Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 1:
Giriş
Dekabr 2011
Yekun variant
1/4
1.2 ŞD2 İnfrastruktur Layihəsinə dair İcmal
ŞD2 İnfrastruktur Layihəsinin əsas komponentləri aşağıdakılardan ibarətdir (baxın: Şəkil 1.2):
İlkin Neft Layihəsi Terminalının giriş yolunun müvəqqəti bərpası;
Bakı-Ələt şosesindən Səngəçal Terminalına yeni giriş yolu (və əlaqədar qurğular);
Mövcud Terminal sahəsinin bilavasitə qərbində yerləşən ŞD2 Genişlənmə Sahəsinin
təmizlənməsi və yamaclarının terraslanması;
Tikinti
düşərgəsinin və inşaat obyektlərinin tikintisi və təchizatı;
Çirkab su təmizləmə qurğusunun quraşdırılması və istismarı;
Yağıntı suları drenajının və səth sularından/daşqından mühafizə bəndlərinin
quraşdırılması; və
ŞD2 boru kəmərinin sahilə çıxdığı ərazinin səviyyəsinin düzəldilməsi.
Şəkil 1.2 ŞD2 İnfrastruktur Layihəsinin İş Həcmi
1.3 D2 İnfrastruktur Layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə
Təsirin Qiymətləndirilməsi
1.3.1 Məqsədlər
ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-nin hazırlanması prosesinin ümumi məqsədi
nəzərdə tutulmuş qazma işləri nəticəsində ətraf mühit, sosial-iqtisadi sahə üçün meydana
çıxan hər hansı zərərli təsirlərin müəyyən edilməsini və mümkün olduğu hallarda problemləri
vaxtında müəyyən etməklə və cavab tədbiri görməklə aradan qaldırılmasını, yaxud minimuma
endirilməsini təmin etməkdir.
ƏMSSTQ aşağıdakı məqsədləri daşıyır:
Ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı nəzərə alınmalı məqamların
layihələndirmədə və istismar işlərində öz əksini tapmasını təmin etmək;
Əldə olunmuş əvvəlki təcrübənin nəzərə alınmasını və münasib olduqda,
layihələndirmədə tətbiq olunmasını təmin etmək;
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 1:
Giriş
Dekabr 2011
Yekun variant
1/5
Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlərin müəyyən olunmasını, kəmiyyət və
keyfiyyətcə qiymətləndirilməsini, habelə təsirlərin azaldılması üçün müvafiq tədbirlərin
nəzərdə tutulmasını təmin etmək;
Layihə üçün ətraf mühit üzrə yüksək icra göstəricilərinin planlaşdırılmasını və onlara
nail olunmasını təmin etmək;
Məqbul hüquqi tələblərə, operator şirkətin və HPBS-nin tələblərinə və gözləntilərinə
riayət olunmasını təmin etmək;
Layihənin əvvəlindən sonuna qədər bütün müvafiq maraqlı tərəflər ilə məsləhətləşmək
və onları narahat edən məsələləri nəzərə almaq; və
Ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı nəzərə alınmalı məqamların layihənin icrası
zamanı lazımi şəkildə nəzərə alınacağını nümayiş etdirmək.
Təsirlərin qiymətləndirilməsi prosesində fəaliyyətlərin və potensial reseptorların bir-birinə
qarşılıqlı təsirləri ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı mövcud şərait və həssaslıqlar
üzrə qiymətləndirilir və potensial təsirlər kateqoriyalara bölünür. Potensial təsirlərin
qiymətləndirilməsi zamanı bundan əvvəlki AÇG və ŞD layihələrinin tərkib hissəsi kimi işlənib
hazırlanmış mövcud və planlaşdırılan nəzarət, monitorinq və təsirazaldıcı tədbirlər nəzərə
alınır.
1.3.2 ƏMSSTQ Qrupu və Strukturu
ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ Qrupuna dair təfərrüatlar Cədvəl 1.2-də verilir.
Cədvəl 1.2 ŞD2 İnfrastruktur Layihənin ƏMSSTQ Qrupu
Qrupun üzvü
Vəzifəsi
URS
ƏMSSTQ üzrə layihə meneceri
və əsas müəllif
The Social Consultancy Sosial-iqtisadi
sahə üzrə mütəxəssis
WRA Hidrologiya
üzrə mütəxəssis
Synergetics Sosial-iqtisadi
sahə üzrə yerli mütəxəssislər
KBR Layihə mühəndisləri
BP
ŞD HPBS tərəfdaşları adından ŞD Müqavilə Sahəsinin HPBS üzrə operatoru
Cədvəl 1.3-də ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ üzrə strukturu və məzmunu verilir.
Cədvəl 1.3 ƏMSSTQ-nin Strukturu və Məzmunu
Bölmə/Fəsil
Məzmun
Qısa İcmal
ƏMSSTQ-nin xülasəsi
Vahidlər və İxtisarlar
ƏMSSTQ sənədində istifadə edilmiş vahidlərin və ixtisarların siyahısı.
Lüğət
Terminlər lüğəti.
1 Giriş
ŞD2 İnfrastruktur Layihəsi ilə ümumi tanışlıq, qiymətləndirmənin məqsədləri və
ƏMSSTQ üzrə hesabatın strukturu.
2
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Layihəni müzakirə üçün təqdim edənlərin
tərkibi və SƏTƏM siyasətləri, Şahdəniz
HPBS çərçivəsində SƏTƏM üzrə müəyyənləşdirilmiş tələblər, ətraf mühit
sahəsində müvafiq beynəlxalq və milli standartların və təlimatların xülasəsi.
3 Təsirlərin Qiymətləndirilməsi üzrə Metodologiya ƏMSSTQ prosesini həyata keçirmək üçün istifadə edilmiş metodların təsviri.
4 Qiymətləndirilmiş Variantlar
ŞD2 İnfrastruktur Layihəsi üçün qiymətləndirilmiş alternativ konsepsiya
variantlarının təsviri.
5 Layihənin Təsviri
ŞD2 İnfrastruktur Layihəsinin müfəssəl təsviri.
6
Ətraf Mühitin Təsviri
ŞD2 İnfrastruktur sahəsinin yaxınlığında ətraf mühit ilə bağlı ilkin şəraitin təsviri.
7
Sosial-iqtisadi Sahənin Təsviri
ŞD2 İnfrastruktur sahəsinin yaxınlığında sosial-iqtisadi sahə ilə bağlı ilkin şəraitin
təsviri.
8
Məsləhətləşmə və Məlumatın İctimaiyyətə
Təqdim Olunması
ƏMSSTQ proqramı zamanı aparılmış məsləhətləşmənin və qaldırılmış
problemlərin xülasəsi.
9
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi,
Monitorinqi və Azaldılması
ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı ətraf mühitə potensial təsirlərin
qiymətləndirilməsi
10
Sosial-İqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi, Monitorinqi və Azaldılması
ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı sosial-iqtisadi sahəyə potensial
təsirlərin qiymətləndirilməsi .
11
Kumulyativ və Transsərhəd Təsirlər və
Təsadüfi Hallar
ŞD2 İnfrastruktur Layihəsi ilə bağlı potensial kumulyativ və transsərhəd təsirlərin
və təsadüfi halların qiymətləndirilməsi.
12
Ətraf Mühit və Sosial İdarəetmə Sistemi
ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı ətraf mühit və sosial idarəetmə
sisteminin xülasəsi.
13 Qalıq Təsirlər və Nəticələr Qalıq təsirlərin və ƏMSSTQ prosesindən irəli gələn nəticələrin xülasəsi
Əlavələr
Köməkçi texniki məlumat.