Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məsələnin şəklini çəkmək priyomları



Yüklə 2,56 Mb.
səhifə87/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   83   84   85   86   87   88   89   90   ...   106
SRTFM

Məsələnin şəklini çəkmək priyomları. Məsələlərdə ədədi verilənlərin olduğunu göstərmək üçün qiymətli priyom məsələnin şəklini çəkməkdir. Şəkildə 2 toplananı əyani göstərmək lazımdır. Uşaqların əşyaları sxematik təsvir etmək priyomları ilə tanış olmaları da faydalıdır.

İlk 1-2 məsələnin şəklini tərbiyəçi özü çəkir. O, yazı taxtasında təbaşirlə səbət, onun içində 5 göbələk, yanında isə 1 göbələk çəkir. Uşaqlara mütləq bildirməlidir ki, məsələnin sualına cavabın yox, ancaq şərtinin şəklini çəkmək lazımdır. Şəkildə məsələnin ədədi verilənlərini göstərməyin zəruriliyi bildirilir. Çıxmaya aid məsələlərə çox vaxt 2 şəkil lazım gəlir; şəkillərdən birində azalan, o birində isə qalıq və çıxılan təsvir edilir. Məs. Bir şəkildə 6 yolka, ikincisində isə 5 yolka və kötük təsvir edilir.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə