Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Böyük qrupda ölçü anlayışının inkişaf etdirilməsi



Yüklə 2,56 Mb.
səhifə56/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   52   53   54   55   56   57   58   59   ...   106
SRTFM

6. Böyük qrupda ölçü anlayışının inkişaf etdirilməsi.

Böyük qrupda artıq uşaqlar əşyaların ölçülərini ayıtmağı və onları müqayisə etməyi bilməlidirlər. Uşaqlar bir ölçüsü ilə fərqlənən əşyaların tutuşdurulmasından əşyaların 2-3 ölçüsünə görə tutuşdurulmasına keçirlər. Tutuşdurulan əşyaların dairəsi genişləndirilir. Onlar tutuşdurmaq üçün müxtəlif fəaliyyətlərində həmişə rastlaşdıqları (lent, ipatdı, qayışlar, xizəklər vəs-dən) istifadə edirlər.

Əşyaları tutuşdurarkən onların başqa xassələrini də nəzərə almaq lazımdır. Məs. onların təyinatı, hissələri, rəngi, materialı və s. bunun uşaqların zehni inkişafları üçün böyük əhəmiyyəti vardır.

Tədriclə, əşyaların tutuşdurulmasına aid çalışmalar mürəkkəbləşir. Uşaqlar nəinki amcaq əyani göstərilən əşyalar arasındakı ölçü münasıbətlərini müəyyən edirlər, həm də tapşırılana görə oxşar münasibətləri yenidən bərpa edirlər. Məs. Tərbiyəçi deyir: “Elə iki yol çəkin ki, onlardan biri o birindən uzun olsun və ya 2 lent çəkin uzunluqları eyni, enləri müxtəlif olsun.”

Bundan başqa uşaqlar obyektin ümumi kütləsini saxlamaqla onun ölçüsünün dəyişildiyini öyrənirlər. Məs. Plastilindən uzun sütun hazırlayanda o daha nazik olur və ya əksinə. Bu çalışma uşaqların ayrı-ayrı ölçüləri fərqləndirmək qabiliyyətinin inkişafına kömək edir.

Uşaqlara əşyaları gözəyarı ölçməklə də bərabərləşdirməyi öyrədirlər. Məs. Kitabın təmiri üçün zolaq seçmək. “topaldıqaç” oyunu üçün lent seçmək. Göstərilən ölçüdə əşyanı seçmək tapşırığını uşaqlara məşğələdən kənar vaxtlarda verirlər. Belə tapşırıqlar uşaqları məşğələ vaxtı işə hazırlayır.

Bərabərləşdirmə obyekti həmişə nümunədən böyük və ya kiçik ölçüdə olmalıdır. Əşyaları bilavasıtə tutuşdurmaq mümkün deyilsə. Onda şərti ölçüdən istifadə edilir. Şərti ölçü-kağız zolağı, ip parçası, lent və s. ola bilər. Bu vaxt şərti ölçü ölçülən əşyadan böyük olmalıdır. Ölçünün üstündə əşyaların tutduğu hissələri nişanlayırlar. Hər bir əşya ayrıca ölçü ilə ölçülə bilər. Ölçülərin tutuşdurulması əşyaların ölçülərindəki fərqi dəqiqləşdirmək imkanı verir.

Böyük qrupda əşyaları ayrı-ayrı ölçülərinə görə qruplaşdırmağa və düzməyə aid çalışmalara xüsusi yer verirlər. Uşaqlar hansı əlamətlərinə görə tutuşdurulduğundan və bir sırada düzülməsindən asılı olaraq əşyanın başqa əşyalar içərisində yerinin necə dəyişildiyini görürlər.Məs. Qayışları ən uzunundan başlayaraq ən kiçiyinə kimi bir sırada düzdükdə qəhvəyi qayış birinci idi, qayışları ən enlisindən başlayaraq ən ensizinə qədər düzdükdə isə üçüncü yerdə olur.

Tədriclə uşaqlarda əşyaları müqayisə etmək mümkün olan əlamətləri müstəqil seçmək bacarığı formalaşır. Onlar, başqa əlamətləri nəzərə almadan göstərilmiş əlamətə görə əşyaları ardıcıl olaraq müstəqil tutuşdurmağı öyrənirlər.

Uşaqları hələ təcrübi fəaliyyətə başlamaqdan qabaq düşünməyə təhrik etmək faydalıdır.Bu məqsədlə suallar qoymaq lazımdır: “Əşyaları hansı əlamətinə görə qruplaşdırmaq olar? əşyaları hansı qayda ilə bir sırada düzmək olar? və s.” Əşyaları hansı istiqamətdə düzməyi müəyyənləşdirməkdən asılı olaraq hər dəfə qalan əşyalar içərisindən ən böyüyünü və yaxud ən kiçiyini ölçmək lazımdır.

Tədriclə uşaq sıranı qurarkən sonra gələn elementi seçmək qaydasından şüurlu istifadə etməyi öyrənir. Əşyaları hansı istiqamətdə düzməyi müəyyənləşdirməkdən asılı olaraq hər dəfə qalan əşyalar içərisindən ən böyüyünü və yaxud ən kiçiyini seçmək lazımdır.

Böyük qrupda tapşırıqlar mürəkkəbləşir. Uşaqlar çox sayda əşyaları tutuşdururlar, onlar bir ölçüsü ilə deyil, həm də 2-3 ölçüsü ilə fərqlənən əşyalardan istifadə edirlər. Eyni bir əşyanı ya bir,ya da başqa əlamətə görə bir sırada düzürlər.Məs. Silindrləri əvvəlcə hündürlüklərini artması qaydasında, sonra isə yoğunluqlarının artması qaydasında sıraya düzürlər.

Sıranın hər bir elementinin qonşu elementlərlə bir qədər, sonralar isə ösündən əvvəl gələn və özündən sonra gələn bütün elementlərlə müqayisə edilməsi uşaqlara əlamətin nisbi olmasını dərk etməyə imkan verir. Məs. a>b; b>c, onda a>c.

Nisbilik xassəsinin uşaqların mənimsəməsini möhkəmləndirmək üçün oyunlardan istifadə edirlər. “Kim birincidir?” Ayılar kimin kimdən sonra dayandıqlarını unutmuşlar.Birinci ikncidən, ikinci isə üçüncüdən kiçik olmalıdır. Birinci ayı nə boydadır? Bəs, üçüncü ayı?“, “Kimin qutusu”, “Tapın görək boyca kim hündürdür?” və s.

Tərbiyəçi uşaqların diqqətini nizamlanmış sıranın qonşu ədədlər arasındakı fərqin sabitliyinə cəlb edir. Uşaqlar ölçünün köməyilə xüsusi tərtib edilmiş sıranın əşyalarını müqayisə edirlər və sırada hər bir əşyanın qonşu əşyadan eyni bir kəmiyyət qədər böyük (kiçik) olmasını yəqin edirlər.

Nizamlanmış sıranın xassələrinə aid bilikləri möhkəmləndirmək üçün oyun xarakterli tapşırıqlardan istifadə etmək olar. məs. “Tap görək hansı buraxılmışdır”, “Tap görək hansı çatışmır?”, “Hansı artıqdır?”, “Nə dəyişdi?” və s.

Uşaqlarda gözəyarı təyin etmək qabiliyyətinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirlər. Onlar əşyaların ölçülərini bilavasitə tutuşdurmaq priyomlarına (üstəqoyma, yanınaqoyma , ölçünün köməyi ilə ölçmə) yiyələnmək əsasında daha mürəkkəb gözəyarı təyin etmək bacarığı tələb olunan məsələlər həll etməyi öyrənirlər.

Nümunə olaraq müxtəlif əşyalar götürmək olar.Gözəyarı ölçməni məşğələdən kənar vaxtlarda məhkəmləndirmək olar. “Taxtaları üst-üstə qoy”, “Sıra ilə düz”, “hansı qutuya”, “Kim birincidir? ” və s.

Uşaqlar oyuncaqlar və əşyalarla məşğul olan prosesdə hələ orta qrupda məsafələri elementar şəkildə qiymətləndirməyi öyrənmişlər. “Yaxın”,”uzaq”, “yaxındır”, “uzaqdır” anlayışları haqqında təsəvvürlər almışlar. Təcrübi fəaliyyətdə (oyunlarda, əməkdə) onların qarşısında tez-tez hansı əşyanın yaxın, hansının uzaqda olmasını təyin etmək lazım gəlir.

Böyük qrup uşaqları məsafələri addımla ölçməyi də öyrənirlər. Çalışmaları gəzinti vaxtı təşkil etmək məqsədəuyğundur.

Əşyaların ölçülərini bilavasitə tutuşdurmaq təcrübəsi “təsəvvürə görə” müqayisə üçün zəmin yaradır. Uşaqlara tapşırıq verirlər ki, bu və ya digər əşyanın ölçüsünü göstərsinlər, məs. çəpər, qapı, uşaq stolu nə hündürlükdədir. Nümunədən böyük, kiçik (uzun. qısa)və yaxud ona bərabər əşyaları desinlər.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə