Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/5
Malların dəniz vasitəsilə çatdırılması iki əsas marşrut üzrə həyata keçirilə bilər. Aralıq
dənizindən və Qara dənizdən. Malların Qara dəniz üzərindən daşınacağı halda gəmilər
Volqa-Don kanal sistemindən keçməli olacaq. Baltik dənizi marşrutu üzrə çatdırılan yüklər
Sankt-Peterburqdan keçərək Volqa-Baltik kanal sistemindən daşınmalı olacaq. Bu
marşrutlardan suyun buz bağladığı mövsüm ərzində (noyabr – aprel arası) istifadə etmək
mümkün deyil.
Dəmir yollarına çıxış Gürcüstanın Poti və Latviyanın Riqa limanlarından mümkündür.
Daşınma Avropadan avtomobil yolları vasitəsi
ilə həyata keçiriləcəyi halda, yüklər Türkiyədən,
Gürcüstandan və İrandan daşınmalı olacaq. Şəkil 5.3-də potensial daşınma marşrutları
göstərilir.
Şəkil 5.3 Azərbaycana idxal marşrutları
Mümkün daşıma marşrutları müəyyən oluna bilsə də, tədarük strategiyası müəyyən
olunmayana və tikinti işləri üzrə podrat müqavilələri bağlanmayana qədər hansı marşrutdan
istifadə olunacağını və nəyin nəql etmək lazım olacağını müəyyən etmək mümkün deyil.
Nəzərdə tutulan inşaat materiallarının və maşın-mexanizmlərin sahədə və sahədən kənar
hərəkətlərinin təxmini sayı aşağıda Bölmə 5.6-da və 5.7-də təqdim olunur.
5.4 Layihə üzrə vaxt qrafiki
Layihənin ilkin qrafiki Şəkil 5.4-də göstərilir. İşlərin 18 ay davam edəcəyi gözlənilir və işlər
2012-ci ilin birinci rübündə başlayacaq.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/6
Şəkil 5.4 ŞD2 İnfrastruktur Layihəsinin İlkin Layihə Qrafiki
Şəkil 5.4-də göstərildiyi kimi ŞD2 infrastruktur işləri bir neçə fazadan ibarətdir və hər bir
fazaya layihə üzrə əsas işlər daxildir. Bu fazalar mütləq şəkildə bir-birinin ardınca yerinə
yetirilməyəcək və bəzi fazalar icra olunması zaman baxımından üst-üstə düşə bilər, yəni bəzi
işlər paralel icra oluna bilər. İşlərin dəqiq ardıcıllığı işləri yerinə yetirmək üçün təyin olunacaq
podratçılar tərəfindən müəyyən olunacaq. Podratçılardan işlərin ardıcıllığının texniki tələblərə
və təhlükəsizlik texnikası üzrə tələblərə uyğun şəkildə və ətraf mühitə təsirin minimuma
çatdırılması (misal üçün: qazılıb çıxarılan materialların təkrar daşınmasının minimuma
endirilməsi, tozun yaranması nəticəsində torpaq qatının üst hissəsinin çıxarılması işlərinin
qrafikinin optimallaşdırılması və sair) üzrə prinsiplərin nəzərə alınması ilə təşkil olunması
tələb olunacaq (aşağıda təqdim olunan Bölmə 5.5.3-ə baxın).
Hər bir faza üzrə layihə işləri aşağıda təsvir olunur.
5.5 Layihənin fazaları
5.5.1 Faza 1 – İlkin sahə obyektlərinin qurulması
Faza 1 aşağıdakılar daxil olmaqla ilkin sahə obyektlərinin qurulmasını əhatə edəcək
(təxminən 2 ha):
Müvəqqəti sahə ofisləri;
Montajçıların sexləri;
Daşınan və modul tipli sosial-məişət obyektləri (paltardəyişmə, tualet və iaşə obyektləri
və ilk yardım məntəqəsi);
İnşaat materiallarının və avadanlığının/maşın-mexanizmlərinin saxlanması üçün sahə;
və
Yanacaq,
yağ və kimyəvi maddələrin saxlanması və onların istifadəsilə müvafiq
əməliyyatların aparılması üçün ayrılmış sahələr.
Sahə obyektlərini müəyyən etməzdən qabaq mövcud müvəqqəti sahə ofislərindən istifadə
edilməsi planlaşdırılır. Sahə obyektlərinin (təxmini sahəsi 7.500m
2
) ŞD2 İnfrastruktur sahəsi
hüdudları çərçivəsində yerləşdirilməsi planlaşdırılır (Şəkil 5.1-ə baxın). Ehtimal olunur ki, sahə
obyektləri üçün ərazinin hazırlanması üçün müəyyən torpaq və hamarlama işlərinin yerinə
yetirilməsi tələb olunacaq. İnşaat maşın-mexanizmlərinin ilkin olaraq terminal ərazisinin giriş-
çıxış yolundan və sahə obyektlərinə qədər uzadılacaq qurşaq yolundan istifadə edəcəyi
nəzərdə tutulur. İnşaat maşın-mexanizmlərinin terminal sahəsinə hal-hazırda daxil olan və
çıxan nəqliyyat vasitələrinə maneçilik törətməməyi üçün terminalın mövcud yol şəbəkəsinə
cüzi modifikasiyaların aparılması tələb oluna bilər, məsələn, nəqliyyat vasitələri üçün
gözləmə/keçid sahələrinin təşkil olunması və nəqliyyatın idarə edilməsi tədbirlərinin (Fəsil 12-
yə baxın) həyata keçirilməsi kimi.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/7
Sahə obyektlərinin kommunal xidmətlərlə təchizatı
Kommunal xidmətlər üzrə təchizata aşağıdakılar daxil olacaq:
Elektrik enerjisi – Sahə obyektlərinin ofislərinə, sexlərə və sosial-məişət obyektlərinə
elektrik enerjisi təchizatının təmin olunması üçün dizel generatorlarından istifadə
olunacaq;
Su – ümumi istifadə üçün su, misal üçün: təmizlik işləri, təkərlərin yuyulması üçün su
avtomobil-sisternləri vasitəsilə təchiz olunacaq və həmin su gündəlik çəndə
saxlanılacaq. Qablaşdırılmış içməli su təmin olunacaq;
Kanalizasiya – Sahə obyektlərində septik çən yerləşdiriləcək. Onun tərkibi müvafiq
emal üçün avtomobil-sistern vasitəsilə terminalın mövcud çirkab suları təmizləmə
qurğusuna və ya şəhər çirkab suları təmizlənmə qurğusuna daşınacaq; və
Drenaj – Sahə obyektləri aşağıdakı qaydada layihələndiriləcək:
o
Yağış suları terminalın mövcud drenaj sistemi vasitəsilə vadi sisteminə axıdılacaq.
o
Avtomobil dayanacaqlarından və təhlükəli ərazilərin ətrafındakı (misal üçün
kimyəvi/yanacaq saxlanma sahələri) bəndlərdən axan sular xüsusi su/neft separator
sistemlərinə istiqamətləndiriləcək. Bu sistemlər elə layihələndiriləcək ki, axıtmalar
müvafiq suda neftin tərkibi standartlarına cavab versin
1
.
o
Sahə yeməkxanasının ilkin tullantıları piyin, yağların və qatı yağların ayrılması üçün,
kənarlaşdırılmaq məqsədi ilə sahədən kənara daşınmalı çirkab suların və bərk
tullantıların toplanmasından əvvəl xüsusi separasiya sisteminə istiqamətləndiriləcək.
Tullantılar
Bütün tullantıların müvafiq sahədənkənar tullantı poliqonuna daşınmazdan qabaq ilkin olaraq
tələb olunan qaydada sahə obyektlərində saxlanması nəzərdə tutulur. Aşağıda
təqdim olunan
Bölmə 5.8.3-də gözlənilən tullantı növlərinin təfərrüatları və tullantıların layihənin bütün
fazaları ərzində necə idarə ediləcəyi göstərilir.
Yanacağın/Kimyəvi maddələrin saxlanması və yanacaqdoldurma
Gözlənilir ki, sahə obyektlərinə avadanlığın təchiz olunması üçün yerüstü dizel yanacağı
çənləri tələb olunacaq. Çənlər xüsusi yanacaqdoldurma sahəsində yerləşdiriləcək və istifadə
olunmayan müddətdə bağlı saxlanılacaq yardımçı tutum təmin olunacaq. Yardımçı tutum
ümumi həcmin 110 %-ini saxlamaq imkanına malik olacaq. Çənlərin və yanacaqdoldurma
avtomobillərinin istifadəsilə aparılan bütün yanacaqdoldurma əməliyyatlarına nəzarət
olunacaq və yanacaq doldurma əməliyyatları xüsusi ayrılmış sahələrdə həyata keçiriləcək.
Digər yanacaqlar, yağlar və kimyəvi maddələr çirklənməyə yol verməmək üçün nəzərə
çarpacaq şəkildə nişanlanaraq qapalı sahədə təhlükəsiz qaydada saxlanılacaq.
5.5.2 Faza 2 – Yardımçı yolun tikintisi və elektrik enerji təchizatının yenidən
təşkili
Faza 2 aşağıdakıları əhatə edəcək:
Ağır inşaat maşınları üçün ŞD 2 infrastruktur ərazisinə ilkin girişi təmin etmək üçün
ŞD2 yardımçı yolunun tikintisi;
Çıxarılan torpağın daşınması üçün ŞD 2 infrastruktur ərazisi üzrə marşrutların təşkil
olunması
; və
Elektrik enerji təchizatı kabellərinin yenidən təşkili.
1
Orta aylıq miqdar 10 mg/l-dən az və gündəlik 19 mg/l-dən az