Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 1:
Giriş
Dekabr 2011
Yekun
variant
1/1
1. Giriş
Mündəricat
1.1 Giriş ..............................................................................................................................2
1.1.1 Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş...........................................3
1.1.2 Əvvəlki Terminal İşlənməsi .....................................................................................3
1.2
ŞD2 İnfrastruktur Layihəsinə dair İcmal ............................................................................4
1.3
ŞD2 İnfrastruktur Layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi .............................................................................................................4
1.3.1 Məqsədlər................................................................................................................4
1.3.2 ƏMSSTQ Qrupu və Strukturu .................................................................................5
Şəkillərin Siyahısı
Şəkil 1.1
Səngəçal Terminalının Yeri..................................................................................... 2
Şəkil 1.2
ŞD2 İnfrastruktur Layihəsinin İş Həcmi................................................................... 4
Cədvəllərin Siyahısı
Cədvəl 1.1 Əvvəlki AÇG və ŞD ƏMSSTQ-ləri çərçivəsində qiymətləndirilmiş Sahildəki İşlərin
Həcmi ...................................................................................................................... 3
Cədvəl 1.2 ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ Qrupu................................................... 5
Cədvəl 1.3 ƏMSSTQ-nin Strukturu və Məzmunu ..................................................................... 5
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 1:
Giriş
Dekabr 2011
Yekun variant
1/2
1.1 Giriş
Şahdəniz (ŞD) Müqavilə Sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yüksək
təzyiqli qaz-kondensat yatağıdır.
Şahdəniz Mərhələ 1 (ŞD1) istismar fazasına qədəm qoymuşdur və 2006-cı ilin dördüncü
rübündə ilk qaz hasil edilmişdir. ŞD Alfa (ŞDA) Platformasından istifadə etməklə ŞD1
təcrid
edilmiş sualtı fontan armaturları vasitəsilə ŞD yatağından hasilatı təmin edir. Sahildə ŞD1
texnoloji qurğuları Bakıdan qərbə doğru təxminən 60km məsafədə yerləşən Səngəçal
Terminalında quraşdırılıb (baxın: Şəkil 1.1).
Şəkil 1.1 Səngəçal Terminalının Yeri
ŞD1 lokal, avtonom işlənmədir və o, hasilatı ilkin planlaşdırılan 900 milyon standart kub
fut/gün (mln.st.kf) həcmdən əlavə artırmaq üçün kiçik imkana (hasilatın
genişləndirilməsi
imkanlarından savayı) malikdir.
ŞD yatağının işlənməsinin ikinci mərhələsi olan Şahdəniz 2 (ŞD2) Layihəsinin
aşağıdakılardan ibarət olması planlaşdırılır:
Stastionar
ŞD Bravo (ŞDB) platforma kompleksi, o cümlədən Hasilat və Rayzerlər
platforması (ŞDB-HR), habelə ŞDB-HR platformasına körpü vasitəsilə birləşən Yaşayış
Blokları və Texnoloji Təchizat (ŞDB-YBTT) platforması;
Axın xətləri vasitəsilə stasionar ŞD Bravo (ŞDB) platforma kompleksinə birləşdirilmiş
sualtı manifoldlar və əlaqədar quyu dəstələri; və
ŞDB-HR platformasından Terminala gedən sualtı ixrac boru kəmərləri və Terminaldan
ŞDB-HR platformasına gələn xüsusi MEQ idxal boru kəməri.
ŞD2 Layihəsi üçün texnoloji qurğular təmin etmək üçün Terminal genişləndiriləcək.
Hazırkı Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ)
sənədinin məqsədi Səngəçal Terminalında ŞD2 Genişləndirmə Sahəsi daxilindəki ŞD2 sahil
qurğularının tikinti, quraşdırma, istismaravermə və istismar əməliyyatlarından əvvəl tələb
olunan işlərlə bağlı ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirləri qiymətləndirməkdən
ibarətdir.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 1:
Giriş
Dekabr 2011
Yekun variant
1/3
ŞD2 Layihəsinin aşağıdakı fəaliyyətləri ilə bağlı ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər
ayrı-ayrılıqda qiymətləndiriləcək və məruzə ediləcək:
Sahil,
dəniz və sualtı qurğuların (o cümlədən Terminala gedən ŞD2 ixrac və MEQ boru
kəmərləri) tikinti, quraşdırma, sazlama və istismaravermə işləri;
Qazma
işləri və quyunun tamamlanması; və
ŞD2 Layihəsinə aid dəniz və sahil qurğularının istismarı.
ŞD2 İnfrastruktur Layihəsi qüvvədə olan milli və beynəlxalq hüquqi tələblər nəzərə alınmaqla
və BP şirkətinin Azərbaycan Gürcüstan Türkiyə (AGT) Regionu üzrə Yerli Operativ İdarəetmə
Sisteminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.
1.1.1 Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş
Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) 4 iyun 1996-cı il tarixində
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Xarici Neft Şirkətlərinin (XNŞ)
konsorsiumu arasında, bundan sonra “Müqavilə Sahəsi” adlanacaq ŞD qaz-kondensat yatağı
ehtiyatlarının işlənməsi və idarə edilməsi məqsədi ilə imzalanmışdır. “BP Exploration
(Azerbaijan) Limited” şirkəti konsorsiumun üzvləri adından HPBS üzrə operator (əməliyyatçı
şirkət) təyin olunmuşdur. ŞD konsorsiumu tərəfdaşları aşağıdakılardır:
BP 25,5%
Statoil
25,5%
TOTAL
10,0%
Lukoil
10,0%
NICO 10,0%
TPAO
9,0%
ARDNŞ 10,0%
1.1.2 Əvvəlki Terminal İşlənməsi
Azəri-Çıraq-Günəşli (AÇG)
1
və ŞD Müqavilə Sahələrinin mərhələli işlənməsinə dəstək olmaq
üçün tələb olunan əlavə texnoloji və köməkçi qurğuları yerləşdirmək məqsədilə son 10 il
ərzində Səngəçal Terminalının mərhələli genişləndirilməsi həyata keçirilmişdir. Cədvəl 1.1-də
göstərildiyi kimi hər bir işlənmə faza üçün ƏMSSTQ-lər tamamlanmışdır.
Cədvəl 1.1 Əvvəlki AÇG və ŞD ƏMSSTQ-ləri çərçivəsində qiymətləndirilmiş Sahildəki
İşləri Həcmi
ƏMSSTQ
Layihənin Əhatə Dairəsi
İlkin İnşaat
İşləri (2001)
Aşağıdakı sahələrin təmizlənməsi və səviyyələrinin nivelirlənməsi:
Terminalda
birbaşa olaraq İlkin Neft Layihəsi (İNL) qurğularının qərbində yerləşən AÇG1 və ŞD1 qurğusunun
əraziləri; və
Şimal tərəfdə İNL qurğularına yaxın yerləşən BTC nasos və nəzarət-ölçmə stansiyasının yerləşdiyi ərazi.
Terminalın hüdudu ətrafında drenaj kanalının qazılması.
Perimetr
divarının, işıqlandırma və bəndləmə divarının tikintisi.
Terminala yeni avtomobil giriş yolunun və dəmir yolu kəsişməsinin tikintisi.
Kommunal
xətlərin yerinin dəyişdirilməsi və modifikasiyası.
AÇG Faza 1
(2002)
Səngəçal Terminalında (İNL qurğularının bilavasitə qərbində yerləşməklə Terminal hüdudu daxilində) əlavə neft
qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı.
Terminal hüdudunun bilavasitə cənubunda tikinti düşərgəsinin (o cümlədən çirkab su təmizləmə qurğusunun) inşası.
ŞD Mərhələ 1
(2002)
Səngəçal Terminalındakı AÇG qurğularına yaxın yerləşən və həmin qurğular ilə birləşdirilmiş sahildəki qəbuletmə,
qaz emalı və kondensat qurğularının tikinti, quraşdırma və istismar işləri.
AÇG Faza 2
(2003)
Səngəçal Terminalında (AÇG Faza 1 qurğularının bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində)
əlavə neft qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı.
AÇG Faza 3
(2004)
Səngəçal Terminalında (AÇG Faza 2 qurğularının bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində)
əlavə neft qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı.
AÇG YTİ üzrə
LSU (2007)
Lay suyu təmizləmə qurğularının tikintisi, quraşdırılması və istismarı (BTC nasos və nəzarət-ölçmə stansiyasının
bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində).
1
Müvafiq qaydada Səngəçal Terminalından şərqə doğru 66km məsafədə və şimal-şərqə doğru 135km məsafədə
yerləşən ŞD və AÇG Müqavilə Sahələri.