Sadə riyazi təsəvvürlərin formalaşması metodikası



Yüklə 2,56 Mb.
səhifə95/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   91   92   93   94   95   96   97   98   ...   106
SRTFM

Məşğələnin gedişi:

I mərhələ. Motivasiya. Problemin qoyuluşu.

Tərbiyəçi qrupu fəallaşdırdıqdan sonra uşaqların diqqətini stolun üstündəki 5,6,7 oyuncaqdan ibarət qruplara yönəldir.



Tədqiqatın aparılması: Tərbiyəçi uşaqlara müraciət edir: “Biz yenə də müxtəlif əşyaların sayını bərabərləşdirməyi öyrənəcəyik”.

O, stolu göstərir, stolun üstündə 5,6,7 ədəd oyuncaqdan ibarət 3 qrup oyuncaq vardır. Hər qrupun yanında dairələr olan kartoçkalar qoyulmuşdur. Kartoçkalardakı dairələrinsayı oyuncaqların sayına uyğun deyildir. “Səhər mən Ləmandan xahiş etdim ki, hər oyuncaqlar qrupunun yanına oyuncaqların sayı qədər dairəsi olan kartoçka qoysun. Bir baxın görək, Ləman kartoçkaları düzgünmü qoymuşdur?” Tərbiyəçi iki-üç uşağın cavabını dinləyib bir uşağa təklif edir ki, hər qrup üçün kartoçkanı seçsin və özü yoxlamanı təşkil edir. Uşaqlar növbə ilə qruplardan birinin oyuncaqlarını və onun yanına qoyulmuş kartoçkadakı dairələri sayırlar. Tərbiyəçi axırıncı qrupun oyuncaqlarını bütün uşaqlarla birlikdə saymağı təklif edir.

Axırda tərbiyəçi deyir ki, indi kartoçkalar düzgün qoyulmuşdur: “Burada 5 oyuncaq, kartoçkada isə 5 dairə vardır, oyuncaqlar və dairələr bərabərdir – hərəsindən 5 dənədir, burada 7 oyuncaq və 7 dairə vardır, onlar bərabərdir-hərəsindən 7 dənədir


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə