Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə13/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   9   10   11   12   13   14   15   16   ...   181

Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

Geo-şəbəkəli strukturlar 



Sıxıla bilən qruntda inşa edilmiş 

dambaların altında qeyri-bərabər 

çökmənin qarşısını almaq məqsədilə 

istifadə edilə bilən sərt özül qatı 

formalaşdırmaq üçün dənəvər material ilə 

doldurulmuş qrunt bərkidici 

şəbəkələrin/geotekstil materialının bir-

birinə birləşmiş zolaqlarından ibarət qat. 

 

Geotekstil 

Dambanı saxlamaq üçün inşaatda istifadə 

edilən möhkəm sintetik parça. 

 

Hasilat 

Karbohidrogen ehtiyatlarının tam miqyaslı 

şəkildə çıxardılması. 

 

Hasilat (istismar) Quyusu 

Neft və qazı hasil olunduğu qazılmış quyu. 



 

Hasilatın Pay Bölgüsü Haqqında Saziş 

(HPBS) 

Hökumət və hasilatçı  şirkət (yaxud 

şirkətlər qrupu) arasında imzalanmış 

müqavilə növü. 



 

Həssaslıq 

Flora və ya faunanın  əhəmiyyətli təsirdən 

yaxud korlanmadan bərpa olunma sürəti. 

 

Hidrologiya 

Yerdəki su və atmosfer hadisələrini, 

dövranını, paylanmasını 

və 

xüsusiyyətlərini öyrənən elm. 



 

Hissəciklər 

Qazda yaxud mayedə asılı  vəziyyətdə 

olan çox kiçik bərk yaxud maye 

hissəciklər. 

 

Xam Neft 

Müxtəlif sıxlıqlara və xüsusiyyətlərə malik 

təbii formada olan karbohidrogenlərin emal 

olunmamış qarışığı. 



 

İcmalar / Toplumlar 

Spesifik 

ərazidə 

məskunlaşan, eyni 

hökumət strukturunu bölüşən və çox vaxt 

ümumi mədəni və tarixi irsə malik üzvləri 

olan ictimai qrup/konkret bir sahədə 

məskunlaşan mikroorqanizmlərin, bitkilərin 

və heyvanların müxtəlif toplumlarından 

təşkil olunmuş ekoloji vahid. 

 

İctimaiyyətin İştirakı 

İctimaiyyətin planlaşdırılan fəaliyyətlər 

barədə məlumatlandırılması prosesi. 

 

İnfiltrasiya 

Suyun yer səthindən yerin təkinə axması.. 



İrs 

Keçmiş  nəsillərdən ötürülmüş  mədəni 

adətlər, yaşayış  əraziləri və tarixi binalar 

kimi dəyərli obyektlər və keyfiyyətlər. 



 

ISO 14001 

Beynəlxalq Standartlar Təşkilatı tərəfindən 

hazırlanmış inkişaf etməkdə olan bir sıra 

ümumi  ətraf mühitin idarə olunması 

sistemləri; bu, biznesin idarəetmə sahəsini 

ətraf mühitə  təsirlərin idarə olunması 

strukturu ilə təmin edir. 

 

İstixana Qazları (İXQ) 

İnfraqırmızı istilik diapazonu daxilində 

radiasiyanı udmaqla və  şüalandırmaqla 

Planetin istixana effektinə  şərait yaratdığı 

hesab edilən atmosfer qazları.  İXQ-ə 

karbon dioksid və metan daxildir. 



 

İstismardan çıxarma 

Hər hansı qurğuların fəaliyyətinin 

dayandırılması və sökülməsi. 

 

İlkin Neft Layihəsi 

Xəzər dənizində ilk iri miqyaslı neft 

layihəsi. Bu layihəyə 1994-cü ildə 

başlanılıb və sözügedən layihədə Azəri, 

Çıraq və Günəşli yataqlarından neftin 

hasilatına sərmayə yatırmış  şirkətlər 

konsorsiumu iştirak edib. 

 

İlkin yoxlama mərhələsi 

Layihə üçün ƏMSSTQ-nin həyata 

keçirilməsinin tələb olunub-olunmadığına 

dair qərar verildiyi proses. 



 

İnformasiyanın Təqdim  

Olunması/Açıqlanması 

ƏMSSTQ üzrə  məlumatın ictimaiyyətə 

açıqlanması. 

 

Karbohidrogen 

Hidrogen və karbon atomlarından ibarət 

üzvi kimyəvi birləşmələr. Bu 

birləşmələrdən böyük miqdarda 

mövcuddur və onlar bütün neft 

məhsullarının  əsasını  təşkil edirlər. Onlar 

qaz, maye və ya bərk hallarda (məsələn 

metan, heksan və parafin kimi) mövcud 

ola bilərlər. 

 

Karvansaray 

Mərkəzi və 

Qərbi Asiyada ticarət 

marşrutları boyunca karvanların 

məskunlaşması üçün geniş meydançada 

tikilən mehmanxana. 

 

Kol 

Alt hissəsində bir neçə budağı olan 

nisbətən alçaq ağacşəkilli bitki. 

 



Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

Koliform bakteriyaları 



Adətən insanların və digər onurğalıların 

bağırsaqlarında (xüsusilə yoğun 

bağırsaqda) məskunlaşan bakteriyalar və 

ya bu bakteriyalara aid olanlar. 

 

Kondensat (Qaz Kondensatı) 

Səthdəki hasilat avadanlığı ilə bağlı olan 

normal temperaturlarda və  təzyiqlərdə 

mayeyə kondensasiya olan, təbii qazla 

birlikdə hasil olunmuş yüngül 

karbohidrogen fraksiyaları.  

 

Kontinental Şelf 

Yer kürəsindəki materiklərdən birinin bir 

hissəsini təşkil edən tektonik plitə. 

 

Kumulyativ Təsir 

Özü-özlüyündə 

əhəmiyyətli təsir 

göstərməyən, lakin gələcəkdə  nəzərdə 

tutulan işlərin təsirləri ilə birlikdə daha 

böyük və daha əhəmiyyətli təsir(lər)ə 

səbəb ola bilən ekoloji və/və ya sosial-

iqtisadi aspektlər. 

 

Qalıq Təsirlər 

Qalıq təsirlər həm layihənin 

əsas 

layihələndirmə variantında nəzərdə 



tutulmuş  və  həm də  əsas varianta əlavə 

olaraq hazırlanmış  təsirazaltma tədbirləri 

görüldükdən sonra qalan təsirlərdir. 

 

Qamışlıq 

Dayaz sulu yerlərdə və ya həmişə rütubətli 

və yumşaq olan qruntda iri dəstələrlə bitən 

hündür bitkilər. 



 

Qamış-Bataqlıq ərazi 

Yağıntılardan sonra səth sularının 

müvəqqəti toplanması ilə əlaqəli olan bitki 

toplumu, bu toplumda 



Tamarix meyeri 

kolları üstünlük təşkil edir və buna adətən 

çökəkliklərdə  və drenaj xətləri boyunca 

rast gəlinir. 



 

Qazma-Doldurma Payalar 

Ağır  şaquli yükə malik konstruksiyanı 

saxlamaq üçün yerə vintlənmiş beton 

payalar. 



 

Qeyri-Müntəzəm Fəaliyyət 

Qurğular / gəmilər və ya avadanlıq  Əsas 

Layihələndirmə Variantında 

müəyyənləşdirildiyi kimi deyil, əvvəlcədən 

planlaşdırılmış qaydada işlədiyi təqdirdə 

həyata keçirilən fəaliyyət. 



 

Qəza/Təsadüfi Hallar 

Digər qaydada baş verməsi gözlənilməyən 

təsirlər yaratmaq potensialına malik olan 

hadisələr və ya qeyri-müntəzəm hallar. 



Qırmızı Siyahı/Qırmızı Kitab 

Nadir və nəsli tükənmək təhlükəsiz altında 

olan bitki və heyvan növlərinin siyahısı.  

 

Quyu lüləsi 

Qazma vasitəsilə torpaqda qazılmış quyu. 



 

Quyunun tamamlanması 

Yenicə qazılmış quyunun hasilata 

hazırlanması işləri. 

 

Lay/kollektor 

Hasil oluna bilən karbohidrogenlər üçün 

tutum əmələ gətirən məsaməli, çatlı yaxud 

oyuqlu, geoloji baxımdan hermetik süxur 

formasiyası. 

 

Lay dəstəsi 

Ayrıca, adətən paralel süxur layları. 

 

Maraqlı tərəf 

Layihədə marağı olan şəxs, qrup və/və ya 

təşkilat. 

 

Mayekeçirməz  

Mayenin keçməsinə imkan verməyən. 



 

Meteoroloji dinamikalar 

Atmosferdə hava və iqlim ilə bağlı 

hərəkətlərin tədqiqi. 

 

Məişət tullantıları 

Adətən yaşayış yerində meydana çıxan 

zibil və tullantılardan ibarət tullantılar. 

 

Məməlilər 

Ağ ciyəri olan, isti-qan dövranına malik 

onurğalılar sinifi.  



 

Məsləhətləşmə 

Maraqlı  tərəflərin layihəyə dair fikir və 

rəylərini  əldə etmək məqsədilə keçirilən 

rəsmi proses. 

 

Milli Məclis 

Azərbaycan Parlamenti. 

 

Miqrasiya 

İnsanların iş tapmaq və ya daha yaxşı 

yaşayış şərtləri əldə etmək məqsədilə yeni 

ərazilərə  və ya ölkələrə köçməsi/yaxşı 

müəyyənləşdirilmiş marşrutlar boyunca 

heyvanların (xüsusən də nəsilartırma üçün 

geri qayıdan heyvanlar) hər hansı 

müntəzəm səfərləri. 



 

Müqavilə Sahəsi 

Karbohidrogenlərin kəşfiyyatı  və hasilatı 

məqsədilə  şirkət yaxud şirkətlər qrupu 

üçün lisenziyalaşdırılmış/icarəyə verilmiş 

və hissələrə bölünmüş dəniz sahəsi.  



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə