Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4:
Qiymətləndirilmiş Variantlar
Dekabr 2011
Yekun variant
4/10
4.1.5 Layihələndirmənin İşlənib Hazırlanmasında Hidroloji Modelləşdirmə
ŞD2 infrastruktur Layihəsinin layihələndirməsi üzrə məlumat təmin etmək məqsədilə “Water
Resources Associates” (WRA) şirkəti tərəfindən geniş hidroloji
modelləşdirmə və
qiymətləndirmə həyata keçirilmişdir. İşlər aşağıda qeyd olunmuş qurumların:
Meteoroloji
məlumatlar Bakı Dövlət Universitetinin Milli Hidrometeorologiya
Departamenti; və
Hidrometeoroloji
məlumatlar isə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının
Coğrafiya İnstitutunun köməyi tərəfindən əsasında yerinə yetirilmişdir.
2008-ci ildə həyata keçirilmiş ilkin tədqiqat aşağıdakılardan ibarət olmuşdur:
Təpələrdən və yamaclardan daşqının yeni obyektlərin qərb və şimal-qərb tərəfinə
axmasının qiymətləndirilməsi;
Mövcud
cənub daşqından mühafizə kanalının tutum həcminin yoxlanılması və bu
kanalın daraldıla bilib-bilməyəcəyinin nəzərdən keçirilməsi;
ŞD2 İnfrastruktur Sahəsi daxilində daxili drenaj məsələlərinin qiymətləndirilməsi;
Şimal, cənub və yeni qərb daşqından mühafizə kanallarından gələn axınların, habelə
Terminalın daxili drenaj sistemindən gələn axınların 3-cü tərəfə məxsus boru kəməri
dəhlizi boyunca necə effektiv şəkildə istiqamətləndirilə biləcəyinin qiymətləndirilməsi;
3-cü
tərəfə məxsus boru kəməri dəhlizinin yaratdığı cari daşqın problemlərinin başa
düşülməsi; və
Yeni
giriş yolları üçün potensial marşrutların, yeni yolların hündürlüyünün və hər hansı
suötürücü boruların və körpülərin layihələndirməsinin müəyyənləşdirilməsinə köməklik
etmək üçün əlavə hidroloji modelləşdirmə tədqiqatlarının müəyyən edilməsi.
İlkin modelləşdirmənin nəticələrindən istifadə etməklə, layihələndirməni məlumatlarla təmin
etmək üçün 2010 və 2011-ci illərdə əlavə hidroloji modelləşdirmə həyata keçirilmişdir. Alınan
nəticələr (Əlavə 9E-də tam şəkildə təsvir olunub) aşağıdakı məqsədlə istifadə edilmişdir:
Daşqından mühafizə bəndi (Şahqaya vadisi ilə mövcud Terminalın arasında ŞD2
infrastruktur Sahəsinin qərbində yerləşəcək) üçün tələbatı, yeri və ölçüləri
müəyyənləşdirmək;
ŞD2 İnfrastruktur Sahəsi daxilindəki yeni drenaj kanalları ilə bağlı kanalın və əlaqədar
suötürücü boruların ölçülərini (o cümlədən yerlərini) müəyyənləşdirmək; və
Yeni
giriş yolunun layihələndirməsinə, o cümlədən aşağıdakılara dair məlumat təmin
etmək:
o
Torpaq bəndin hündürlüyü;
o
Suötürücü boruların yerləri və ölçüləri; və
o
Giriş yolundakı torpaq bəndin daşqın axınlarının istiqamətləndirilməsindəki rolu.
Mövcud axın şəraitini və daşqın riskini müəyyənləşdirmək üçün həyata keçirilmiş
modelləşdirmə 6-cı Fəslin 6.4.2-ci Bölməsində təqdim olunub. Qiymətləndirmənin nəticələri
göstərdi ki, cari daşqın suları Qərbi və Mərkəzi drenaj kanalları vasitəsilə saxlama
sahələrindən keçərək, avtomagistralın altı ilə Xəzər dənizinə axır. Hidroloji modelləşdirmə
göstərdi ki, böyük daşqın hadisəsi aşağıdakı hallar nəticəsində baş verə bilər:
Altından mərkəzi drenaj kanalının keçdiyi dəmir yolu körpüsünün yaxınlığında dəmir
yolunun su altında qalması; və
Altından qərbi drenaj kanalının keçdiyi avtomagistral körpüsünün yaxınlığında magistral
yolun suyun altında qalması.
Daşqın riskinin dəmir yoluna təsirini minimuma endirmək məqsədilə qərara alınmışdır ki, giriş
yolu ilə bağlı olan torpaq bənd baryer rolunu oynamalı və Şahqaya vadisindən axaraq
alçaqda yerləşən Mərkəzi daşqın suları saxlama sahəsinə gələn axınların əksəriyyətinin
qarşısını almalıdır.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4:
Qiymətləndirilmiş Variantlar
Dekabr 2011
Yekun variant
4/11
Böyük daşqın hadisəsi zamanı Qərbi daşqın suları saxlama sahəsinin dolub daşmamasını
təmin etmək məqsədilə qərara alınmışdır ki, bəzi axınların giriş yolunun altındakı suötürücü
borular (bu, giriş yolunun 3-cü tərəfə məxsus boru kəmərlərini kəsib keçməsinə imkan
yaratmaq üçün layihələndirməyə daxil edilib) vasitəsilə Mərkəzi daşqın suları saxlama
sahəsinə axmasına imkan veriləcək. Giriş yolunun altındakı axını tənzimləmək məqsədilə
layihələndirilmiş suötürücü boruların və əlaqədar kiçik dambanın ölçülərinə dair məlumatlar
hidroloji modelləşdirmə əsasında müəyyənləşdirilmişdir. Suötürücü boruların və dambanın
yeri 5-ci Fəsildəki Şəkil 5.8-də göstərilib.
Qərbi drenaj kanalının avtomagistralın alından keçdiyi yerdə şosenin daşqın riskinə məruz
qalma ehtimalını minimuma endirmək üçün nəzərdə tutulan layihələndirmə tədbirləri bu
layihələndirməyə daxil edilməmişdir, çünki, bu yerdə yeni avtomagistral qovşağı
(“Azəryolservis” tərəfindən layihələndiriləcək və inşa ediləcək) nəzərdə tutulub. Bu qovşağın
hündürə qaldırılacağı planlaşdırılır və o, bu yerdə avtomagistralın nadir hallarda böyük
daşqına məruz qalması halında alternativ marşrut təmin edəcək.