Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


VI mərhələ. Qiymətləndirmə



Yüklə 2,56 Mb.
səhifə99/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   95   96   97   98   99   100   101   102   ...   106
SRTFM

VI mərhələ. Qiymətləndirmə

Tərbiyəçi meyar cədvəlinə əsasən qiymətləndirmə aparır.



VII. UŞAQ BAĞÇASINDA İŞİN PLANLAŞDIRILMASI.

1.Məktəbəqədər müəssisələrdə riyaziyyat uzrə işin planlaşdırılması.

Uşaqlarda sadə riyazi təsəvvürlərin inkişafı məsələləri düzgün planlaşdırma olmadan həll edilə bilməz. Planlaşdırma – uşaqlarda Sadə riyazi təsəvvürlərin formalaşdırılmasının idarə olunmasının əsas vasitələrindən biridir.

Plan proqram məsələlərinin sistematik və ardıcıl. Məqsədyönlü həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə planlaşdırma qrupda pedaqoji prosesin nə səviyyədə olması haqda məlumat verir.

Sadə riyazi təsəvvürlərin inkişafı üzrə işin düzgün planlaşdırılması üçün tərbiyəçi aşağıdakıları bilməlidir:

1. İşlədiyi yaş qrupunun proqramını ətraflı bilməlidir;

2. Uşaqların yaş və fərdi xüsusiyyətlərini bilməli;

3. planlaşdırma və təlimin təşkili zamanı didaktik prinsiplərdən düzgün istifadə etməyi bacarmalı;

4, Uşaqlaeda riyazi təsəvvürlərin inkişafının əsaslarını bilməli;

5. Məşğələlərdə interaktiv təlim metodlarından istifadəni bilməlidir.

Məktəbəqədər müəssisələrdə planlaşdırmanın 2 növü var:

1. Perspektiv plan

2.Təqvim planı

Perspektiv plan rüblər üzrə yazılır. Burada hər hansı rübdə riyaziyyat üzrə məşğələlərin mövzuları və məşğələdən kənar riyazi bilikləri möhkəmləndirmək üçün verilən tapşırıqlar öz əksini tapır.

Məşğələlərin təqvim planına daxildir:

1. Proqram məzmunu: a)Təlim; b) İnkişafetdirici; v) tərbiyəvi.

Təlim məsələsi perspektiv plandan götürülüb, lakin daha konkret yazılması tələb olunur.

İnkişafetdirici məsələlər uşaqların nitqinin inkişafı, təfəkkürünün və başqa psixi proseslərin inkişafı məqsədini daşıyır.

Çünki riyaziyyat məşğələlərində uşaqlar təkcə riyazi biliklər almır. Həm də onlar əqli cəhətdən inkişaf edirlər.

Tərbiyəvi məsələlər uşaqlarda təlim fəaliyyətində müsbət əxlaqi keyfiyyətləri formalaşdırır.

2. Ayrı-ayrı uşaqlarla fərdi iş yuxarıdakı üç istiqamətdə planlaşdırılır.

3. Didaktik material- mövzuya uyğun və rəngarəng olmalıdır.

Ilin sonunda hər bir tərbiyəçi Pedaqoji şurada öz işinin hesabatını verir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə