Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Göstərilən istiqamətdə hərəkət etmək bacarığının inkişaf etdirilməsi



Yüklə 2,56 Mb.
səhifə59/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   55   56   57   58   59   60   61   62   ...   106
SRTFM

Göstərilən istiqamətdə hərəkət etmək bacarığının inkişaf etdirilməsi.

Böyük qrupda göstərilən istiqamətdə hərəkət etmək, gediş, qaçış vaxtı hərəkət istiqamətini dəyişmək bacarığının təkmilləşdirilməsinə böyük diqqət verirlər.

Tərbiyəçi musiqi və fiziki mədəniyyət məşğələlərində hərəkət istiqamətini dəqiq vermək məqsədilə bu sözlərdən istifadə edir: yuxarıya, aşağıya, qabağa (irəli), sağa (sola), yanında, arasında, qarşısında və s. uşaqların özündən səmtləşmək bacarığına istinad edərək , tərbiyəçi onlara göstərilən istiqamətdə hərəkət etməyi öyrədir.

Riyaziyyat, fiziki mədəniyyət, musiqi məşğələlərində, məşğələdən kənar vaxtlarda, əsasən gəzinti zamanı göstərilən istiqamətdə hərəkət etmək bacarığını möhkəmləndirmək məqsədi ilə didaktik və hərəkətli oyunlar verilir: Məs. “Hara getsən, nə taparsan”, “Əşyanı tap”, “Bayrağı tap”, “Səyahət” oyunlarını keçirlər. Bu oyunlarda uşaq gizlədilmiş oyuncağı tapmalıdır. Lakin indi uşağa fəal hərəkət prosesində istiqaməti dəyişmək təklif edilir. Məs. Stola qədər get, sağa dön, otağın küncünədək get, sola dön, pəncərəyədək get və orada oyuncağı tap. Əşyanın adı ancaq uşaq istiqaməti tamamilə dəyişdikdən sonra deyilməlidir. əks halda uşaqlar göstərilən istiqaməti yox, ancaq əşyanı əsas götürəcəklər.

Belə oyunları kiçik meydançada keçirmək məqsədəuyğundur, tədriclə böyük sahəni tuta bilər.

Tədriclə səmtləşməyə aid tapşırıqların miqdarını artırırlar, əvvəllər uşaqlar ancaq qoşa istiqamətləri – irəli-arxaya (qabağa-dala), sağa-sola. Təyin edirlərsə, sonralar istiqaməti istənilən qayda ilə verirlər: irəli-sağa, sağa-geriyə və s.

Sağa və sola istiqamətini öyrətmək məqsədi ilə “Küçəni düzgün keçərsən – təzə evə düşərsən, səhv edərsən – köhnəsində qalarsan”, “Paketi ötür” oyunlarından istifadə edilir.

Bu oyunlarda tapşırıq bundan ibarətdir ki. hər bir uşaq sağ tərəfə gedərəksəkidən düzgün keçsin, yaxud küçəni keçərkən əvvəlcə sola baxsın, sonra küçənin ortasına qədər gəlib sağa baxsın.

Gözübağlı halda hərəkət istiqamətini tapmağa aid çalışmalar faydalıdır, burada “Atı yemlə”, “Barabanı çal-çal”, “öz nişanını tap” oyunlarından nümunə gedişə əsaslanmaq lazımdır. Bunlar oxşar oyunlardır. “öz nişanını tap” oyununun gedişi belədir: Divar boyunca həndəsi fiqur modellərini düzürlər. Əvvəlcə aparıcı uşaq tərbiyəçinin dediyi fiqura yaxınlaşır. Conra isə gözübağlı halda modellər düzülən divara tərəf qayıdır və əllərini toxundurmaqla lazımı fiquru tapır.

Fəzada səmtləşərkən uşaqlarda səs siqnalına reaksiya cəldliyini və dəqiqliyi inkişaf etdirirlər. Məs. “Zınqırovla gözübağlıca”, “Səs haradan gəlir”və s.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə