Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/3
Şəkil E.2 ŞD2 infrastruktur layihəsi üzrə iş həcmi
ŞD2 infrastruktur layihəsi ilə bağlı yeri, miqyası və planlaşdırılan fəaliyyətləri nəzərə alaraq,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb ki, layihə üçün infrastruktur
ƏMSSTQ sənədi hazırlanmalıdır. Digər bir ƏMSSTQ sənədi əsas ŞD2 layihəsinin işləri üçün
(bu, qurudakı və dənizdəki qaz və kondensat hasilat qurğularının tikintisini və istismarını
əhatə edəcək) hazırlanacaq və 2012/2013-cü illərdə təqdim olunacaq.
E.3 Qiymətləndirilmiş variantlar və terminalın genişləndirilməsinin
planlaşdırılması
Belə müəyyənləşdirilib ki, ŞD2 qurğuları mövcud Səngəçal terminalına yaxın yerləşdirilməlidir.
Nəzərdən keçirilmiş sahələrə mövcud terminal hüdudunun şərq, şimal və qərb tərəfindəki
ərazilər daxildir. Bunların arasından terminalın qərbində genişləndirmə üçün uyğun bir yer
müəyyən edilmişdir.
ŞD2 infrastruktur layihəsinin bir hissəsi kimi qiymətləndirilmiş variantlar aşağıdakı əsas
aspektləri əhatə edir:
Terminalın yeni giriş-çıxış yolu;
Tikinti
düşərgəsi və tikinti obyektləri; və
Drenaj
və daşqından mühafizə üzrə layihələndirmə tədbirləri.
Layihə elementlərinin potensial yerləri fiziki, ekoloji və texniki təhlükəsizlik çətinlikləri ilə öz
əksini tapıb. Texniki əlverişlilik nəzərə alınmaqla, eləcə də maraqlı tərəflərlə aparılan
məsləhətləşmələr nəticəsində giriş-çıxış yolunun marşrutu müəyyənləşdirilib. Giriş-çıxış
yolunun marşrutunun seçilməsindən sonra, müəyyənləşdirilib ki, tikinti düşərgəsi və tikinti
obyektləri ŞD2 genişlənmə ərazisinə yaxın yerləşməlidir. Həmçinin hidroloji modelləşdirmə və
daşqın riskinin qiymətləndirilməsi işi də həyata keçirilib və giriş-çıxış yolunun yeri və
layihələşdirməsi müəyyənləşdirib.
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/4
E.4 Qiymətləndirmə metodologiyası
Şəkil E.3-də təsvir olunduğu kimi, ŞD2 infrastruktur layihəsi üçün qəbul edilmiş ƏMSSTQ
qiymətləndirmə prosesi layihənin qüvvədə olduğu müddət ərzində (tikinti-öncəsi
fazadan
tikinti fazasınadək) layihənin və onun əlaqədar fəaliyyətlərinin qiymətləndirilməsi üçün
sistematik bir yanaşma təşkil edir.
Şəkil E.3 ƏMSSTQ üzrə qiymətləndirmə prosesi
ŞD2 infrastruktur layihəsinin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirləri
qiymətləndirilmişdir. Bu zaman ŞD2 infrastruktur layihəsi üzrə fəaliyyətlər, eləcə də layihənin
ətraf mühit və sosial-iqtisadi reseptorlar ilə qarşılıqlı təsir potensialına malik olan hər bir fazası
üçün hadisələrin müəyyənləşdirilməsi əsas götürülmüşdür.
Aşağıdakılar nəzərə alınmaqla
ətraf
mühitə
təsirlərinin gözlənilən dərəcəsi
qiymətləndirilmişdir:
Hadisənin (vəziyyətin) miqyası: Aşağıdakı parametrlərə əsasən müəyyənləşdirilir:
Miqyas – həyata keçirilən fəaliyyətin təsirinə məruz qalan ərazinin ölçüsü;
Davametmə müddəti – fəaliyyətin baş verdiyi müddət;
Təkrarlanma tezliyi – fəaliyyət hansı vaxt tezliyi üzrə təkrarlanır; və
Təsirin intensivliyi – qüvvədə olan qanunvericiliyi və beynəlxalq təlimatları
ehtiva edən məqbulluq standartına münasibətdə emissiyanın və ya atqının
İlkin müəyyənləşdirmə və əhatə dairəsinin müəyyənləşdirilməsi
Həyata keçirilməli olan qiymətləndirmənin növü/səviyyəsi
Ehtimal olunna əsas problemlərin ilkin qiymətləndirməsi
Layihənin əhatə etdiyi maraqlı tərəflərin iştirakı
Layihənin Alternativləri
Əsas kimi qəbul edilmiş
variant üçün məqsədəuyğun
alternativlərin təhlili
Mövcud vəziyyət
İlkin ekoloji və sosial-iqtisadi
vəziyyət
Əsas kimi qəbul edilmiş layihə variantı
Layihələndirmə məlumatlarının
toplanılması və nəzərdən keçirilməsi
Təsirin qiymətləndirilməsi
Fəaliyyət miqyaslarının müəyyənləşdirilməsi
Reseptor həssaslıqlarının müəyyənləşdirilməsi
Mövcud nəzarət tədbirlərinin və əsas kimi qəbul
edilmiş variantın təsirazaltma tədbirlərinin
müəyyənləşdirilməsi
Təsirin dərəcəsinin müəyyənləşdirilməsi
Qalıq təsirlər
Qalıq təsirlərin qiymətləndirilməsinin həyata keçirilməsi və tələb olunan hər hansı əlavə
təsirazaltma tədbirlərinin müəyyənləşdirilməsi
Məlumatın ictimaiyyətə açıqlanması və məsləhətləşmə
Aşkar olunan ilkin nəticələrin və tövsiyələrin rəy və təkliflər almaq üçün
maraqlı tərəflərə təqdim olunması
ƏMSSTQ-nin yekunlaşdırılması və təsdiq üçün səlahiyyətli orqanlara təqdim olunması
Monitorinq və təsirlərin azaldılması üçün görülən tədbirlər
AGT üzrə SƏTTƏM İdarəetmə Sisteminin bir hissəsi kimi idarəetmə planlarının və prosedurlarının
işlənib hazırlanması
Ətraf mühit və sosial-iqtisadi sahə üzrə qarşılıqlı fəaliyyət
Layihə işlərinin – reseptorlarının qarşılıqlı fəaliyyətinin müəyyənləşdirilməsi
Transsərhəd və kumulyativ təsirlər
Transsərhəd və kumulyativ təsirlərin
qiymətləndirilməsi