Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəhazırlıq qrupunda həndəsi fiqurlar haqqında biliklərin inkişaf etdirilməsi



Yüklə 2,56 Mb.
səhifə91/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   87   88   89   90   91   92   93   94   ...   106
SRTFM

14. Məktəbəhazırlıq qrupunda həndəsi fiqurlar haqqında biliklərin inkişaf etdirilməsi.

Məktəbəhazırlıq qrupunda uşaqlar dairə, ovalşəkilli fiqur, düzbucaqlı, kvadrat, üçbucaq, dördbucaqlı, kürə, kub və silindrin əsas xassələrini və əlamətlərini bilməlidirlər, əşyalarda həmin formaları tapmağı bacarmalıdırlar.

İlin əvvəlində tərbiyəçi uşaqların forma haqqında biliklərini müəyyənləşdirir. Onlar ovalı dairə ilə, kvadratı düzbucaqlı ilə fərqləndirməyi bacarmalıdırlar. Bu vaxt onların toxunma-hərəkət hiss orqanları və görmə hissi fəal olur. Uşaqlar konturları çəkirlər, əllərini modellərin səthi üzrə gəzdirirlər.

Bundan başqa üstəqoyma, yanınaqoyma, təsviretmə, saymaq və şərti ölçülərlə ayrı-ayrı elementləri ayırmaqdan istifadə edilir.

Biliklərin möhkəmləndirilməsi üçün tərbiyəçi müxtəlif növ tapşırıqlar verir. Uşaqlar kağızdan müstəvi fiqurları kəsirlər, plastilindən həcmli fiqurları düzəldirlər, fiqurları başqa şəklə salırlar, onlardan başqa fiqurlar alırlar. Fiqurların şəklini çəkməyə aid çalışmalara 10-12 məşğılı ayırırlar. Birinci məşğələdə uşaqları dəftərlə, dəftərdə xətlərin çəkilməsi ilə tanış edirlər, ikinci məşğələdə > və < kvadratlar, üçüncüdə kvadratlar və düzbucaqlılar, dördüncüdə müxtəlif ölçüdə və nisbətdə düzbucaqlılar, beşincidə kvadratlar və dairələr, altıncıda müxtəlif fəza vəziyyətlərində düzbucaqlılar və ovalşəkilli fiqurlar, yeddincidə kvadratlar, düzbucaqlılar, üçbucaqlar, səkkizincidə müxtəlif üçbucaqlar, doqquzuncuda və onuncuda sadə formalı əşyalar, böyük bayraqlar,alma, xiyar, gavalı və s. çəkməyi təklif rtmək olar.

Dəftərlərin səhifələrində xətlər çəkmək üçün tərbiyəçi uşaqlara belə tapşırıq verir: “Səhifənin müxtəlif hissələrində - yuxarıda, aşağıda,solda, sağda, ortada- damalar tapın və onların konturunu çəkin.” Sonra tərbiyəçi yazı taxtasında 1 sətirdə bir neçə damanın konturunu çəkir və soruşur: “mən nə çəkdim? Neçə kvadrat çəkdim? Kvadratlar arsında hər dəfə neçə kvadrat buraxdım?”

Fiqurların şəklini çəkməzdən əvvəl onları bir-birinin üstünə qoymaqla müqayisə etməyi uşaqlara öyrətmək lazımdır.

Tərbiyəçi eyni bir fiqurların şəkillərinin çəkilməsinin müztəlif üsullarını göstərir; Məs. kvadrat və düzbucaqlını ya damaların konturunu çəkməklə, ya da əvvəlcə yuxarı və aşağı tərəflərini, sonra isə yan tərəflərini çəkməklə alırlar.

Dairəvi və ovalşəkilli fiqurları kvadratların və düzbucaqlıların daxilinə xətti həm saat əqrəbinin hərəkəti istiqamətində, həm də saat əqrəbinin hərəkətinin əks istiqamətində aparmaqla çəkirlər.

Tərbiyəçi uşaqlara müxtəlif nəv düzbucaqlı bə bərabər yanlı üçbucaqların şəklini onların adlarını bildirmədən çəkmək priyomlarını göstərir. Uşağın əlini dəqiq xırda əməliyyatları yerinə yetirməkdə məşq etdirmək çox vacibdir, buna görə də fiqurları böyük ölçüdə çəkirlər. Parçanın uzunluğu adətən 5 damadan artıq olmur.

Uşaqlar bu və ya başqafiquru ilk dəfə çəkərkən nümunəyə əsaslənırlar, sonralar isə tərbiyəşinin ancaq şifahi göstərişləri əsasında fəaliyyət göstərirlər.

Uşaqlar tərbiyəçinin göstərişi ilə müxtəlif istiqamətlərdə müəyyən miqdarda dama sayıb ayıraraq nöqtələr qoyar və onları öz aralarında bir-biri ilə birləşdirib bu və ya başqa fiquru ala bilərlər. “3 nöqtə qeyd edin, onları bir-birilə birləşdirin. Hansı fiqur alındı? Neçə bucaq alındı? Bu fiqurun neçə tərəfi var?” – deyə tərbiyəçi soruşur.

Forma haqqında bilikləri ümumiləşdirmək üçün uşaqlara üçbucaqlar, dördbucaqlar, beşbucaqlılar və s. vermək məqsədəuyğundur. Bu məqsədlə müxtəlif rəngdə, ölçüdə, nisbətdə götürülmüş üçbucaqlar qrupunu nəzərdən keçirmək olar. Fiqurların bir-birinə nə ilə oxşar və bir-birindən nə ilə fərqli olduğunu aydınlaşdırırlar. Üçbucaqlıların hamısının 3 tərəfi, 3 bucağı, 3 təpəsi var.

Analoji qayda ilə başqa fiqurları da belə nəzərdən keçirirlər. Uşaqlar fiqurları qruplaşdırarkən onların bir əlamətinə əsaslanırlar, qalan əlamətləri nəzərə almırlar. Onlarda mücərrədləşdirmə, ümumiləşdirmə qabiliyyəti inkişaf edir.

Qruplaşmaya aid çalışmalar yerinə yetirərkən uşaqların forma haqda biliklərini sistemləşdirmək məqsədəuyğun olar. Məs.Əvvəlcə fiqurları 2 böyük qrupa-dairə və çoxbucaqlılara ayırmaq. Sonra dairəvi formaların içərisindən airələri və ovalşəkilli fiqurları, çoxbucaqlılar içərisindən dördbucaqlılar və üçbucaqlıları, nəhayət dördbucaqlılar içərisindən düzbucaqlılar və kvadratları ayırmaq olar.

Uşaqlara bü cür tapşırıqlar vermək olar. “Tapın görək. Sırada hansı fiqur artıqdır.”, “Hansı fiqur çatışmır?”, “Boş xanaya hansı fiquru çəkmək olar? ”vəs.

Həndəsi fiqurlar haqqında biliklərdən uşaqların ətraf şəraitdəki əşyaların formalarının təhlilində istifadə etmələri vacibdir.Uşaqlara tərbiyəçi deyir: “pəncərənin, qutunun, şkafın,ləçəyin formasını təyin edin.” Gündəlik fəaliyyətdə belə oyunları keçirmək faydalıdır: “Yeddi sıraya dur!”. “həndəsi loto”, “Tərəvəz səpək”, “Torbada nə var” və s.

Məktəbəhazırlıq qrup uşaqlarında düşüncəliliyi inkişaf etdirirlər, onlara bir neçə üçbucaqdan dördbucaqlılar, beşbucaqlılar, dairə hissələrindən dairə düzəltməklə həndəsi fiqurları dəyişdirməyi öyrədirlər.

Uşaqlar hissələrdən tam fiqurlar tərtib etməklə, 2-4 yarımdairədən dairənin dörddə birinə bərabər olan 6-8 hissədən və s. neçə dairə düzəltməyin mümkün olduğunu başa düşürlər.

Məktəbəqədər yaşlı uşaqlar atmacalı, əyləncəli məsələləri, qurma məsələlərini həvəslə həll edirlər. Məs. onlar 1 fiquru o birinə birləşdirməklə 7 çöpdən 2 kvadrat düzəldirlər. 1 fiqurda 1,2,3 çöpün yerini dəyişməklə başqa fiqur alırlar. Məs ev fiqurundan bayraq alırlar.

Uşaqlar “Tanqram”, “Pifaqor”, “Kolumb yumurtası ” və s. oyunlar oynayırlar.

“Şəkil üçün hansı fiqurdan istifadə edilmişdir?” oyununda tərbiyəçi uşaqlara əvvəlcə fikirləşməyi təklif edir. O, deyir: “u fiqura baxın. O, sizə kimi xatırladır? Bəli, bu elə bil xoruzdur. Bu xoruzu 7 fiqurdan düzəltmək lazımdır. Bir baxın, bu fiqur hansı hissələrdən düzəldilmişdir? Onlar nə ölçüdədir və necə yerləşmişdir? Danışın görək, siz xoruz fiqurunu necə tərtib edərsiniz?”






Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə