Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/9
ŞD2 infrastruktur Layihəsinin və Qızıldaş Sement Zavodunun tikinti qrafiklərinin üst-üstə
düşməsini ehtimal etdikdə, mənfi təsir yaratmaq üçün ən böyük potensiala malik aspekt, yol-
nəqliyyat hərəkətinin pozulmasıdır. Həmçinin ŞD2 infrastruktur layihəsi və avtomagistral yol
qovşağı ilə bağlı olaraq həssas reseptorlarda kumulyativ səs-küy təsirlərinin (paralel şəkildə
aparılan digər işlərin bu layihə ilə birlikdə toplam təsirlərinin) də baş vermə potensialı
mövcuddur. Ona görə də tikinti podratçılarının və magistral yol tikintisini həyata keçirən
təşkilatın əlaqə saxlaması lazım gələcək ki, işlərin qrafikinin planlaşdırılması və müvafiq
təsirazaltma tədbirlərindən istifadə olunması vasitəsilə bu təsirlər minimuma endirilsin.
Daha çox məşğulluq imkanları və iqtisadi gəlirlərin artması ilə bağlı bir sıra əhəmiyyətli
müsbət kumulyativ təsirlər (paralel şəkildə aparılan digər işlərin bu layihə ilə birlikdə toplam
təsirləri) mövcuddur.
Təsadüfi hadisələr müntəzəm və qeyri-müntəzəm fəaliyyətlərdən ayrıca nəzərdən keçirilir,
çünki onlar yalnız texniki nasazlıq, insan xətası nəticəsində və ya bir sıra təbiət hadisələri
(seysmik hadisələr kimi) nəticəsində meydana çıxır.
ŞD2 infrastruktur layihəsinin işləri ilə bağlı potensial təsadüfi hadisələrə aşağıdakılar daxildir:
Tikinti
fəaliyyətləri ərzində mövcud boru kəməri dəhlizi daxilində boru kəmər(lər)inə
təsir;
Tikinti
düşərgəsi/obyektləri yerləşən ərazi daxilindəki yanacaq çənlərində hermetikliyin
itməsi;
Yanacaq
avtosisternlərində, çəlləklərdə, orta tonnajlı konteynerlərdə və ya yanacaq
daşıma konteynerində hermetikliyin itməsi;
Kiçik
dağılmalar/sızmalar ilə bağlı kiçik həcmli dağılmalar;
Çirkab suyunu təmizləmə qurğusunun sıradan çıxması;
Yeraltı neft separatorlarının və ya septik çənlərin dolub daşması;
Su
axarlına və ya Xəzər dənizinə beton sızması; və
Torpaq
qalaqlarından və açıq qruntdan lilli suyun axmasına səbəb olan daşqın
hadisələri.
Layihənin dizayn mərhələsində təsadüfi hadisələrin təsirinin azaldılması üzrə tədbirlər nəzərə
alınıb və bu tədbirlərə aşağıdakılar daxildir:
Mövcud boru kəmərlərinin xəritələşdirilməsi vəziyyətinin qiymətləndirilməsi;
Mövcud boru kəmərlərinin üzərindən suötürücülərin / kəsişmələrin inşa edilməsi;
İNL avtomobil yolunda beton baryerlərdən və basdırılmış boru kəməri mühafizə
vasitəsindən istifadə edilməsi;
Bəndlər və qapalı sahələr; və
Yeraltı və septik çənlərin layihələşdirməsi.
Bundan əlavə, dağılma riskinin minimum olmasını təmin etmək üçün tikinti işləri ərzində
prosedurlar və nəzarət tədbirləri həyata keçiriləcək. Əsas nəzarət tədbirlərinə aşağıdakılar
daxildir:
Sahənin drenaj sistemi və çirklənmə təhlükəsi ilə bağlı xəritələrin hazırlanması (bu
xəritələr potensial çirklənmə yollarının mənbələrini və əsas reseptorları əks etdirir);
Bütün personal üçün dağılmalara qarşı cavab tədbirləri üzrə müvafiq təlim keçirilməsi;
və
Bütün
dağılmaların əsas təfərrüatlarını, o cümlədən bərpa işlərini (tələb olunduqda)
sənədləşdirən dağılmalar haqqında qeydiyyat jurnalının tutulması.
Bundan əlavə, ŞD2 infrastruktur layihəsində işlər başlanılmazdan əvvəl “Dağılmalara qarşı
cavab tədbirləri planı” hazırlanacaq. Bu sənəd BP şirkətinin “Neft dağılmalarına qarşı cavab
tədbiri planları” (NDQCTP) ilə uyğunlaşdırılacaq və üzərindən kəsişmələrin quraşdırılacağı
boru kəmərlərini idarə edən 3-cü tərəflərə məxsus boru kəməri sahibləri tərəfindən
dəstəklənən planlarla inteqrasiya olunacaq.
Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/10
Ətraf mühitin və sosial sahənin idarə olunması
ŞD2 infrastrukturu layihəsinin işləri BP şirkəti tərəfindən təyin olunmuş əsas podratçılar
tərəfindən yerinə yetiriləcək. Podratçıların seçilməsi üzrə ciddi bir proses tətbiq olunacaq ki,
ŞD2 infrastruktur layihəsi zamanı istifadə edilən əsas podratçıların BP-nin gözləntilərinə
cavab verən effektiv SƏTTƏM idarəetmə sistemlərinə malik olması təmin edilsin.
Təyin olunmuş podratçı(lar)dan SƏTTƏM idarəetmə sistemi (İSO 14001 və OHSAS 18001
standartı ilə uyğunlaşdırılmış) vasitəsilə ətraf mühit və sosial tələbləri işləyib hazırlamaq,
həyata keçirmək və onlara nəzarət etmək tələb olunacaq.
Ətraf mühitin və sosial sahənin idarə olunması prosesi əvvəlki layihələrin yerinə yetirilməsi
zamanı toplanılmış təcrübədən, götürülmüş “ibrət dərslərindən” və eləcə də yaxşı tərtib
olunmuş ekoloji monitorinq proqramından faydalanacaq. Əvvəlki layihələrdən əldə olunmuş
təcrübənin digər üstünlüklərinə aşağıdakıların işlənilib hazırlanmasını əhatə edir:
Tullantıların sahədə çeşidlənməsi və idarə olunması üzrə effektiv və etibarlı
prosedurlar;
Tullantıların Avropa İttifaqı standartlarına uyğun inşa edilmiş və fəaliyyət göstərən
təhlükəsiz utilizasiyası poliqonu; və
Tullantıların utilizasiya olunması və təkrar emalı üçün imkanları müəyyənləşdirmək və
həmin imkanlardan istifadə etmək üçün effektiv proses.
E.9 Yekunlar
ŞD2 infrastruktur layihəsi üzrə planlaşdırma, əsas etibarilə, əvvəllər terminalda həyata
keçirilmiş tikinti layihələrindən əldə olunan təcrübədən faydalanmışdır. ŞD2 infrastruktur
layihəsi əvvəlki layihələrdən əldə edilmiş təcrübə barədə məlumatla təmin edilmişdir.
Yekun olaraq, ŞD2 infrastruktur layihəsi özünün ekoloji və sosial-iqtisadi reseptorlar
üzərindəki təsirinin bütün aspektlərini nəzərdən keçirib və hər hansı mənfi
təsirlərin praktiki
baxımdan mümkün olduğu qədər minimuma endirilməsini təmin etmək üçün mövcud nəzarət
tədbirlərinə əlavə təsirazaltma tədbirləri daxil edib.