Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ədədin vahidlərdən ibarət tərkibi ilə tanışlıq



Yüklə 2,56 Mb.
səhifə53/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   49   50   51   52   53   54   55   56   ...   106
SRTFM

4. Ədədin vahidlərdən ibarət tərkibi ilə tanışlıq.

Orta qrupda artıq uşaqlar üçün vahidlərdən ibarət tərkibi ilə tanış olmuşlar. Böyük qrupda tərbiyəçi onlara 5 dairəsində sayın vahidlərdən ibarət tərkibini öyrədir. Bunun üçün tərbiyəçi elə toplular seçir ki, onların hər bir elementi başqalarından fərqlənsin, əvvəlcə bir-birindən ya rəngilə, ya ölçüsü ilə, ya da forması ilə fərqlənən bir növdən olan əşyalardan (müxtəlif rəngdə bayraqlar, matryoşkalar, karandaşlar vəs.) sonralar isə bir yaxın anlayışda birləşən əşyalardan (oyuncaqlar dəsti, qab-qacaq, mebel, paltar və s), yaxud əşya şəkillərindən istifadə edilir.

Sujetli materiallarla yanaşı, sujetsiz materiallardan da istifadə edilir: həndəsi fiqurların modelləri, müxtəlif uzunluqda və ya endə zolaqlar və s.

Ədədin vahidlərdən ibarət tərkibini öyrətmək məqsədilə uşaqlara müxtəlif tapşırıqlar verilir

*Keyfiyyət əlamətləri ilə fərqlənən bircinsli əşyalardan(1 sarı kub, 1 göy kub, 1 sarı kub,1 yaşıl kub, 1 çəhrayı kub-cəmi 5 kub.)

*Müxtəlif oyuncsqlardan və yaxud əşyalardan (1 kub, 1 matryoşka, 1 dovşan. 1 maşın- cəmi 4 oyuncaq.)

*Müxtəlif növ həndəsi fiqurlar (1 kvadrat, 1 dairə,1 üçbucaq, 1 düzbucaq. 1 oval-cəmi 5 fiqur.)

*Üzərində yaxın anlayışlarla birləşdirilmiş əşyalar: 1 kofta. 1 palto. 1ətək- cəmi 3 paltar təsvir olunmuş göstərilən sayda şəkil götürmək.

*Göstərilən sayda müxtəlif gimnastika hərəkətini yerinə yetirmək(1 dəfə otur, 1 dəfə əlini qaldır, 1 dəfə hoppan – cəmi 3 hərəkət)

Uşaqlar mütləq qrupun necə düzəldiyini, onda müxtəlif əşyaların hər birindən neçəsi olduğunu danışmalı, həm əşyaları, həm də onların miqdarını deməlidirlər. Məs. 1 boşqab, 1 fincan, 1 qaşıq, 1 nəlbəki-cəmi 4 qab-qacaq əşyaları.

Tərbiyəçi uşaqlara konkret suallar verir: “neçə qırmızı karandaş götürdünüz? Neçə göy karandaş götürdünüz? Sizin cəmi neçə karandaşınız var? ” . Tədriclə suallar daha ümumi olur: “Sən müxtəlif oyuncaqların hərəsindən neçə dənə götürmüsən? Onlar cəmi neçə dənədir? Səndə 4 oyuncaq necə alındı!”

Uşaqlar əvvəlcə müxtəlif əşyaların hər birindən neçəsi olduğunu. Sonra isə onların ümumi sayını deyə bilərlər, yaxud əvvəlcə cəmi neçə əşya olduğunu, sonra isə müxtəlif növ əşyaların hər birindən neçəsi olduğunu deyə bilərlər.

Tərbiyəçi uşaqlara deyilən sayda oyuncaq götürmək tapşırığını verir. Burada vacib odur ki, ümumi və konkret bir-birilə daima vəhdətdə olsun. Get-gedə uşaqlar ədədin kəmiyyət qiymətini daha dərindən dərk edirlər. Ədədin vahidlərdən ibarət tərkibini öyrənməklə uşaqlar məktəbə hazırlıq qrupunda vahidi sayıb üstünə gəlmə və sayıb çıxmaqla 2 və 3 ədədlərini hesablama priyomlarını mənimsəməyi bacarırlar.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə