Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Böyük qrupda fəzaya görə səmtləşmənin öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə58/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   54   55   56   57   58   59   60   61   ...   106
SRTFM

8.Böyük qrupda fəzaya görə səmtləşmənin öyrədilməsi.

Böyük qrupda sol və sağ əlləri bir-birindən ayırmaq, əşyaların özündən hansı tərəfdə olduğu yerin istiqamətini təyin etmək bacarığı möhkəmləndirilir. Bu məqsədlə “Tap görək kim harada dayanır!”, “Tap görək nə haradadır!” və s. oyun-çalışmaları verilir.

Orta qrupda olduğu kimi u.aqlar əks istiqamətləri ayırmaqda çalışırlar, lakin tapşırıqlar mürəkkəbləşdirilir. Bu onda ifadə olunur ki, təklif olunan əşyaların miqdarını artırırlar. Bu qrupda uşaqlar tədriclə onlardan daha uzaq məsafədə yerləşdirilmiş istənilən əşyaların olduğu yerin istiqamətini, səmtini müəyyən etməyi öyrənirlər.

Uşaqlara nəinki əşyaların onlardan hansı istiqamətdə olduqlarını təyin etməyi, həm də göstərilən situasiyaları müstəqil yaratmağı öyrədirlər: “Elə dayan ki, Lalə səndən qabaqda, Jalə isə səndən arxada qalsın!”, “Elə dayan ki, səndən solda stol, səndən sağda isə yazı taxtası olsun!”




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə