Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Çoxluqların elementləri saylarının bərabərliyinin müəyyən



Yüklə 2,56 Mb.
səhifə51/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   47   48   49   50   51   52   53   54   ...   106
SRTFM

Çoxluqların elementləri saylarının bərabərliyinin müəyyən

edilməsi.

Böyük qrupda bərabər sayda əşyalardan ibarət çoxluqların tərtib ediməsinə aid çalışmalara böyük yer verilir. Bu qrupda uşaqlar hər bir növdən onların neçə oyuncaqları olduğunu danışmağı və ümumiləşdirmə aparmağı bacarmalıdırlar. Onlar öz cavablarında xüsusini və ümumini əks etdirmək bacarığına dərhal yiyələnmirlər. Əvvəlcə tərbiyəçi onlara təklif edir ki, müxtəlif əşyaların hər birindən neçəsi olduğunu söyləsinlər. Məs.”Mənim üst zolaqda 4 matryoşka, orta zolaqda 4 yolka, alt zolaqda isə 4 göbələk varımdır.” “Düzdür, səndə müxtəlif oyuncaqların hər birindən 4 oyuncaqvar.”-deyə tərbiyəçi ümumiləşdirməni təkrar edir. Uşaqlar tədriclə hər qrupda neçə əşya olduğunu müstəqil təsvir etməyi və ümumiləşdirməyi öyrənirlər.

Həm konkretləşdirmə, həm də ümumiləşdirmə tələb edən sualları müxtəlif şəkildə vermək faydalıdır: “Sizin neçə sıra əşyanız var? Hər sırada neçə əşya var? Müxtəlif əşyaların hərəsindən neçəsi var? Bütün sıralardakı əşyaların sayı haqqında nə demək olar?” və s.

Tərbiyəçi tədriclə tapşırıqların materialının xarakterini müxtəlifləşdirir. Məs. Uşaqlar üzərində göstərilən sayda əşyalar təsvir edimiş şəkilləri seçirlər. Onlar görürlər ki, istənilən əşyalar bərabər ola bilərlər.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə