Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

 
147 
istiqamətdə  uzadıb,  çəkirsiniz.  Qollar  tam  açılır.  Pəncələr  isə        
1 qarışa qədər uzanır. Pəncələrin aralanmasına imkan verməyin. 
Elə  bil,  fəqərə  sütununu  dartıb  uzatmaq  istəyirsiniz:  10  dəfədən 
61 dəfəyədək. Çox eləmək də olar. 
 8.  İlkin  məşqlərdən  sonra  əvvəlki  vəziyyəti  alın.  Əllər 
sinədə  antenna  kimi  dayanıb.  Gözləri  yumub,  5-10  dəqiqə 
«lotos»  vəziyyətində  sakit  qalın.  Dizlər  yanlara  tərəf  mümkün 
qədər gen açılıb. 
Şəkil 13. Əllərin və pəncələrin təması təmrini. 
İndi  isə  gəlin,bu  təmrinin  tə'sir  mexanizmini  öyrənək. 
Bitişik  əlləri  və  pəncələri  hərəkət  etdirməklə,  biz  nəyə  nail 
oluruq?  Çoxumuz  heç  xəyalımıza  da  gətirmirik  ki,  ürəyi 
mə'dədən  ayıran  diafraqmanın  özü  elə  ikinci  ürəkdir.  Sağlam 
bədəndə diafraqma bir dəqiqə ərzində 18 dəfə hərəkət edir: 4 sm 
yuxarı qalxır və 4 sm aşağı enir, yə'ni: diafraqmanın amplitudası 
8 santimetrdir. Bu da bir sutka ərzində 24.000 hərəkət deməkdir. 
Bədənimizdə  ən  böyük  əzələ  sayılan  diafraqmanın  gördüyü  iş 
belədir.  Diafraqmanın  hərəkəti  say  etibarilə  ürək  hərəkətinin 
dörddə  biri  qədər  olsa  da,  böyük  sahəyə  malik  olan  bu  nəhəng 
nasos  aşağı  enəndə  qara  ciyəri,  dalağı,  yoğun  bağırsağı  sıxır  və 
qan  dövranını  yaxşılaşdırır.  Qarın  boşluğunda  olan  bütün  qan 
damarlarını  və  limfatik  damarları  sıxan  diafraqma,  venoz 
sistemini boşaldır və qanı irəli, döş qəfəsinə tərəf itələyir. Onun 
gemodinamik  təzyiqi  güclü  olduğu  üçün  qanı,  ürəyə  nisbətən, 
daha  çox  vura  bilir.  Bu  təmrinin  hazırlıq  hissəsini  yerinə 


 
148 
yetirərkən,  biz  diafraqmaya  yardımçı  oluruq,  onu  daha  fəal 
işləməyə  sövq  edirik.Bu  təmrini  yerinə  yetirərkən  necə  nəfəs 
almaq  lazımdır?Nişi  Sistemi  dərin  nəfəsalmanı  və  hüceyrələrlə 
«tənəffüs  etməni»  gücləndirir.  Ona  görə  də  bütün  bədənlə,  dəri 
ilə  nəfəs  almaq  məsləhətdir.  Amma  əynimizdəki  paltar  dəri  ilə 
tənəffüs etməyə imkan vermir. Bu da müxtəlif xəstəliklər törədir. 
Nişinin  tərtib  etdiyi  və  sınaqdan  keçirdiyi  təmrinlər  hər  bir 
hüceyrəni  dərindən  nəfəs  almağa  məcbur  edir.  Odur  ki, 
paltarınızı  nə  qədər  çox  soyunsanız,  məşqlərin  səmərəsi  bir  o 
qədər artıq olar. 
Bəs 5-10 dəqiqə sakitlik bizə nə verir? 
Moskvalı  alim  A.Qurviç  1923-cü  ildə  çox  qəribə  bir  sirr 
açdı:  yan-yana  basdırılmış  iki  baş  soğanın  hüceyrələri  tək 
basdırılmış  soğanlara  nisbətən  tez  ayrılmağa  və  çoxalmağa 
başladı.  Bu  sür'ət  fərqi  50-75  faiz  təşkil  etdi.  Alim  təcrübəni 
davam  etdirərək,  müəyyənləşdirdi  ki,  hüceyrələrin  sür'ətli 
ayrılması  soğan  qabığının  buraxdığı  dalğaların  (190-230 
millimikron)  sayəsində  baş  verir.  Bu  tədqiqatı  Almaniyanın, 
Fransanın, İngiltərənin alimləri də davam etdirdilər və bir addım 
da qabağa  getdilər: müəyyənləşdirdilər  ki,  əgər çömçəquyruğun 
başını  soğanın  yanında  saxlasan,  soğan  dalğası  bu  canlıya  da 
tə'sir göstərir. Soğanla bir sıra xəstəlikləri, o cümlədən, xərçəngi 
sağaltmaq  ideyası  meydana  çıxdı.  Sonra  aydm  oldu  ki,  digər 
canlılar  kimi,elə  insan  da  belə  gücə  malikdir.  Barmaqları  ilə 
müxtəlif xəstəlikləri sağaldan adamları yadınıza salın. 
Nişi yazırdı: «Öz körpəsinə böyük məhəbbət və nəvazişlə 
süd verən ananın döşü ətrafında şəfəq əmələ gəlir. Uşağı laqeyd, 
acıqlı  yedirdən  zaman  bu  hal  baş  vermir».  Müəyyən  edilib  ki, 
bədəndən  çıxan  belə  işığın  mənbəyi  enzimlərdir,  yə'ni, 
fermentlər  və  yaxud  biokatalizatorlardır.  Onlar  bütün  canlı 
hüceyrələrdə mövcuddur  və  orqanizmdə həyat prosesini  qat-qat 
sür'ətləndirmək qabliyyətinə malikdir. İnsanın həyatı, sağlamlığı 
enzimlərdən asılıdır. Əgər bir orqan sıradan çıxıbsa, yəqin bilin: 
enzimlərin balansı pozulub. 
Biz  əllərimizi  və  pəncələrimizi  bir-birinə  yapışdırıb 
gözlərimizi yumarkən, iki antoqonik qüvvə, yə'ni, konstruktiv və 
destruktiv  (qurucu  və  dağıdıcı)  enzimlər  üstünlük  uğrunda 


 
149 
rəqabət  aparırlar. Nəhayət,  onların  arasında arzuolunan  tarazılıq 
bərqərar  olur.  Ruh  və  bədən  qüvvələrinin  müvazinəti  yaranır. 
Buna  daxili  müvazinət  deyilir.  Beləliklə,  daxili  kamfort  təmin 
edilir. 
 
 
 
 
 
 
Şəkil 14. Əllərin birləşməsi 
   Bu təmrin əzələlərin, əsəblərin, damarların, bədənin sağ və 
sol  hissələrinin,  əl  və  ayaqların  funksiyasını  tənzimləmək  üçün 
çox  faydalıdır.Bundan  əlavə,böyrəküstü  orqanların,cinsi  orqan-
ların,yoğun  bağırsağın  və  böyrəklərin  funksiyasını  da  xeyli 
yaxşılaşdırır.  Hamilə  qadınlar  bu  məşqdən  səmərəli  istifadə 
etsələr, ana bətnində olan uşağın normal inkişafı, əyri vəziyyətdə 
olan  uşağın  düzəlməsi  üçün  şərait  yaratmış  olarlar,  doğuş  xeyli 
yüngülləşər.K.Nişi bu barədə yazırdı:«Osakalı əczaçının iki oğlu 
vardı.  Arvadları  eyni  vaxtda  doğmalı  idi.  Həkim  kiçik  oğlanın 
arvadına baxarkən demişdi ki, mütləq Keser əməliyyatı aparmaq 
lazımdır.  Çünki  çanaq  stazı  (durğunluq)  normal  doğuşa  imkan 
vermir.  Xoşbəxtlikdən  mən  bu  vaxt  Osakada  oldum.  Qadına 
məsləhət  gördüm  ki,  əllərini  və  pəncələrini  birləşdirsin,  40 
dəqiqə arxası üstə uzansın, bundan əlavə «qızıl balıq» təmrinini 


 
150 
yerinə yetirsin. Zavallı qadın bütün gecəni mən dediyim qaydada 
təmrinləri yerinə yetirdi. Sabahısı günü öz ərini və ondan da çox 
Keser əməliyyatı keçirməyi təklif edən həkimi təəccüb və heyrət 
içində  qoyaraq,  heç  bir  əzab  çəkmədən  rahat  doğdu».  Nişi  bu 
mö'cüzəni onunla izah edir ki, çanağın stazı əsəb pozğuntusuna 
gətirib  çıxardır,  digər  həyati  faktorların  mütənasibliyini  pozur, 
bu  da  uşağı  ana  bətnində  qeyri-normal  vəziyyətə  gətirir.  Ana 
bədəni  normal  hala  düşən  kimi,  uşaq  və  çanaq  öz  təbii 
vəziyyətini alır. 
    Hər  gün rastlaşdığınız  bir  şeyi  yadınıza  salmaq  istəyirəm: 
bir  yeriniz  ağrıyan  kimi  əlinizi  dərhal  ora  qoyursunuz.  Çünki 
əldə  şəfaverici  qüvvə  var.  Hər  kəs  öz  əllərindən  müalicə 
məqsədilə  istifadə  edə  bilər.  Bunun  üçün  dizlər  üstə  oturmaq, 
bədənin  bütün  ağırlığını  baldırlara  salmaq,  əlləri  və  qolları  üz-
üzə  birləşdirərək  (bax:şəkil  14),əqli  enerjini(həyat  gücünü)  40 
dəqiqə  barmaqların  ucuna  cəmləmək  lazımdır.  Bu  proseduranı 
uğurla başa vuran adam ömrünün sonunadək onu bir daha təkrar 
etməyə  bilər.  Bundan  sonra  barmağı  ağrıyan  yerə  toxundurmaq 
kifayət edər - ağrı dərhal kəsəcək. 
          Əllər 
birləşdirilərkən  orqanizmdəki  ümumi  maye 
(hüceyrəarası,hüceyrə  tərkibindəki  mayelər,qan  və  limfa) 
neytrallaşır  və  tarazılıq  yaranır.İnamsızlar  (skeptiklər)  bunu 
asanlıqla yoxlaya bilər: əvvəl qan təzyiqini ölçün, sonra əllərinizi 
3-4 dəqiqə birləşdirib bu vəziyyətdə qalın, sonra təzyiqi yenidən 
ölçün.İkinci halda qan təzyiqi birincidən yaxşı  olacaq. 
       Məsləhət  görürəm:  yeməkdən  qabaq  əlləri  bir    dəqiqə 
yarım  vaxt  ərzində  birləşdirib  diz  üstə  oturun-çox  faydalıdır!.. 
Bu hərəkət orqanizmdə turşu-qələvi tarazlığını bərpa edir. Əgər 
bu  məşqi  yatağa  uzanarkən  etsəniz,  onda  bunu  yalnız  səhər 
yeməyindən  qabaq  təkrar  etmək  kifayətdir.  Daha  bir  məsləhət: 
əzələləri iflic olmuş xəstə (genipleksiya) öz yaxınlarının köməyi 
ilə  ayaqlarını  və  əllərini  birləşdirməli  və  bu  məşqi  yorulana 
qədər davam etməlidir. Mütləq şəfa tapacaq. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə