293
isə hər kəsin öz işidir”.Biz sizinlə xalqımıza doğru yolu göstərək,
sağlam, yaxud xəstə olmaq - hər kəsin öz işidir.
KONKRET TƏKLİFLƏR
I. Tibb sahəsində
1. Tibb elminin və səhiyyə sisteminin əsas vəzifəsi,
dünyanın bir çox inkişaf etmiş ölkələrində vətəndaşlıq hüququ
qazanmış olan mütərəqqi Natural Gigiyena hərəkatının və yapon
alimi, professor Katsudzo Nişinin yaratdığı mütərəqqi Sağlamlıq
Sisteminin tələbləri əsasında müəyyənləşdirilsin. Zəkanın, tibb
elminin, səhiyyə sisteminin potensial imkanları, bu sahəyə
ayrılan vəsaitin əsas hissəsi ayrı-ayrı xəstəliklərin müalicəsinə
deyil, orqanizmin tamlığı və bütövlüyü uğrunda, insanın uzun
illər (150-200-300 il və daha çox) xəstələnmədən yaşaması
uğrunda mübaizəyə yönəldilsin.Bu zaman belə bir təkzibedilməz
fəlsəfə və məntiq əsas tutulsun ki, səbəbi aradan qaldırmadan
nəticəni ləğv etmək qeyri-mümkündür.
2. Bəşəriyyəti zəhərliyən, İnsanların sağlamlığına böyük
zərbə vuran farmokoloji-terapiyanın əhatə dairəsi tədricən
məhdudlaşdırılsın, dərmandan yalnız ekstremal situasiyalarda,
xəstələri kritik vəziyyətdən çıxartmaq məqsədilə istifadə
olunsun. Poliklinikalarda, klinikalarda, pansionatlarda, sanatori-
yalarda və digər sağlamlıq ocaqlarında naturopatik mərkəzlər
açılsın,sağlamlıq uğrunda mübarizənin ağırlıq mərkəzi müalicə-
xanalardan-ailələrə,uşaq bağçalarına,təhsil ocaqlarına və iş
yerlərinə köçürülsün.
3. Respublika Səhiyyə nazirliyində Natural Gigiyena
məsələləri ilə bilavistə məşqul olan xüsusi şöbə yaradılsın.
294
II. Təhsil sahəsində
1. Ümumdünya Natural Gigiyena hərəkatı və K. Nişinin
Sağlamlıq Sistemi əsasında ibtidai, orta və ali məktəblər üçün
xüsusi dərsliklər hazırlansın və Natural Gigiyena (yaxud
sağlamlıq) fənni mühüm təlim kimi tədris edilsin.
2. Təbiət Qanunlarının, Sağlam Həyat Tərzinin, düzgün
qidalanma və davranış qaydalarının, faydalı hərəkətlərlə, hava və
su ilə, özünütəqlid yolu ilə müalicə metodlarının uşaqlara
erkən,ailədə, məktəbəqədər müəssisələrdə, aşağı siniflərdə dərin
aşılanması üçün lazımi tədbirlər görülsün.
III. İqtisadiyyat sahəsində
1.İnsanların sağlamlığını əlindən alan, ailə büdcəsinə
böyük zərbə vuran papirosun, spirtli içkilərin, çayın, kofenin,
şokoladın, şirniyyatın, kolbasanın, konservlərin və digər “ölü”
qidaların istehsalı və ölkəyə gətirilməsi tədricən azaldılsın, sonda
heçə endirilsin,ət,yağ,çörək istehsalı maksimum məhdudlaş-
dırılsın.
2.Orqanizm üçün zəruri olan Günəş enerjisini, vitaminlə-
ri,üzvi duzları, mikroelementləri bədənə daşıyan meyvə, tərəvəz,
şülul (yabanı meyvələr), göyərti-sağlamlığı və uzunömürlülüyü
təmin edən əsas qida növləri kimi təqdir edilsin və onların
istehsalı genişləndirilsin.Qoz,fındıq,badam,püstə,şabalıd, zeytun,
iydə, innab kimi bitkilərin inkişafına xüsusi diqqət verilsin, bu iş
dövlət əhəmiyyətli məsələ kimi qiymətləndirilsin. Dövlətin aqrar
siyasətində arıçılığın inkişafına geniş yer verilsin, bir çox
mineral maddələrlə zəngin olan, qidalar arasında analoqu
tapılmayan bal istehsalının təşkili-ümumxalq əhəmiyyətli vəzifə
hesab edilsin.
3. İnsan orqanizminin 25 faizini təşkil edən, Kainatla
orqanizm arasında həm sərhəd, həm də kontakt - körpü rolunu
oynayan dərinin, uzunluğu 100 min kilometrə bərabər olan
295
kapilyarların sağlamlıq üçün çox böyük əhəmiyyət kəsb etdiyini
nəzərə alaraq və onların öz funksiyalarını yaxşı yerinə
yetirmələri üçün münbit şərait yaratmaq məqsədi ilə, dərini və
kapilyarları boğan, bununla da bir çox xəstəliklər üçün zəmin
yaradan sintetik mallardan hazırlanan geyimlərin istehsalı, idxalı
məhdudlaşdırılsın və son anda dayandırılsın.Onların əvəzinə
kətan, pambıq,yun,dəri və digər təbii xammaldan hazırlanan
geyimlərin istehsalı genişləndirilsin.“Nəfəs almayan” material-
lardan tikilən mənzillərə və inzibati binalara qadağa qoyulsun.
IV. Təbliğat sahəsində
1.Qüdrətli Amerika alimi Pol Breqqin söylədiyi “bizi
öldürən qocalıq deyil, pis vərdişlərdir” kəlamının acı həqiqət
olduğunu əsas tutaraq, İnsanların psixologiyasını dəyişmək,
zərərli vərdişləri ləğv etmək,köhnə stereotipləri şüurlardan
silmək,zövqləri sağlamlıq baxımından düzgün formalaşdırmaq
məqsədi ilə qəzet və jurnal redaksiyalarında, radio və televiziya
şirkətlərində, digər informasiya mərkəzlərində Natural Gigiyena
hərəkatının və Nişi Sisteminin müddəalarını müntəzəm və
ustalıqla təbliğ edən xüsusi şöbələrin təşkil edilməsi kütləvi
informasiya orqanlarına tövsiyə edilsin, bu iş dövlət tərəfindən,
vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək kimi, yüksək
qiymətləndirilsin.
2.Sağlam Həyat Tərzinin üstünlüyünü hər bir ailəyə,hər
bir fərdə çatdırmaq üçün, əhali arasında müntəzəm iş aparan
könüllülərdən ibarət xüsusi təşviqat qrupları yaradılsın, vətənpər-
vər ziyalılardan yaradılan belə qrupların işinə rəhbərlik Milli
Məclisin Sağlamlıq Komissiyasına həvalə olunsun.
3.Natural Gigiyena hərəkatının dövlət əhəmiyyətli
mühüm iş olduğunu xüsusi vurğulamaq və bu fikiri əhaliyə
aşılamaq məqsədi ilə hərəkatın fəal iştirakçıları üçün xüsusi
mükafatlar, orden və medallar təsis edilsin.
Dostları ilə paylaş: |