Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Maye və dənəvər cisimlərin ölçülməsi



Yüklə 2,56 Mb.
səhifə90/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   86   87   88   89   90   91   92   93   ...   106
SRTFM

Maye və dənəvər cisimlərin ölçülməsi. Maye və dənəvər cisimlərin həcminin ölçülməsinə 10-12 xüsusi məşğələ ayırmaq lazımdır.

Tərbiyəçi uşaqlara maye və dənəvər cisimlərin həcmlərini təyin etmək üsullarını öyrədərkən, həm də əvvəlcə nəyi (məs. qrafində nə qədər su olduğunu) ölçmək üçün nə etmək, ölçməni nə vaxta qədər davam etdirmək lazım olduğunu da öyrədir.

Uşaqlar yarmanı qaşıqla ölçərək, onu ölçüyə (qaşığa və s) bərabər ayrı-ayrı topalar halında düzürlər; suyun həcmini təyin edərkən onu ayrı-ayrı stəkanlara tökür və sonra stəkanların ümumi miqdarını sayırlar.

Tərbiyəçi bildirir ki, yarmanın və başqa dənəvər cisimlərin miqdarını ölçərkən ölçünü (qaşığı, fincanı) ağızbaağız, dağılmadan, üstünü qalamadan doldurmaq, suyu isə müəyyən səviyyəyə qədər tökmək lazımdır, əks halda qabdan töküləcəkdir. Ölçünün dəqiq doldurulmasına daima nəzarət olunmalıdır.

Maye və dənəvər cisimlərin xətti ölçülərinin və həcmlərinin ölçülməsinə aid çalışmaları növbələşdirmək, bu işdə isə cürbəcür əşyalardan ölçü kimi istifadə etməkvacibdir: kağız zolaqları, lent, qaşıq, fincan, stəkan və s.

Eyni bir əşyaların müxtəlif xassələrini müqayisə etmək faydalıdır. Məs. uşaqlara təklif edirlər ki, 2 dolçanın eni müxtəlifdir, onlaedan hansında suyun səviyyəsi yüksək və hansında çox su olduğunu təyin etsinlər. Nə ilə suyun səviyyəsini. Nə ilə həcmini ölçmək lazım olduğunu aydınlaşdırsınlar. Nə üçün suyun ancaq hündürlüyünü ölçməklə hansı dolçada çox su olduğunu demək olmaz? Uşaqları inandırırlar ki, ancaq eyni növ ölçü ilə ölçmək nəticəsində alınmış nəticələri müqayisə etmək olar.

Uşaqlar bilməlidirlər ki. birinci müxtəlif növ kəmiyyətləri ölçmək üçün müxtəlif ölçülər lazımdır, ikinci hər bir növ kəmiyyət üçün şərti ölçülər müxtəlif (stəkan, fincan, banka və s) ola bilər. Hər bir konkret hal üçün əlverişli ölçü seçirlər. Ölçmələr qurtardıqdansonra tərbiyəçi suallar qoyur: “Nəyi ölçdük? Nə ilə ölçdük? Nəticədə nə alındı?”

Uşaqlar ədədi ölçünü adı ilə birgə işlətməyə alışırlar. “Qrafində 5 stəkan su, boşqabda isə 5 qaşıq yarma var.” Uşaqlara hansı qabda çox su, hansında az su, hansı bankada çox yarma və s. olduğunu təyin etməyi təklif etmək faydalıdır. Qabları alçaq və gen, hündür və dar, ölçüləri həm bərabər, həm də müxtəlif olmaqla götürürlər. Uşaqlar mayenin ancaq səviyyəsini nəzərə aldıqlarındantez-tez səhvə yol verirlər. Bu və ya başqa fərziyyələri ölçmə yolu ilə yoxlayırlar. Hər iki qabda suyun səviyyəsinin bərabər olması üçün nə etmək lazım olduğunu aydınlaşdırırlar.

Nəhayət, bir ölçü vahidini həmin növdən, lakin ondan böyük və ya kiçik başqa ölçü ilə əvəz etmək olar. Məs. 3 xörək qaşığı dən ölçmək lazımdır, lakin ancaq çay qaşığı vardır, yaxud tərsinə. Uşaqlar bilirlər ki. 1 xörək qaşığı, deyək ki,2 çay qaşığının tutduğu qədər dən tutur. Birinci halda 2 çay qaşığı dən ölçüb götürür, 1 ölçü ayırırlar, yəni 1 xörək qaşığı. İkinci halda isə 1 xörək qaşığı dən ölçüb 2 nişan qoyurlar.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə