S. V. Salahov 1946-cı ildə Naxçıvan



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix04.07.2018
ölçüsü1,63 Mb.
#53337
1   2   3   4   5   6   7   8   9   ...   17

Balayev Rəsul Ənvər oğlu

Rəsul  Ənvər  oğlu  Balayev  1956-cı 

ildə 

İsmayıllı 



rayonunun 

Lahıc 


qəsəbəsində  müəllim  ailəsində  anadan 

olmuş, 


1978-ci  ildə  D.Bünyadzadə 

adına  Azərbaycan  Xalq  Təsərrüfatı 

İnstitutunu 

“İqtisadi 

məlumatlann 

mexaniki  üsulla  işlənməsinin  təşkili” 

ixtisası  üzrə  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1978-1981-ci 

illərdə  Ümumittifaq 

Elmi-Tədqiqat  Layihə-Texnoloji 

İnstitutunun Azərbaycan fılialında işləmiş və ordu sıralannda 

xidmət etmişdir.

1981-1984-cü  illərdə  D.Bünyadzadə  adına  Azərbaycan 

Xalq  Təsərrüfatı  İnstitutunun  əyani  aspiranturasında  təhsil 

almış, 1987-ci  ildə Azərbaycan  EA  Kibemetika  İnstitutunun

İxtisaslaşdınlmış  Şurasında 

“Şəhərətrafı 

aqrar-sənaye

kompleksinin  istehsal  strukturunun  optimallaşdınlması” 

mövzusunda 

08.00.13- 

“İqtisadi 

tədqiqatlarda, 

xalq 

təsərrüfatı  və  onun  sahələrinin  planlaşdmlması  və  idarə 



edilməsində  riyazi  üsullann  və  hesablama  texnikasının 

tətbiqi”  ixtisası  üzrə  dissertasiya  müdafıə  edərək  iqtisad 

elmləri namizədi alimlik dərəcəsi almışdır.

1985-1989-cu  illərdə  D.Bünyadzadə  adına  AzXTİ-də 

elmi  işçi,  həmin  institut  Leninqrad  Maliyyə-İqtisad  İnstitu- 

tunun  Bakı  fılialına  çevrildikdən  sonra  (1989-cu  il)  bu 

fılialda,  daha  sonra  Azərbaycan  Dövlət  İqtisad  Universite- 

tində 


müəllim, 

baş 


müəllim, 

dosent, 


professor  və 

“İnformatika”  kafedrasınm  müdiri  vəzifəsində  çalışmışdır.

106

Hazırda  pedaqoji  fəaliyyətini  davam  etdirir  və  əvəzçiliklə 

həmin universitetin professorudur.

2001-ci  ildə  Bakı  Dövlət  Universitetinin  İxtisaslaşdı- 

nlmış  Şurasında  “Urbanizasiya  zonalannın  ərzaq  problemi” 

mövzusunda  08.00.05- “Xalq təsərrüfatı və onun sahələrinin 

iqtisadiyyatı,  planlaşdınlması  və  idarə  edilməsinin  təşkili” 

ixtisası  üzrə  dissertasiya  müdafıə  edərək  iqtisad  elmləri 

doktoru  elmi  dərəcəsi  almışdır. 

Elmi  tədqiqatları  aqrar 

iqtisadiyyat və urbanizasiya,  iqtisadi-riyazi üsullar və müasir 

informasiya  texnologiyalannın  tətbiqi  problemlərinə  həsr 

olunmuşdur.

2011-ci  ilin  may  ayından  Azərbaycan  Elmi  Tədqiqat 

Kənd  Təsərrüfatmm  İqtisadiyatı  və  Təşkili  İnstitutunun 

Beynəlxalq elmi əlaqələr və informasiya texnologiyalan üzrə 

direktor müavinidir.  Rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə  ölkə 

ərazisini  əhatə  edəcək  fermer  təsərrüfatları  məlumatlarının 

monitorinqi sistemi qurulur.

Beynəlxalq  və  respublika  səviyyəsində  keçirilmiş 

simpozium,  konfrans  və  seminarlarda  məruzələr  etmişdir. 

Ölkədə  və  xaricdə  nəşr  olunmuş  100-ə  yaxm  elmi  əsərin,  o 

cümlədən  4  monoqraflyanın  müəllifıdir.  Əsas  əsərləri: 

“Urbanizasiya  şəraitində  ərzaq  problemi  və  aqrar-sənaye 

istehsalınm  modelləşdirilməsi”.  Bakı,  ADİİ,  1996,  150  s., 

“Urbanizasiya  zonalannm  ərzaq  problemi”  Bakı,  “Azər- 

nəşr”,  1998,  167  s.,  “Müasir  mərhələdə  Azərbaycanda  yeni 

iqtisadi  sistemə  keçidin  qanunauyğunluqlan  və  problemləri 

(kollektiv  monoqrafıya).  Bakı,  “Elm”,  1998,  “Urbanizasiya: 

şəhər  iqtisadiyyatı  və  ərzaq  problemi.”Bakı,  “Elm”,  2007, 

295  s.

107



Professor  R.Balayevin  rəhbərliyi  ilə  7  namizədlik  və  1 

doktorluq  dissertasiyası  müdafıə  olunmuşdur  10  -   dan  artıq 

namizədlik  və 

doktorluq  dissertasiyasına  opponentlik 

etmişdir.  Elmi  jum allann  redaksiya  heyətinin,  Azərbaycan 

Jumalistlər Birliyinin üzvüdür.  Elmi  axtanşlan  barədə  dövri 

mətbuatda,  radio  və  televiziyada  müntəzəm  məlumat  verir. 

Azərbaycan, 

ingilis  və  ms  dillərində  onlarla  qəzet 

məqaləsində  aktual  sosial-iqtisadi  problemlərə  münasibət 

bildirmişdir.

108


Cahangirov Əli Dadaş oğlu

Əli  Dadaş  oğlu  Cahangirov  1934-cü 

ildə 

Saatlı 


rayonunun 

Əlisoltanlı 

kəndində anadan olmuşdur.

1950-ci  ildə  Əlisoltanlı  kənd  orta 

məktəbini,  dörd  il  sonra  isə  Azərbaycan 

Xalq  Təsərrüfatı  İnstitutunu  fərqlənmə 

diplomu ilə bitirmişdir.  Azərbaycan  SSR 

Elmlər  Akademiyasınm  iqtisadiyyat  bölməsində  aspirant 

olduğu  vaxt  Muğan-Salyan  zonasmda  kənd  təsərrüfatı 

istehsalınm  əsas  inkişaf problemlərini  tədqiq  etmiş,  1959-cu 

ildə  namizədlik,  1972-ci  ildə  isə  Tbilisi  şəhərində  doktorluq 

dissertasiyasmı böyük müvəffəqiyyətlə müdafıə etmişdir.

Elmi 

dairələrdə  Əli 



Cahangirovun 

imzası 


yaxşı 

məlumdur. 

İqtisad 

elmləri 


doktom, 

professor 

Ə.D.Cahangirov  1962-1968-ci  illərdə  Azərbaycan  SSR 

Elmi-Tədqiqat  Kənd  Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili 

İnstitutunda  Elmi  işlər  üzrə  direktor  müavini,  1968-1972-ci 

illərdə  Azərbaycan  Kommunist  Partiyası  MK-da  məsul 

vəzifələrdə  çalışmış, 

1972-1977-ci  illərdə  Azərbaycan 

Dövlət  Plan  Komitəsinin  İqtisadiyyat  İnstitutunda  baş  elmi 

işçi işləmişdir.

1977-ci  ildən  isə  Moskvada  Ümumittifaq  Elmi  Tədqiqat 

Kənd  Təsərrüfatı  İnstitutunda  şöbə  müdiri  vəzifəsinə  təyin 

edilmişdir.  1984-cü ildən  isə elmi  işlər üzrə direktor müavini 

seçilmişdir.  1981-ci  ildən  institut partiya təşkilatına rəhbərlik 

etmişdir.

109



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə