Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Vahidlər və Qısaltmalar
UNFCCC
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
URS
“URS Corporation Ltd” şirkəti
USEPA ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi
UÜB
Uçucu Üzvi Birləşmələr
ÜKM
Ümumi Karbohidrogen Miqdarı
ÜKÜM Üzvi
karbonların ümumi miqdarı
ÜNK
Ümumi neft konsentrasiyası
ÜST Ümumdünya
Səhiyyə Təşkilatı
WRA Hidroloji
Araşdırmalar Assosiasiyası
YBTT Yaşayış Blokları və Texnoloji Təchizat
YUNESKO BMT-nin
Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
XÜSUSİ TERMİNLƏR LÜĞƏTİ
Açıq anbar sahəsi
Təchizat malları və materiallar üçün
müvəqqəti saxlama sahəsi.
Ağır Metallar
Yüksək atom çəkilərinə malik metal
elementlər, o cümlədən civə, xrom,
kadmium, arsen və qurğuşun.
Axın Əmsalı
Suyun səthə hopmayan miqdarının yağıntı
zamanı yağan suların ümumi miqdarına
olan nisbəti.
Axıntı Suyu
İstismar yaxud texnoloji proses
nəticəsində maye halında axıdılan
tullantılar.
Antropogen
İnsan fəaliyyəti ilə əlaqədar olan.
Aromatik karbohidrogenlər
Dövri şəkildə birləşən karbon atomlarının,
məsələn benzolun, toluolun, ksilolun və s.-
nin daxil olduğu karbohidrogenlər qrupu.
Avrasiya
Avropa və Asiyanın uzanmış quru sahəsi
və xüsusən də iki kontinentin birləşdiyi iri
qeyri-müəyyən region.
Avropa üçün Ətraf Mühit
BMT-nin Avropa üzrə İqtisadi Komissiyası
(UNECE) daxilində üzv dövlətlərin (o
cümlədən Azərbaycanın) və digər
təşkilatların tərəfdaşlığı.
Avtosisternlər
Tərkibində yanacaq və ya su daşıyan
sisternə malik avtomobil.
Azərbaycan Manatı (AYM)
Azərbaycan valyutası.
Azərilər və ya Azərbaycanlılar
Azərbaycan Respublikasında yaşayan
xalq.
Ballast
Avtomobil yolu və ya dəmir yolu xətləri
üçün yataq formalaşdırmaq məqsədilə
sərilmiş iri fraksiyalı çınqıl və ya qırma daş.
Beynəlxalq Maliyyə Korporasiyası
Dünya Bankının üzvü olan təşkilatdır və
inkişaf etməkdə olan ölkələrdə özəl
sektorun davamlı inkişafını təşviq edir.
Bənd
Zədələnmə və ya material dağılması baş
verdiyi təqdirdə saxlama sahəsinin
tərkibindəki mayeləri lokallaşdırmaq üçün
saxlama sahəsi ətrafında çəkilən saxlayıcı
vasitə/divar.
Boru kəmərinin sahilə çıxma sahəsi
Sualtı boru kəmərinin sahilə çıxdığı yer.
Çıxarılmış qrunt
Təmizlik/qazıntı işləri zamanı formalaşan
material.
Çirkab sular
Məişət və istehsalat tullantıları ilə
çirklənmiş su.
Çirklənmə
Canlı (bioloji) ehtiyatlara zərər yetirilməsi;
insan sağlamlığına təhlükələr; dənizçilik
fəaliyyətlərinə, o cümlədən balıqçılığa
maneə törədilməsi; dəniz suyunun
keyfiyyətinin pisləşməsi və sahil
zolağından rekreasiya məqsədilə
istifadənin korlanması kimi ziyanlı təsirlərlə
nəticələnən, insanlar tərəfindən birbaşa və
ya dolayı yolla maddələrin yaxud enerjinin
ətraf mühitə tətbiqi.
Çöküntü
Flüid axını vasitəsilə nəql olunan və
nəticədə çökən hər hansı sülb maddələr.
Damba
Əks axınlı suların qarşısını almaq və
avtomobil yoluna dəstək olmaq üçün inşa
edilən qaldırılmış torpaq və ya daş kütləsi.
Daşqın əleyhinə sahil bəndi
Çayın daşmasının qarşısını almaq üçün
layihələndirilmiş damba.
Davamlılıq
Bioloji, ekoloji və ya insan reseptorlarının
müəyyənləşdirilmiş stress amillərinin
təsirinə necə məruz qalmasının ölçü
vahidi.
Desibel (dB)
Səs intensivliyi ilə bağlı iki güc
səviyyəsinin müqayisəsi üçün istifadə
olunan ölçü vahidi (“bel”in onda bir
hissəsi).
Dolub daşma
Suyun bənd divarının və ya dambanın
üstündən axması.
Doğum Səviyyəsi
İldə hər 1000 nəfərə düşən uşaq doğumu.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
Drenaj Suları üçün Suyığıcı Ərazilər
Torpağın müxtəlif
sahələrdə təbii şəkildə
elə bir formada formalaşmasıdır ki, yağıntı
şəklində yerə düşən suların ərazinin ən
alçaq hissəsinə axmasına şərait yaradır.
Dünyanın Mədəni İrs Abidəsi
YUNESKO-nun Ümumdünya Mədəni İrs
Komitəsi tərəfindən idarə olunan
beynəlxalq Ümumdünya Mədəni İrs
Proqramı çərçivəsində tərtib olunmuş
siyahıya daxil edilən sahə (məsələn,
meşə, dağ, göl, səhra, abidə, bina,
kompleks yaxud şəhər).
Efemer
Qısa müddət yaşayan yaxud davam edən
bir şey – məsələn: ilin bir sıra ayları
ərzində çayın axması.
Ehtimal
Fəaliyyətin və ya təsirin baş vermə
mümkünlüyü.
Ekoloji Aspekt
Təşkilatın fəaliyyətlərinin, məhsullarının
yaxud xidmətlərinin ətraf mühitlə qarşılıqlı
təsirə malik ola bilən və ona görə də
idarəetmə forması tələb edən elementi.
Ekoloji Reseptorlar
Ətraf mühitə təsirin birbaşa yaxud dolayı
yolla təsir göstərdiyi hər hansı müxtəlif
orqanizmlər.
Ekosistem
Müəyyən bir ərazidə mövcud olan bütün
canlı orqanizmlərin bir-biri ilə qarşılıqlı
əlaqəsi və onların qeyri-canlı materiallar ilə
əlaqəsi.
Endemik
Lokal ərazi daxilində mövcud olan və ya
bu cür ərazidəki orqanizmlər üçün
xarakteristik olan.
Espoo Konvensiyası
ƏMSSTQ tətbiq etməklə ekoloji baxımdan
zərərsiz və davamlı iqtisadi inkişafı təşviq
edən regional hüquqi saziş.
Etnoqrafiya
Ayn-ayrı etnosların, insan qruplarının,
tayfalann adət-ənənələrinin, mədəni
irslərinin öyrənilməsi.
Əhatə Dairəsi
Qurğunun, binanın və yaxud təsirə məruz
qalmış sahənin torpağa məkan
baxımından təsiri/təzyiqi.
Əhatə dairəsinin müəyyənləşdirilməsi
mərhələsi
ƏMSSTQ prosesinin ilkin mərhələsi – bu
mərhələdə təfsilatlı qiymətləndirilmə tələb
edəcəyi güman edilən əsas məsələlərin
ilkin dəyərləndirilməsi aparılır.
Əsas Layihələndirmə Variantı
Layihənin ƏMSSTQ sənədi daxilində təsvir
olunmuş və qiymətləndirilmiş variantı.
Ətraf Mühitin İdarə Olunması Sistemi
Təşkilatın fəaliyyətlərini və proseslərini və
nəticə etibarilə meydana çıxan ekoloji
təsirləri planlaşdıran, idarə edən və
sənədləşdirən sistem.
Ətraf Mühitin Mühafizəsi haqqında
Qanun
Təbii ehtiyatlardan istifadə, Dövlətin və
onun vətəndaşlarının hüquq və vəzifələri,
iqtisadi fəaliyyətlərə dair ekoloji tələblər,
ekoloji fövqəladə hallar və təbii fəlakət
zonaları və s. kimi məsələləri ehtiva edən
Azərbaycan qanunvericiliyi.
Ətraf mühitə və Sosial-İqtisadi Sahəyə
Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ)
Layihə və onun əlaqədar fəaliyyətləri ilə
bağlı olan ətraf mühitə və sosial-iqtisadi
sahəyə
təsirlərin sistematik şəkildə
müəyyənləşdirilməsi və qiymətləndirilməsi.
Ətraf Mühitə (Ekoloji) Təsir
Qismən və ya bütövlüklə təşkilatın
fəaliyyətləri, məhsulları yaxud xidmətləri
nəticəsində ətraf mühitə istər mənfi,
istərsə də müsbət dəyişiklik.
Fekal (qara) sular
Tərkibində insanların formalaşdırdığı fekal
maddələr və sidik olan çirkab suyu.
Flora/fauna
Müəyyənləşdirilmiş coğrafi ərazidə rast
gəlinən bitkilər/canlılar.
Fon səviyyələri
Bilavasitə ətrafındakılar ilə eyni fiziki və/və
ya kimyəvi xüsusiyyətlərin bölüşdürülməsi.
Fövqəladə / Nəzərdə Tutulmamış İşlər
Planlaşdırılmamış fəaliyyət – məsələn:
avadanlığın nasazlığı, tutumların
(lokallaşdırma vasitələrinin) sıradan
çıxması, operatorun xətası
və ya
layihələndirmə xətası səbəbindən.