311
söylüyə bilərəm.Bunu bilmək üçün peyqəmbər və yaxud münəc-
cim olmaq lazım deyil,peyqəmbərimizin müdrik kəlamını yada
salmaq kifayətdir:”Bütün fəsadların yuvası - mədədir, bütün
dərdlərin çarəsi-pəhrizdir”.Yəni, mədəyə “ölü” qida doldursan
-xəstə və bədbəxt olacaqsan,sağlam qida töksən-gumrah və
bəxtiyar olacaqsan... Üçüncü yol yoxdur.Sağlam və xöşbəxt
olmağın yolunu isə əlinizdəki bu kitab aydın göstərib.
Sonda bir kiçik tövsüyə vermək istəyirəm. Əgər iradəniz
zəyifdirsə və siz “ölü” qidalardan heç cürə əl çəkə bilmirsinizsə,
heç olmasa,aşağıdakı sadə prinsipə əməl edin:yeməkdən qabaq
1-2 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum için, 15
dəqiqədən sonra bir növ meyvə yeyin, 30 dəqiqədən sonra bir
nimçə tərəvəz salatı ilə ürəyiniz istəyən xörəyi(qızardılmış
xörəklər və un xörəkləri çox zərərlidir!) çörəksiz yeyin. Çörək-
dən əl çəkə bilmirsinizsə,boyat qara çörəyi başqa bir vaxt tərəvəz
salatı ilə ayrıca yesəniz,zərəri az olacaq.Yeməklə bərabər və
yeməkdən dərhal sonra çay,yaxud su içmək-zərərli vərdişdi.
Qidaları heç vaxt qarışdırmayın! Ən dəyərli qida da qarışanda
zəhərə çevrilir.Tərəvəz salatını isə,meyvədən başqa,bütün
qidalarla bərabər qəbul etmək olar və lazımdır.Gün ərzində kiçik
fasilələrlə, ilıq şəkildə,qurtum-qurtum 2-3 litr çiy su için.Kifayət
qədər çiy su içmiyən adam mütləq xəstə olmalıdır.
İndi isə bütün anaları, xüsusən də gənc anaları və ana
olmağa hazırlaşan cavan qızları bir kamil ananın səmimi və çox
faydalı məktubu ilə tanış etmək istəyirəm.Gənc ana Diana çox
səmimi məktubunu-düz 50 il meyvə və tərəvəzlərin faydasını
araşdıran qüdrətli Amerika alimi Norman Uokerə ünvanlamışdı.
Buyurun,oxuyun və faydalanın.
“Hamilə idim, 33 yaşımda ilk övladımı dünyaya
gətirməli idim.Bir gün çox sevdiyim tərəvəz salatı mənə
dadsız göründü, elə bil, ağac kəpəyi yeyirdim.Tamam başqa
diyetaya keçdim:gündə 3 dəfə qreypfrut və fındıq yeməyə
başladım. Onlardan başqa heç nə istəmirdim. Hamiləliyimin
birinci, ikinci və üçüncü ayları belə keçdi.Dördüncü, beşinci
312
və altıncı aylarda qreypfrutdan əlavə digər meyvə növləri də
yeyirdim: gavalı, armud, alma və yabanı meyvələr. Təbii ki,
söhbət kimyəvi gübrələrlə yetişdirilməyən təmiz meyvələrdən
gedir.Bir ədəbiyyatda oxumuşdum ki, moruq yarpağından
dəmlənmiş çayı balla içdikdə hamiləlik dövründə yaxşı fayda
verir.Ona görə də çoxlu moruq yarpağı qurutduq. Bütün qışı
moruq yarpağının dəmləməsini balla içirdim. Bundan əlavə
hər gün 500 qram kök şirəsi içirdim.Hər hansı səbəbdənsə
sidik ifrazatı gecikirdisə, o saat ananas yeyirdim.
Əhvalım o qədər yaxşı idi ki, hamiləliyimin altıncı
ayına qədər həkimə müraciət etmədim.Lakin valideynlərim
və dostlarım,özümü həkimə göstərmədiyim üçün,bərk
narahat idilər,təkidlə həkimə getməyimi məsləhət görür-
dülər.Nəhayət,razılaşdım.Həkim məni müayinə edəndən
sonra iki şeyə təəccübləndi: uşağın ürəyi bərk vururdu, bir
də məndə artıq çəki və bədənin zəhərlənməsi(токсичность)
yox idi.Bəxtim kəsmişdi:xöşbəxtlikdən həkim də təbii
doğuma inanırdı və mənim sadə natural qida qəbul
etməyimdən çox razı qaldı (əfsuslar olsun ki,Azərbaycanda bu
cür mütərəqqi həkimləri barmaqla saymaq olar -Ə.Ə.).
Mən hər gün gəzirdim, təbii doğum üçün nəzərdə
tutulan təmrinləri yerinə yetirirdim, ev işi görürüdüm. Və
nəhayət, martın 1-də Erik böyük hay-küylə işıqlı dünyaya
gəldi. Oğlumun başı sıx, uzun, qıvrım saçla örtülmüşdü.
Uşağın saçı diqqəti ona görə xüsusi cəlb etdi ki, bizim
zəmanəmizdə doğulan uşaqların əksəriyyətinin başında tük
ya az olur, ya da heç olmur. Oğlumun dərisinin gözəl rəngi
həkimlərin və şəfqət bacılarının söhbətlərinin əsas mövzusu-
na çevrilmişdi. Hamını təəccübləndirən həm də bu oldu ki,
bu cür, həkimlərin fikirincə, qeyri-normal qidalanmağıma
baxmayaraq, mən Erikə döşümdən süd verməyə qadir idim.
Əvvəlcə südüm az idi, sonra döşlərimdən bol və yağlı süd
axmağa başladı.Mənə deyirdilər ki,belə süd,adətən, göyüm-
tül və sulu olur. Demək olar, tamam bişmiş qidalardan ibarət
313
olan xəstəxana menyusu, əlbəttə, məni qane etmirdi, xahiş
elədim ki, mənə mətbəxdən yalnız canlı qida versinlər. Şəfqət
bacıları daima narahat idilər ki, mən kifayət qədər zülal
qəbul etmirəm, ona görə də məni, sözün əsal mənasında,
məcbur edirdilər ki, hər üç saatdan bir böyük stəkanla bir
süd içim.Mən isə verilən südü hər üç saatdan bir əl-üz
yuyulan yerə tökürdüm.Ərim və bacım hər gün bir litr təzə
çəkilmiş kök şirəsi və bir balaca torba fındıq gətirirdi. Mənə
evdən gətirilən quru meyvələri xəstəxana heyəti “təhlükəli”
elan etmişdilər, deyirdilər ki, onları yesən-uşaqda ishal baş
verəcək.Mən isə bir şeyi anlaya bilmirdim: necə ola bilər ki,
quru meyvələr uşağa və yaxud mənə ziyan versin? Axı, mən
onları on il idi, əsas qida kimi, mütəmadi olaraq qəbul
edirdim. Məhz onların sayəsində uşaq ana bətnində doqquz
ay yaxşı inkişaf etmişdi.
Bu on ildə çox öyrəşdiyim qidaların bol olduğu doğma
evimizə qayıtmaq necə də fərəhli idi!.. Böyük acgözlüklə
quru meyvələrin üstünə cumdum. Təbii ki, heç bir pis hadisə
baş vermədi.Qəbul elədiyim çiy bitki qidasının 60 faizini
meyvələr təşkil edirdi.Amma ilk günlər bir dəfə möhkəm
qorxdum:Erikin bağırsağı doğuşdan sonra hələlik fəaliyyət-
siz qalmışdı.Anadan olandan beş gün sonra Erik ilk dəfə
normal vəziyyətdə “bayıra çıxdı”, nə qəbizlik vardı, nə də
ishal. Maraq məni götürmüşdü: nə üçün uşağın “stulu” belə
gec baş verir? Bu, bizə aydın deyildi, qorxurduq ki, bu hal
normaya çevrilə bilər.Hər dəfə uşağı imalə edəndə mən
təəccüblənirdim. Biz südəmər uşağın qidası haqqında bir
köhnə kitaba rast gələndən sonra “sirrin” üstü açıldı. Orada
yazılmışdı ki,ana südü yeyən uşağın orqanizmi qəbul etdiyi
qidanı o dərəcədə yaxşı mənimsəyir ki, təzə doğulmuş uşağın
bağırsağı 7 gün ərzində fəaliyyətsiz qala bilər – burada
təəccüblü heç nə yoxdur.Erik ana südü əmdiyi vaxtda belə
hallar tez-tez baş verirdi, çünki daima hərəkətdə olan diribaş
uşaq ana südünü çox gözəl mənimsəyirdi.
314
Erikin altı ayı tamam olanda ona kök şirəsi verdik.
Ilk “bərk” qidanı isə oğluma doqquz ayı tamam olanda
verdik. Bu qida narın gözlü sürtgəcdən keçirilmiş banan və
bir az da avokado idi.Bundan sonra uşağın “stulu”
müntəzəm oldu. Bir yaşı tamam olana qədər Erik banan və
avokado yeyir, kök şirəsi içirdi. Sonra ona, tədricən suda
isladılmış və sürtgəcdən keçirilmiş çiy gavalı və qaysı
verirdik.Tezliklə mövsümə uyğun olaraq təzə meyvələr
yeməyə başladı. Erik özü özünə qida seçirdi. Bəzən bir neçə
gün ardıcıl olaraq yalnız alma yeyirdi, sonra avokadoya
keçirdi, ondan sonra başqa meyvələrə.
Uşağın qəbul etdiyi yeganə süd – yalnız ana südü
oldu. Uşaq 2 il yarım ana südü əmdi. Indi o, kök şirəsi və qoz
südü içir və meyvə yeyir. Oğlum heç vaxt gombul olmayıb,
onun qarnı böyük və vəziləri şişkin olmayıb, selik ifraz
etməyib.Dostlarımın çoxu öz övladlarının qarnını müxtəlif
sıyıqlarla doldurur,butulkadan süd verirlər.Uşaqlar, nişasta-
nı həzm edə bilmədikləri üçün,Allahın verən günü soyuqla-
yır,qrip tutur, ağ ciyərləri iltihaba uğrayır, bədənləri səpir,
digər allergik xəstəliklərə tutulurlar. Bizim uşağımızda
bunların heç biri baş vermədi. Çünki biz Təbiətin çox sadə,
lakin möhkəm qanunlarına dəqiq əməl edirik.
Artıq 1970-ci ildir. Erikin 3 yaşı var. Onun qidası təzə
və qurudulmuş meyvələrdən, təzə çiy tərəvəzdən və onların
şirəsindən, tumlarından və baldan ibarətdir. Oğlum fiziki və
əqli cəhətdən çox gözəl inkişaf edib, güclü və çevikdir,onda
hər şeyi bilmək marağı çox güclüdür.
Doktor Uokerə,yaratdığı mütərəqqi metoda görə öz
nəhayətsiz təşəkkürümü bildirirəm.
Diana Valester Folton”.
P.S. Diana xanımın-qibtəyə və həsədə layiq olan bir
kamil ananın bu balaca məktubunu bütün yer üzündə yazılmış
tibb əsərlərinə dəyişmərəm.Dünyaya kamil vətəndaş bəxş
315
etmək,övladını sağlam və bəxtiyar görmək istəyən gənc
analar,eləcə də ana olmağa hazırlaşan gənc qızlar bu məktub-
dan çox şey götürə bilər.
Mən sizə,əziz analar,”əlvida” demirəm,”xoş gördük”
deyirəm:həmişə yanınızdayam,buyurun,qaranlıq nə varsa,
hamısını soruşun.Məni nə qədər çox narahat etsəniz,bir o
qədər çox şərəf vermiş olarsınız. Çünki millətimizin “qızıl
genefondunu” yaratmaq istiqamətində,xalqımızı və bütün Türk
dünyasını cismən və mənən güclü etmək istiqamətində iş
görmək-mənim bütün həyatımın mənasıdır.
316
MÜNDƏRİCAT səh.
Kitabın ikinci nəşrinə ön söz................................................ 4
Birinci fəsl
Bu kitabı niyə yazdım? ........................................................ 10
Biz kimik? ............................................................................ 11
Ölü kəfəni yırtdı ................................................................... 13
Qibtəyə layiq şərəfli həyat ................................................... 25
Yüz yaşlı cavan .................................................................... 28
Təsadüf mətinlərə kömək edir ............................................. 31
İkinci fəsil
Natural Gigiyena necə yarandı? ........................................... 37
Natural gigiyenanın prinsipləri ............................................ 39
Psixika və sağlamlıq ............................................................ 44
Psixikanın möhkəmləndirilməsi ........................................... 54
Üçüncü fəsil
Nişi Sistemi möcüzədir, yoxsa metodologiya? .................... 55
Katsudzo Nişi ....................................................................... 55
Çox yemək - adamı az yeməkdən də qoyur ......................... 71
Sağlam qan! Onu necə yaratmaq? ........................................ 76
Əzəmətli üçlük: işıq, hava, su .............................................. 77
Daxilimizdəki laboratoriya necə işləyir? ............................. 80
Dördüncü fəsil
Bir daha qidalarımız haqqında ............................................. 82
Ət haqqında nəyi bilmirik ? ................................................. 86
Yağ dostumuzdur, ya düşmənimiz? ..................................... 91
Bəs çörək? ........................................................................... 92
Meyvələrin təqsiri yoxdur .................................................... 96
Qidalanmağın 20 şərti .......................................................... 99
Menyu fərdi olmalıdır .......................................................... 106
Zəngin süfrə nə deməkdir?....................................................111
Beşinci fəsil
Söz – loğmandır, söz – cəlladdır .......................................... 115
317
Qan dövranı haqqında yeni fikir .......................................... 119
Qlomus ................................................................................. 126
Qan təzyiqi ........................................................................... 129
Ürəyin rolu və funksiyası ..................................................... 130
Sol mədəciyin əhəmiyyəti .................................................... 132
Ürək xəstəliklərinə tutulmamaq mümkündür ...................... 133
Altıncı fəsil
Katsudzo Nişinin 6 Qaydası ................................................. 134
Birinci qayda: düz və bərk yataq ......................................... 135
İkinci qayda: bərk və balaca yastıq ...................................... 139
Üçüncü qayda: “Qızıl balıq” təmrini ................................... 141
Dördüncü qayda: Kapilyarların qidalanması ....................... 144
Beşinci qayda: əllərin və pəncələrin təması ......................... 146
Altıncı qayda: kürək və qarın üçün təmrin .......................... 151
Yeddinci fəsil
Aclıqla müalicə .................................................................... 155
Xəstələr üçün dieta ............................................................... 160
Dietanın yeni mərhələsi ....................................................... 164
Biz Təbiətin bir parçasıyıq .................................................. 167
Nədən başlamalı? ................................................................. 169
Səkkizinci fəsil
Təmizlənmə. Yoğun bağırsağın təmizlənməsi ..................... 170
Təcili təmizlənmə ................................................................. 177
Uoker metodu ilə təmizlənmə .............................................. 177
Qara ciyərin təmizlənməsi ................................................... 178
Duz yığıntılarından təmizlənmə ........................................... 179
Damarların təmizlənməsi ..................................................... 180
Doqquzuncu fəsil
Xərçəng-sağalan xəstəlikdir ................................................. 182
Kontrast hava vannası .......................................................... 190
Hava ilə müalicə .................................................................. 192
Kontrast su vannası .............................................................. 193
Odünyalıq adamlar ............................................................... 195
Onuncu fəsil
318
Kapilyaro-terapiya: Zalmanov metodu ilə müalicə ............. 197
Su ilə müalicə ....................................................................... 200
İstiliyi artıran vannalar ......................................................... 202
Hipertermik vannalar ........................................................... 203
Skipidar vannaları ................................................................ 206
Ağ skipidar vannaları ........................................................... 206
Sarı skipidar vannaları ......................................................... 208
Qarışıq vannalar ................................................................... 209
Buxar vannaları .................................................................... 210
Kapilyaro-terapiyanın tətbiqi metodikası ............................ 211
Əks göstəricilər .................................................................... 215
On birinci fəsil
Skipidar vannalarının tətbiqi rejimi ..................................... 216
On ikinci fəsil
Vitaminləri harada axtaraq? ................................................. 242
Duz var -dağıdır, duz var –qurur .......................................... 247
Həyat əhəmiyyətli elementlər...............................................251
Ərzaq növlərinin uzlaşması..................................................252
Ən zəruri qidalar .................................................................. 254
Kök adamlar üçün menyu .................................................... 256
Quruculuq dietasının menyusu ............................................ 257
On üçüncü fəsil
Vitaminli xörəklər ................................................................ 259
Çiy şorbalar .......................................................................... 260
Çiy dəmləmələr .................................................................... 261
Salatlar üçün əlavələr ........................................................... 262
Qış tərəvəz xörəkləri ............................................................ 263
Tərəvəz və göyərtidən hazırlanan yaz qidaları .................... 264
Tərəvəzdən və otlardan hazırlanan yay–payız salatı ........... 265
Natural mətbəxin resepti ...................................................... 267
On dördüncü fəsil
Kalliziya-jenşendən qiymətlidir .......................................... 268
On beşinci fəsil
Bəs həkimlər nə etsin? ......................................................... 274
319
Skeptiklərə cavab ................................................................. 276
İki yol ................................................................................... 282
On altıncı fəsil
Məktublar ............................................................................. 284
On yeddinci fəsil
Gənc analara xitab(son söz əvəzi) ........................................ 308
Mündəricat ........................................................................... 316
320
Ərşad Əzimzadə
MÖCÜZƏSİZ MÖCÜZƏ
(elmi-publisistik əsər)
Bakı-2009
Dizayn Elxan Heydərov
Çapa imzalanmışdır: 27.03.2009, Sifariş № 125,Format A5
Həcmi 32 ç.v. Tiraj 500 nüsxə. Qiyməti müqavilə ilə.
321
Səkkiz ağır xəstəlikdən(“Bexteryev xəstəliyi”, stenokar-
diya, mədə xorası, şəkərli diabet və s) 30 il əzab çəkən yazıçı-
jurnalist Ərşad Əzimzadə gənc yaşlarında iş qabliyyətini tamam
itirərək, 1-ci qrup əlil kimi, təqaüdə çıxmalı olmuşdur. Sağlam-
lığını qaytarmaq üçün daima çarə axtaran Ə.Əzimzadə, nəhayət,
1995-ci ildə, 60 yaşı tamam olanda şəfa yolunu tapmışdır.
Dünyanın qüdrətli naturopat alimlərinin təlimləri ilə yaxından
tanış olan xəstə dava-dərmansız,təbii üsullarla 8 ağır xəstəliyi
müalicə etmişdir.Yazıçı-jurnalist doğma xalqını və bütün Türk
Dünyasını sağlam və xoşbəxt görmək istəyi və ümidi ilə
“Möcüzəsiz möcüzə” adlı elmi-publisistik əsər yazmış, ”Ana
Təbiət” Natural Gigiyena mərkəzi yaratmış,bütün xəstəliklərə
qalib gəlməyə qadir olan Sağlam Həyat tərzini geniş təbliğ
etməyə başlamışdır.Əsər işıq üzü gördüyü ilk gündən geniş
papulyarlıq qazanmış, kitab “piratlarının” diqqətini özünə
çəkmişdir. Kitabın qeyri-rəsmi çap tirajı artıq bir neçə milyon
nüsxəni keçmişdir.
322
Dostları ilə paylaş: |