Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Əşyalar arasında fəza münasibətlərinin müəyyənləşdirilməsi



Yüklə 2,56 Mb.
səhifə60/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   56   57   58   59   60   61   62   63   ...   106
SRTFM

Əşyalar arasında fəza münasibətlərinin müəyyənləşdirilməsi. Böyük qrup uşaqlarına əşyanın ba.qa əşyaya nisbətən yerini, həmçinin ətraf şeylər arasında öz yerini müəyyənləşdirməyi öyrətmək də az əhəmiyyət kəsb etmir.

Bununla əlaqədar olaraq onları əvvəlcə əşyaların özündən istiqamətlərini təyin etməkdə çalışdırırlar. Daha sonra uşaqlara bir-birlərinin , Məs.onların sağ əlləri haradadır, sol əlləri haradadır, bundan sonra gəlinciyin. Ayının və s. tərəflərini tapmağı öyrədirlər.

Həmin məsələnin həllinə 4-5 riyaziyyat və nitq inkişafı məşğələlərinin bir hissəsini həsr edirlər. əşğələni belə qururlar: əvvəlcə tərbiyəçi oyuncaqlar və ya əşyalar üzərində müəyyən fəza münasibətlərini göstərir və onları dəqiq sözlə işarə edir, bundan sonra əşyaların yerlərini dəyişdirir və yaxud digər əşyanı əvəz edir, uşaqlar isə hər dəfə onların bir-birinə nəzərən vəziyyətini işarə edirlər.

Daha sonra oyunlar təklif edirlər: “Nə harada dayanıb?”, “Tapşırıqlar”, “Gizlənpaç”, “Nədəyişdi?”. “Elə bu cür şəkil tap” oyun-çalışması böyük fayda verir. Üzərində eyni əşyalar ən müztəlif qarşılıqlı fəza vəziyyətində çəkilmiş şəkillər (məs. evcik. Yolka. Qozağacı, çəpər, skamya) ola bilər. əşyaların təsvirləri eyni cür düzülmüş şəkillər cüt əmələ gətirir. Şəkillərlə işi belə aparırlar: oyuncaqlardan hər birinin bir şəkli olur. Qoşa şəkillər aparıcıdaqalır. Aparıcı öz şəkillərindən birini götürür və onu göstərərək soruşur: “kimdə bu cür şəkil var? ”Şəkildə əşyaların təsvirləri arasında qarşılıqlı fəza münasibətlərini dəqiq işarə etmiş uşaq şəkli alır.

Uşaqlarla birlikdə istənilən şəkilləri, kitab illüstrasiyalarını nəzərdən keçirərək mütləq onlara hər bir əşyanın vəziyyətini və onun başqa əşyalarla qarşılıqlı münasıbətlərini dərk etməyi öyrətmək lazımdır.

Böyük qrupun uşaqları məktəbəqədər müəssisənin binasında və ona yaxın küçələrdə sərbəst səmtləşməyi öyrənməlidirlər. İşə qrup otağında səmtləşməkdən başlayırlar. Tərbiyəçi uşaqlarla “gizlənpaç” oynayır. Uşaqlara gizlədilmiş oyuncağı üzərində əşya oriyentləri təsvir edilmiş kartoçkaların köməyi ilə tapmaq tapşırığını vermək faydalıdır. Məs. “Şəklinə görə oyuncağı tap”oyunu.

Tərbiyəçi qabaqcadan oyuncağı qrupda gizlədir və ona doğru yolda süni oriyentlər düzür. Oriyentir olaraq qrupdakı əşyalardan istifadə etmək olar. Uşağa üzərində gizlədilmiş oyuncağı tapmaqdan ötrü yanlarından keçəcəyi əşyaların, məs.köşk, skamyaƏ qum yeşiyi və s.-nin şəkli çəkilmiş kartoçka verirlər. Uşaq ardıcıl olaraq oriyentləri tapır və gizlədilmiş oyuncağı axtarır. Qalan uşaqlar öz kartoçkaları üzrə yolun düzgün gedilib-gedilmədiyini izləyirlər.

Uşaqlar ilk dəfə poçta, mağazaya vəs. ekskursiyaya gedərkən tərbiyəçi onlarla birlikdə yolu yadda saxlamağa kömək edə biləcək əşyalar götürür, onların yolda hansı istiqamətdə getmək lazım olduğunu müəyyənləşdirir.

Ikinci dəfə o, artıq uşaqlardan soruşur ki. poçta vəs qədər necə getmək olar. köməkçi suallarla uşaqlara kömək edir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə