Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
Müntəzəm Fəaliyyət
Qurğunun/gəmilərin və ya avadanlığın
müntəzəm əməliyyatları zamanı Əsas
Layihələndirmə variantında nəzərdə
tutulduğu kimi aparılan fəaliyyətlər,
məsələn, çirkab sutəmizləmə qurğusunun
təyinatına uyğun fəaliyyət göstərməsi.
Nəsilvermə (fertillik) Əmsalı
Müəyyən bir ərazidə bir qadının yaşadığı
müddət ərzində doğa biləcəyi uşaqların
orta sayı.
Normativ-Hüquqi Aktlara dair Qanun
Müstəqillik
əldə olunmazdan əvvəl
qüvvədə olan aktların ləğv edilməmiş
olduğunda yaxud Konstitusiyaya zidd
təşkil etmədiyi təqdirdə qüvvədə qalmaqda
davam etdiyini müəyyənləşdirən
Azərbaycan qanunvericiliyi.
Onurğasızlar
Onurğa sütunu olmayan hər hansı heyvan,
o cümlədən onurğalılara aid olunmayan
bütün növlər.
Operator (əməliyyatçı) şirkət
Öz adından və digər konsessiya sazişi
iştirakçılarının adından konsessiya
əsasında
əməliyyatlar aparmağa
cavabdeh olan şirkət.
Orhus Konvensiyası
Ekoloji informasiyadan istifadə imkanı,
ətraf mühit məsələləri barədə qərarların
verilməsində ictimaiyyətin iştirakını və
məhkəməyə müraciət etmək hüququnu
təmin edən beynəlxalq hüquqi saziş.
Payavurma işləri
Konstruksiyalar üçün özül və ya dayaq
qismində yerə vurulan ağır taxta, beton və
ya polad tiri.
pH
Qələvilik və turşuluq həddi, 0-dan 14-ə
qədərdir və 7 isə neytral göstəricini əks
etdirir, 0 maksimum turşuluğu və 14 isə
maksimum qələviliyi bildirir.
Platforma
Qazma, hasilat və emal işləri aparmaq və
karbohidrogenləri müvəqqəti olaraq
saxlamaq üçün qurğulara malik olan iri
dəniz konstruksiyası.
RAMSAR Konvensiyası
Beynəlxalq əhəmiyyətli hesab edilən sulu-
bataqlıq sahələrin təyin olunmasını ehtiva
edən hökumətlərarası hüquqi saziş.
Rayzer (dik) borusu
Mayelərin yuxarıya doğru axdığı boru.
Reseptor
Ətraf mühitə və ya sosial-iqtisadi sahəyə
təsirlər nəticəsində
təsirə
məruz
qalan/onlarla qarşılıqlı təsirə malik olan
ekoloji aspekt (hava, su, ekosistem, insan,
fauna və s.).
Rixter cədvəli
Zəlzələnin 0-10 bal arasında dəyişən
gücünü göstərən cədvəl.
Sement
Su ilə qarışdırıldığında bərkiyən (quruyan)
yapışdırıcı funksiyasına malik tozlu
maddə. Sement çox vaxt beton
formalaşdırmaq üçün doldurucu
materialları (məsələn, qum və çınqıl) bir
yerdə bərkitmək (yapışdırmaq) üçün
istifadə olunur.
.
Seysmik
Verilmiş rayonda seysmik fəallığın
xüsusiyyətləri (məsələn tezliyi və
intensivliyi).
Səthdə yerləşən fontan armaturu
Səthdən/platformadan gələn hasilatı
tənzimləyən qurğu.
Stokholm Konvensiyası
Hökumətlərdən dayanıqlı üzvi
çirkləndiricilərin atqısının azaldılmasını
tələb edən beynəlxalq hüquqi saziş.
Subasar Ərazi
Subasar ərazi su axarına və ya çaya yaxın
yerləşən və yüksək su axınları dövründə
daşqına məruz qalan təxminən düzən
sahə.
Sulu-bataqlıq sahə
Torpağı daimi, ya da mövsümi olaraq
rütubətlə doymuş ərazi.
Suötürücü boru
Suyun ötürülməsi üçün istifadə olunan
süni konstruksiya.
Təbii Yaşayış Mühitləri
Konkret heyvan və ya bitki növlərinin və
onların cəminin mövcud olduğu sahə
(ekoloji parametrlərlə müəyyənləşdirilmiş).
Təbii Fon Səviyyəsi
Ətraf mühitə xarakteristik olan maddənin
konsentrasiyası və ya enerjinin intensivlik
səviyyəsi (məsələn səs-küy və ya işıq).
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
Təhlükə
Zərər vurmaq, o cümlədən xəstəliyə yaxud
xəsarətə səbəb olmaq; əmlaka, bitkilərə,
məhsullara və ya ətraf mühitə ziyan
vurmaq; hasilat itkilərinə yaxud maddi
öhdəliklərin artmasına səbəb olmaq
potensialı.
Təkrar emal/Bərpa
Tullantıların istifadəyə yararlı materiallara
çevrilməsi və/və ya tullantılardan enerjinin
yaxud materialların əldə edilməsi.
Təkrar istifadə
Öz ilkin formasında təkrar istifadə oluna
bilən materialların yaxud məhsulların
istifadəsi.
Təsirazaltma tədbirləri
Ətraf mühitə və sosial-iqtisadi sahəyə hər
hansı mənfi təsirlərin qarşısını almaq,
azaltmaq və mümkün olduğunda aradan
qaldırmaq üçün tətbiq olunan tədbirlər.
Toqquşan Tava (plitə) Sərhədi
İki kontinental şelfin (plitənin) toqquşduğu
yer.
Transsərhəd təsir
İki geosiyasi bölgü sərhədi (yəni dövlət
sərhədi) arasındakı hər hansı hüdudları
keçən təsir.
Tullantı Poliqonu
Tullantı materiallarının basdırılmaqla
kənarlaşdırıldığı yer.
Vadi
Qısamüddətli (efemer) xarakterə malik ola
bilən və yalnız güclü yağıntıdan sonra və
yaxud ilik müəyyən dövrlərində axına
malik olan çay vadisi.
.
Vahid hidroqrafı
Suyun səviyyəsinin, axının, sürətinin və ya
digər xüsusiyyətlərinin zaman kəsiyi üzrə
qrafik təsviri.
Vyana Konvensiyası
Ozon Təbəqəsinin qorunması ilə bağlı
beynəlxalq hüquqi saziş.
Yağıntı
Cazibə qüvvəsinin təsiri ilə yer səthinə
düşən atmosferdəki su buxarının
kondensasiyasının məhsulu. Yağıntının
əsas növləri aşağıdakılardır: çiskin, yağış,
sulu qar, qar və dolu.
Yekun Nəticə
Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi
mühitlərlə qarşılıqlı əlaqəsinin nəticə
etibarilə meydana çıxan təsiri (müsbət
yaxud mənfi).
Yeyilmə eroziyası
Eroziyanın forması; avtomobil yolları və
dəmir yolu xətləri kimi konstruksiyaların
yaxınlığında dənəvər altlıq materialın
hidrodinamik qüvvələr tərəfindən
kənarlaşdırılması.
Zərərli Maddələr
Dənizdə Təhlükəli Yüklərin Daşınması
Barədə Məcəllədə (IMDG Code) dəniz
çirkləndiriciləri kimi müəyyənləşdirilmiş
maddələr.