  stenokardiya  zamanı  xəstələrdə, sakit vəziyyətdə 
EKQ, dem
ək olar ki, normal qalır. Ancaq, stenokardik tutmalar zamanı 
v
ə fiziki yüklənmədə xarakterik dəyişikliklər qeyd edilir (Brüs sınağının 
müsb
ət olması, ST seqmentinin depressiyası və T dişciyinin inversiyası). 
 
Qeyri-
stabil  stenokardiya  anginoz  tutmaların  tezləşməsi, 
ağırlaşması,  fiziki  yüklənməyə  qarşı  tolerantlığın  və  nitroqliserin 
effektinin 
azalması  ilə  fərqlənir.  Onun  üçün  miokard  infarktının  və  ya 
ölümün  yaxın  həftə  və  ya  aylar  baş  verməsi  riskinin  artması 
xarakterikdir. Qeyri-
stabil  stenokardiya  tutmaları  EKQ-də  ST 
seqmentinin d
əyişiklikləri ilə  səciyyələnir. EKQ-də  ürək  əzələsinin 
işemiyası  əlamətləri olan ST seqmentinin 0,15-0,2 mv və  daha çox 
yüks
əlməsi (xüsusilə  V
2
-V
3
-d
ə); və  ya ST seqmentinin və  T  dişciyinin 
0,1 mv-d
ən çox olmaqla depressiyası və inversiyası tapılır. EKQ-də həm 
d
ə patoloji Q dişciyi görünür. Eyni zamanda qan zərdabında miokardial 
fermentl
ərin patoloji dəyişiklikləri  (xüsusilə  İ  və  T  troponinlər  –  Trİ, 
TrE) miokard infarktının baş verməsini göstərən meyarlar sayılır. 
 
Bel
əliklə, döş qəfəsində ağrısı olan hər bir pasiyentdə ÜİX-nin risk 
amill
ərinin (ailəvi anamnez, siqaretçəkmə, hipertenziya, hiperlipidemiya, 
piyl
ənmə,  yaş, cins və s) mövcudluğu nəzərə alınır və EKQ aparılır və 
eyni zamanda torakalgiya tör
ədə biləcək digər hallar diferensiasiya edilir. 
Daha sonra aşağıdakı taktiki variantlar fəqləndirilir: 

ÜİX-nin risk amilləri,  ağrıdan  başqa  digər məxsusi 
əlamətlər və  EKQ-də  dəyişikliklər  olmayanda,  döş 
q
əfəsində  ağrı  törədə  biləcək digər patoloji hallar 
diferensiasiya edilir; 

ÜİX-nin risk amillərinin  mövcudluğu  və  EKQ-də 
d
əyişikliklərin olmadığı stenokardiya və ya kəskin koronar 
sindromu  zamanı  qanda  miokardial  fermentlər müəyyən 
edilir v
ə pasiyent 2-3 gün ərzində nəzarət altına alınır; stabil 
v
əziyyətdə və miokard infarktının inkişafına aid əlamətlərin 
yoxluğunda stress – EKQ aparmaq olar; 

ÜİX-nin rsik amillərinin və  EKQ-də  miokardial  işemiya 
əlamətlərinin  mövcudluğunda  xəstənin kəskin koronar 
sindrom diaqnozu il
ə hospitalizə edirlər; 

döş  qəfəsində  stabil  stenokardiya  tipli  ağrı  və  əlamətlər 
olduğu  hallarda  EKQ  aparılır  və  onun  əvvəlki EKQ ilə 
dinamik olaraq müqayis
ə  edirlər;  eyni  zamanda  miokardın 
ağrısız  işemiyasının  mövcudluğunu  bilmək  üçün  sutkalıq 
EKQ  monitorinqini  icra edirl
ər. Özü də  son vaxtlar 
monitorlar xeyli t
əkmilləşdirilmişdir.  
       
 
72 


 
Bel
əliklə döş qəfəsində meydana çıxmış və ya mövcud olan ağrını 
qeyri-anginoz, atipik stenokardiya v
ə  tipik  stenokardiya  şəkilində 
qiym
ətləndirməklə  ÜİX-in  mövcudluğunu  ehtimal  etmək olar. Ehtimal 
ÜİX-i dəqiqləşdirmək üçün istiqamətli instrumental və  laborator 
müayin
ələr aparılır.  
 
Ehtimal v
ə  manifest  ÜİX-i,  ağrıya  düçar  olmuş,  30-80  yaşlı 
şəxslərdə, qeyri-anginoz  ağrı  zamanı  qadınlarda  5-32%,  kişilərdə  18-
65%; atipik stenokardiya ağrısı zamanı qadınlarda 10-47%, kişilərdə 29-
78%;  tipik  stenokardiya  ağrısı  zamanı  isə  qadınlarda  28-76%,  kişilərdə 
59-93% hallarda rast g
əlinir. Bu deyilənlərə  əsasən pasiyenti ehtimal 
ÜİX  diaqnozu  ilə  testlərdən keçirirlər. Bunlara laborator testlər 
(lipoqramma – ümumi xolesterin, 
aşağı sıxlıqlı lipoproteidlər xolesterini, 
yüks
ək  sıxlıqlı  lipoproteidlər xolesterini, triqliseridlər; qlikemiya, 
qlükozaya 
tolerantlıq  testi,  qlükozalaşmış  hemoqlobin  –  HbA1c; 
hemoqlobin, kreatinin v
ə  bəzən qlomerullyar filtrasiya sürəti, stress 
testl
ər (EKQ, ExoKQ, radiofarmpreparat olan texnesium – 99-un tətbiqi), 
Xolter  monitorinqi
,  koronar  angioqrafiya,  şüa  diaqnostikası  testləri 
(kompüter  v
ə  maqnit  rezonans, nüvə-emission tomoqrafiyalar) daxildir. 
Lipidoqramma üzr
ə qanda normada ümumi xolesterin 5 mmol/l-dən az, 
yüks
ək  sıxlıqlı  lipoproteidlər xolesterini 1,1 mmol/l  –dən  çox,  aşağı 
sıxlıqlı  lipoproteidlər xolesterini 3 mmol/l-dən az, triqliseridlər 1,7 
mmol/l-d
ən  az olmalıdır.  Stress testlərə  fiziki yüklənmə  + EKQ, fiziki 
yükl
ənmə + ExoKQ, dobutamin + ExoKQ, vazodilatator + ExoKQ, fiziki 
yükl
ənmə + ssintiqrafiya, vazodilatator + ssintiqrafiya aiddir. Bunlardan 
ən çox istifadə  olunanları  fiziki  yüklənmə  ilə  EKQ və  ExoKQ-dir. 
Onların  həssaslığı  45-85%, spesifikliyi isə  80-90%  arasında  tərəddüd 
edir. Stress testl
ərdə  stress məqsədilə  fiziki yüklənmədən 
(veloerqometriya, tredmil), simpatomimetrikl
ərdən (dobutamin), 
vazodilatatorlardan (dipiridamol, adenozin) v
ə  ürəyin yemək 
borusudaxili  stimulyasiyasından  istifadə  olunur.  ÜİX-in  ehtimalı  risk 
amill
ərinin mövcudluğuna, klinik və laborator müayinə nəticələrinə görə 
yüks
ək  olduqda, stress-test də  informativ  alınır.  ÜİX-ə  ehtimal 5-10%-
d
ən  az  olduğu  təsadüflərdə  stress-test nəticələri zəif  alınır.  Risk 
amill
ərinin və  patoloji  simptomların  yoxluğunda  stress-testin  icrasına 
ehtiyac yoxdur.  
 
Koronar obstruktiv aterosklerozun 
əsas skrininq testi,  EKQ ilə 
yükl
ənmə  stress-testidir.  Bu  sınağın  müsbət nəticəsi, ST seqmentinin 1 
mm-d
ən çox olaraq üfuqi və  ya çəp  şəkildə  depressiyasıdır;  sözügedən 
depressiya d
ərin olduqca, koronar aterosklerozun ciddiliyi artıq  sayılır. 
Vizual testl
ər  (ExoKQ, ssintiqrafiya), EKQ ilə  miokard  işemiyasının 

əyyən edilməsi,  işemiyanın  məhdudlaşmış  olduğu  hallarda  tətbiq 
edilir. M
əsələn, sakit vəziyyətdə ST seqmentinin 1 mm-dən çox enməsi, 
 
73 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə