Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə15/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   11   12   13   14   15   16   17   18   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 1: 

Giriş 

 

Dekabr 2011 



Yekun variant

 

1/1



1. Giriş 

Mündəricat 

 

1.1 Giriş ..............................................................................................................................2



 

1.1.1  Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş...........................................3

 

1.1.2  Əvvəlki Terminal İşlənməsi .....................................................................................3



 

1.2 


ŞD2 İnfrastruktur Layihəsinə dair İcmal ............................................................................4

 

1.3 



ŞD2 İnfrastruktur Layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi .............................................................................................................4

 

1.3.1 Məqsədlər................................................................................................................4



 

1.3.2  ƏMSSTQ Qrupu və Strukturu .................................................................................5

 

 

Şəkillərin Siyahısı 



 

Şəkil 1.1 

Səngəçal Terminalının Yeri..................................................................................... 2 

Şəkil 1.2 

ŞD2 İnfrastruktur Layihəsinin İş Həcmi................................................................... 4 

 

Cədvəllərin Siyahısı 

 

Cədvəl 1.1  Əvvəlki AÇG və ŞD ƏMSSTQ-ləri çərçivəsində qiymətləndirilmiş Sahildəki İşlərin 



Həcmi ...................................................................................................................... 3 

Cədvəl 1.2  ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ Qrupu................................................... 5 

Cədvəl 1.3  ƏMSSTQ-nin Strukturu və Məzmunu ..................................................................... 5 

 

 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 1: 

Giriş 

 

Dekabr 2011 



Yekun variant

 

1/2



1.1 Giriş 

 

Şahdəniz (ŞD) Müqavilə Sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yüksək 



təzyiqli qaz-kondensat yatağıdır. 

  

Şahdəniz Mərhələ 1 (ŞD1) istismar fazasına qədəm qoymuşdur və 2006-cı ilin dördüncü 



rübündə ilk qaz hasil edilmişdir. ŞD Alfa (ŞDA) Platformasından istifadə etməklə ŞD1 təcrid 

edilmiş sualtı fontan armaturları vasitəsilə  ŞD yatağından hasilatı  təmin edir. Sahildə  ŞD1 

texnoloji qurğuları Bakıdan qərbə doğru təxminən 60km məsafədə yerləşən Səngəçal 

Terminalında quraşdırılıb (baxın: Şəkil 1.1). 

 

Şəkil 1.1  Səngəçal Terminalının Yeri  

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ŞD1 lokal, avtonom işlənmədir və o, hasilatı ilkin planlaşdırılan 900 milyon standart kub 



fut/gün (mln.st.kf) həcmdən  əlavə artırmaq üçün kiçik imkana (hasilatın genişləndirilməsi 

imkanlarından savayı) malikdir. 

 

ŞD yatağının işlənməsinin ikinci mərhələsi olan Şahdəniz 2 (ŞD2) Layihəsinin 



aşağıdakılardan ibarət olması planlaşdırılır: 

 

 Stastionar 



ŞD Bravo (ŞDB) platforma kompleksi, o cümlədən Hasilat və Rayzerlər 

platforması (ŞDB-HR), habelə ŞDB-HR platformasına körpü vasitəsilə birləşən Yaşayış 

Blokları və Texnoloji Təchizat (ŞDB-YBTT) platforması; 

 Axın xətləri vasitəsilə stasionar ŞD Bravo (ŞDB) platforma kompleksinə birləşdirilmiş 

sualtı manifoldlar və əlaqədar quyu dəstələri; və 

 

ŞDB-HR platformasından Terminala gedən sualtı ixrac boru kəmərləri və Terminaldan 



ŞDB-HR platformasına gələn xüsusi MEQ idxal boru kəməri. 

 

ŞD2 Layihəsi üçün texnoloji qurğular təmin etmək üçün Terminal genişləndiriləcək. 



 

Hazırkı  Ətraf Mühitə  və Sosial-İqtisadi Sahəyə  Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) 

sənədinin məqsədi Səngəçal Terminalında ŞD2 Genişləndirmə Sahəsi daxilindəki ŞD2 sahil 

qurğularının tikinti, quraşdırma, istismaravermə  və istismar əməliyyatlarından  əvvəl tələb 

olunan işlərlə bağlı  ətraf mühitə  və sosial-iqtisadi sahəyə  təsirləri qiymətləndirməkdən 

ibarətdir. 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 1: 

Giriş 

 

Dekabr 2011 



Yekun variant

 

1/3



ŞD2 Layihəsinin aşağıdakı fəaliyyətləri ilə bağlı ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər 

ayrı-ayrılıqda qiymətləndiriləcək və məruzə ediləcək: 

 

 Sahil, 



dəniz və sualtı qurğuların (o cümlədən Terminala gedən ŞD2 ixrac və MEQ boru 

kəmərləri) tikinti, quraşdırma, sazlama və istismaravermə işləri; 

 Qazma 

işləri və quyunun tamamlanması; və 

 

ŞD2 Layihəsinə aid dəniz və sahil qurğularının istismarı. 



 

ŞD2 İnfrastruktur Layihəsi qüvvədə olan milli və beynəlxalq hüquqi tələblər nəzərə alınmaqla 

və BP şirkətinin Azərbaycan Gürcüstan Türkiyə (AGT) Regionu üzrə Yerli Operativ İdarəetmə 

Sisteminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. 

 

1.1.1  Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş 

 

Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) 4 iyun 1996-cı il tarixində 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Xarici Neft Şirkətlərinin (XNŞ) 

konsorsiumu arasında, bundan sonra “Müqavilə Sahəsi” adlanacaq ŞD qaz-kondensat yatağı 

ehtiyatlarının işlənməsi və idarə edilməsi məqsədi ilə imzalanmışdır. “BP Exploration 

(Azerbaijan) Limited” şirkəti konsorsiumun üzvləri adından HPBS üzrə operator (əməliyyatçı 

şirkət) təyin olunmuşdur. ŞD konsorsiumu tərəfdaşları aşağıdakılardır: 

 

 BP  25,5% 



 Statoil 

25,5% 


 TOTAL 

10,0% 


 Lukoil 

10,0% 


 NICO 10,0% 

 TPAO 


 

9,0% 


 ARDNŞ 10,0% 

 

1.1.2  Əvvəlki Terminal İşlənməsi 

 

Azəri-Çıraq-Günəşli (AÇG)



1

 və ŞD Müqavilə Sahələrinin mərhələli işlənməsinə dəstək olmaq 

üçün tələb olunan əlavə texnoloji və köməkçi qurğuları yerləşdirmək məqsədilə son 10 il 

ərzində Səngəçal Terminalının mərhələli genişləndirilməsi həyata keçirilmişdir. Cədvəl 1.1-də 

göstərildiyi kimi hər bir işlənmə faza üçün ƏMSSTQ-lər tamamlanmışdır. 

 

Cədvəl 1.1  Əvvəlki AÇG və ŞD ƏMSSTQ-ləri çərçivəsində qiymətləndirilmiş Sahildəki 



İşləri Həcmi 

ƏMSSTQ 

Layihənin Əhatə Dairəsi 

İlkin İnşaat 

İşləri (2001) 

 

Aşağıdakı sahələrin təmizlənməsi və səviyyələrinin nivelirlənməsi:  



 Terminalda 

birbaşa olaraq İlkin Neft Layihəsi (İNL) qurğularının qərbində yerləşən AÇG1 və ŞD1 qurğusunun 

əraziləri; və 

 

Şimal tərəfdə İNL qurğularına yaxın yerləşən BTC nasos və nəzarət-ölçmə stansiyasının yerləşdiyi ərazi. 



 Terminalın hüdudu ətrafında drenaj kanalının qazılması. 

 Perimetr 

divarının, işıqlandırma və bəndləmə divarının tikintisi. 

 

Terminala yeni avtomobil giriş yolunun və dəmir yolu kəsişməsinin tikintisi. 



 Kommunal 

xətlərin yerinin dəyişdirilməsi və modifikasiyası. 

AÇG Faza 1 

(2002) 


 

Səngəçal Terminalında (İNL qurğularının bilavasitə  qərbində yerləşməklə Terminal hüdudu daxilində)  əlavə neft 

qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı. 

 

Terminal hüdudunun bilavasitə cənubunda tikinti düşərgəsinin (o cümlədən çirkab su təmizləmə qurğusunun) inşası. 



ŞD Mərhələ 1 

(2002) 


 

Səngəçal Terminalındakı AÇG qurğularına yaxın yerləşən və  həmin qurğular ilə birləşdirilmiş sahildəki qəbuletmə, 

qaz emalı və kondensat qurğularının tikinti, quraşdırma və istismar işləri. 

AÇG Faza 2 

(2003) 

 

Səngəçal Terminalında (AÇG Faza 1 qurğularının bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində) 



əlavə neft qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı. 

AÇG Faza 3 

(2004) 

 

Səngəçal Terminalında (AÇG Faza 2 qurğularının bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində) 



əlavə neft qəbuletmə və sabitləşdirmə qurğularının tikintisi, quraşdırılması və istismarı. 

AÇG YTİ üzrə 

LSU (2007) 

  Lay suyu təmizləmə qurğularının tikintisi, quraşdırılması  və istismarı (BTC nasos və  nəzarət-ölçmə stansiyasının 

bilavasitə şimal tərəfində yerləşməklə Terminal hüdudu daxilində). 

                                                      

1

 Müvafiq qaydada Səngəçal Terminalından  şərqə doğru 66km məsafədə  və  şimal-şərqə doğru 135km məsafədə 



yerləşən ŞD və AÇG Müqavilə Sahələri.  


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə