Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/8
Yardımçı yol
Şəkil 5.5-də göstərildiyi kimi yardımçı yol aşağıdakıları əhatə edəcək:
Əvvəlki İNL yolu; və
ŞD2 infrastruktur ərazisinə doğru mövcud boru kəməri dəhlizi ilə kəsişmədən sonrakı
nöqtədə əvvəlki İNL yoluna birləşən tikinti materiallarının daşınması üçün nəzərdə
tutulan yeni çınqıl yol.
Yardımçı yolun tikintisi işləri İNL yolundan terminala doğru gedən mövcud yolun bağlanması
ilə başlanacaq. Bundan sonra əvvəlki İNL yolunun təmiri və inşaat materiallarının daşınması
üçün nəzərdə tutulan yolun tikintisi işləri başlanacaq. İşlərə aşağıdakılar daxil olacaq:
Bakı-Tbilisi dəmir yolu ilə kəsişən yolun bərpası və modernləşdirilməsi;
Yardımçı yol ilə Bakı-Salyan şosesinin qərbə doğru gedən hərəkət zolağı arasında yol
qovşağının təşkil olunması;
Dəmir yolu keçidində müvəqqəti buraxılış məntəqəsinin yaradılması; və
Yerin
üstündə müvəqqəti boru kəmərləri kəsişmələrinin tikintisi.
İlkin giriş yolu kimi İNL yolunun bərpası hər hansı səbəbdən mümkün olmadığı halda, yeni
giriş yolunun tamamlanmasına qədər ŞD2 İnfrastruktur ərazisinə giriş təmin etmək üçün
alternativ giriş yolundan istifadə oluna bilər (aşağıda 5.5.3 və 5.5.4 Bölmələrinə baxın).
Hazırda, 3-cü tərəfin boru kəməri dəhlizində BP boru kəmərinə aid olmayan yeniləndirmə
işinə yardım üçün tikiləm giriş yolu mövcuddur (Terminalın cənub-qərb istiqamətində,
Səngəçal qəsəbəsinin şimalında).İNL yolu bərpa olunmadığı halda, bu yoldan alternativ giriş
yolu kimi istifadə oluna bilər.
Şəkil 5.5 Faza 2 - Yardımçı yol
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/9
Yerdən yüksəkdə elektrik kabel xətləri
Yardımçı yol təmin olunandan sonra yerdən yüksəkdə elektrik kabel xətləri üzrə işlər
başlanacaq. Gözlənilir ki, bir neçə elektrik kabel xəttinin aşağıda göstərilən obyektlərin
üzərindən keçirilməsi tələb olunacaq:
Əvvəlki İNL yolu; və
Yeni
giriş-çıxış yolunun marşrutu.
Hazırda ŞD2 infrastruktur ərazisinin cənub-qərb hissəsi üzərindən keçən bir neçə elektrik
enerji xəttinin ya ŞD2 infrastruktur ərazisini yanından ötməklə, ya da aşağıdakıları icra
etməklə istiqamətinin dəyişdirilməsi planlaşdırılır:
Şimal tikinti yaşayış düşərgəsi və cənub tikinti obyektləri də daxil olmaqla ŞD2
infrastruktur ərazisi obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün birləşmələrin
təmin olunması;
ŞD2 obyektlərinin gələcəkdə qoşulması üçün birləşmələrin təmin olunması; və
Hazırda mövcud olan terminala yenidən qoşulmanın təmin edilməsi.
Bu işlərin elektrik xətlərinin sahibi tərəfindən layihələndirilməsi və icra olunması planlaşdırılır
ki, o, işlərin idarə edilməsinə, o cümlədən enerji təchizatında mümkün dayandırmalara
cavabdehlik daşıyacaq.
5.5.3 Faza 3 – Sahənin hazırlanması
Faza 3 aşağıdakılardan ibarətdir:
Təmizləmə işləri, o cümlədən:
o
Torpağın üst və bitki qatının çıxarılması; və
o
Hazırda mövcud olan iki torpaq qalağının çıxarılması və yayılması.
Yeni
giriş-çıxış yolu üçün torpaq təməlin çəkilməsi; və
Su
daşqınından qoruma bəndlərinin, drenaj kanalı üzrə işlərin (o cümlədən vadinin
təmizlənməsi işləri) və boru kəməri dəhlizi ilə kəsişmənin tikintisi.
Bundan əlavə, sahədə aparılmış əvvəlki işlərdən qalan betonlu ərazilərin çıxarılması üçün
ŞD2 Genişləndirmə Sahəsi hüdudları çərçivəsində betonsındırma işlərinin həyata keçirilməsi
tələb oluna bilər.
Şəkil 5.6-da Faza 3 işləri ilə əlaqədar layihə sahələri göstərilir.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/10
Şəkil 5.6 Faza 3 – Sahənin hazırlanması
Təmizləmə işləri
Təmizləmə işlərinə aşağıdakılar daxil olacaq:
Torpağın üst və bitki qatlarının götürülməsi – təmizləmə işlərinə bitki qatının
götürülməsi və torpağın üst qatının təxminən 0,15 m dərinliyə qədər çıxarılmasının
planlaşdırılması daxil olacaq. Götürülmüş bitki qatı (daxilində bitkilərin kökləri olan
torpağın üst qatı ilə birlikdə) ya təkrar istifadə olunacaq və ya mulçalanacaq, ya da
müvafiq şəkildə atılacaq. Sahədə çıxarılmış bitki qatının yandırılması həyata
keçirilməyəcək. Torpağın üst qatından sahədə xüsusən su daşqınından qoruma
bəndinin düzəldilməsi məqsədilə istifadə olunacaq (bax Şəkil 5.7); və
Torpaq qalaqlarının götürülməsi – əsas təmizləmə işlərinə Şəkil 5.6-da göstərildiyi
kimi iki mövcud torpaq qalağının yayılması daxil olacaq, onlardan doldurma məqsədilə
istifadə olunacaq.
Üçüncü tərəfin boru kəməri ərazisində və Şahqaya Vadisi yaxınlığındakı aparılmış ekoloji
araşdırma işi nəticəsində tikinti işləri ərzində qarşıya çıxa bilən, neftlə çirklənmiş torpaq və
səth suyu əraziləri aşkar edilmişdir 6-cı Fəslin 6.4.4 Bölməsinə baxın). Bu ərazilər mövcud
Səngəçal Terminalı sərhədi xaricindədir. Neftlə çirklənmiş torpaq, torpaq suları, səth suları və
ya mövcud Səngəçal Terminalı xaricindəki digər materiallar qarşıya çıxdığı və onların daşınıb
kənarlaşdırılması tələb olunduğu halda, aşağıdakı prosedurdan istifadə olunacaq:
Torpaq,
səth suları, torpaq suları və digər materiallar adekvat ətraf mühit keyfiyyətinə
və funksiyasına malik əraziyə daşınacaq;
Daşınma fəaliyyətləri elə yerinə yetiriləcək ki, ətraf mühitə əlavə zərər yetirməsin və
çirkləndiricilərin təbii yolla azalmasına imkan yaratsın; və
Aşağıdakı informasiya qeydə alınacaq: aşkar edilmiş çirkləndiricilər, ətraf mühitə əlavə
zərər dəyməsinin qarşısının alınması üçün qəbul edilmiş daşınma metodları, aşkar
edilən çirklənmiş materialın yeri və həcmi.
Dostları ilə paylaş: |