Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə21/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   17   18   19   20   21   22   23   24   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/9 



Mövzu 

Adı 

Tarixi 

Təsviri / ŞD2 İnfrastruktur Layihəsi  üzrə ƏMSSTQ-yə aidiyyəti 

Azərbaycan Respublikasının Su Məcəlləsi 

(418-IQ saylı Qanun ilə təsdiq olunub) 

26/12/1997 Sututarlardan 

istifadəni tənzimləyir, mülkiyyət hüquqlarını müəyyən edir, habelə inventarlaşdırma və 

monitorinq məsələlərini  əhatə edir. Məcəllədə sututarların içməli və texniki su üçün, habelə tibbi müalicə

mineral bulaqlı kurortlar, istirahət və idman, kənd təsərrüfatı ehtiyacları, istehsalat ehtiyacları və hidroenerji, 

nəqliyyat, balıqçılıq və ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə məqsədləri üçün istifadəsini və 

xüsusi mühafizə olunan sututarları  tənzimləyir. Burada rayonlaşdırma, zərərli maddələrin yol verilən 

maksimum konsentrasiya hədləri və sənayedə/istehsalatda əsas davranış qaydaları barədə məlumatlar verilir.  

Azərbaycan Respublikasının “Su təchizatı və 

tullantı suları haqqında” Qanunu №723-1Q 

28/10/1999 Tətbiq sahəsi qurudakı  əməliyyatlarla məhdudlaşır.  İstehsalat tullantılarının çirkab su sisteminə axıdılmasını 

məhdudlaşdırır, yağış sularının və istehsalat tullantılarının çirkab sularından ayrılmasına dair, habelə çirkab su 

təmizləmə qurğularının istismar olunması üçün hüquqi şəxslər tərəfindən icazələrin alınmasına dair tələblər 

müəyyən edir. 

Xüsusi mühafizə olunan su obyektlərinin 

ayrı-ayrı kateqoriyalara aid edilməsi 

Qaydaları, Nazirlər Kabinetinin 77 saylı 

Qərarı 


01/05/2000 Xəzər dənizi xüsusi mühafizə olunan su tutarıdır. Qərara  əsasən, tullantı sularının axıdılması üzrə digər 

variantların olmadığı  təqdirdə onların yerləşdirilməsi üçün xüsusi icazələrin alınması  tələb olunur. Qərarda 

xüsusi mühafizə olunan su tutarlarından istifadəyə məhdudiyyətlərin qoyulması, habelə gələcəkdə həmin su 

tutarları ilə əlaqədar normativ aktların işlənib hazırlanması nəzərdə tutulur. Qərara əsasən, xüsusi mühafizə 

olunan sututarların təbii  şəraitini dəyişən fəaliyyətlər üçün ETSN-nin razılığı tələb olunur. Suya qarşısı alına 

bilməyən hər hansı atqılar üçün icazələrin verilməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Həmçinin, 

istirahət və idman məqsədləri üçün nəzərdə tutulmuş sututarların (bunlara Xəzər dənizi də aiddir) mühafizəsi 

üzrə xüsusi tələblər daxil edilmişdir. 

Su 

Səth sularının tullantı suları ilə 



çirklənməsindən mühafizəsi üzrə qaydalar

Dövlət Ekologiya Komitəsinin 1 saylı Qərarı 

04/01/1994 

Bu qanunvericilik aktı çərçivəsində “Balıqçılıq üçün əhəmiyyətli olan su tutarlarına zərərli təsirin icazə verilən 



normaları”na əsasən, atqılar asılı maddələr, üzən maddələr, rəng, iy və dad, hərarət, həll olunmuş oksigen, 

pH, Oksigenə Bioloji Tələbat (OBT) və  zəhərli maddələr baxımından müəyyən olunmuş su tutarları üzrə bir 

neçə xüsusi standartlara cavab verməlidir. Hədlər Sovet dövrünün standartlarına  əsaslanır və “boru çıxışı” 

hədlər ilə müqayisədə obyektin hüdudlarında təmin olunmalıdır (xüsusi “sanitar mühafizə zonası üzrə hədlər”). 

Atqı borusunun çıxışı üzrə  hədlər konkret obyektə aid “ekoloji pasportlarda” göstərilir və qüvvədə olan ətraf 

mühitin keyfiyyət standartlarına uyğunluğun təmin olunması məqsədilə müəyyən edilir. 

Azərbaycan Respublikasının “Atmosfer 

havasının mühafizəsi haqqında” 109-IIQ 

saylı Qanunu  

27/03/2001 Havanın mühafizəsi, bununla da əhalinin sağlam mühitdə yaşamaq ilə bağlı konstitusiya hüququnun həyata 

keçirilməsi üçün hüquqi bazanı müəyyən edir. Qanunda bu baxımdan hakimiyyət orqanlarının, hüquqi və fiziki 

şəxslərin və QHT-lərin hüquq və öhdəlikləri qeyd olunur, iqtisadi fəaliyyət zamanı havanın mühafizəsi üzrə 

ümumi tələblər müəyyən olunur, atmosferə fiziki və kimyəvi təsirlərin azaldılması üçün normalar 

müəyyənləşdirilir, zərərli atmosfer tullantılarının və onların mənbələrinin dövlət tərəfindən inventarlaşdırılması 

üzrə qaydalar müəyyənləşdirilir və cəzalandırma tədbirlərinin görülməsinə səbəb olacaq qanun pozuntularının 

ümumi kateqoriyaları təqdim olunur. 

Hava 

Təhlükəli maddələrin tullantı səviyyələrindən 



asılı olaraq obyektlərin təhlükə 

kateqoriyalarının müəyyən edilməsi 

metodikası və layihələr üzrə maksimum yol 

verilən atmosfer tullantıları üzrə göstəricilərin 

işlənib hazırlanması zərurəti. 

04/09/1990 

 

 

 



 

 

 



 

 

 



 

Bu metodika çərçivəsində zərərli maddələrin maksimum yol verilən konsentrasiya hədləri və onların təhlükələr 

üzrə təsnifatı verilir. Hədlər Sovet dövrünün standartlarına əsaslanır. 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/10 



Mövzu 

Adı 

Tarixi 

Təsviri / ŞD2 İnfrastruktur Layihəsi  üzrə ƏMSSTQ-yə aidiyyəti 

Tullantılar Azərbaycan Respublikasının “İstehsalat və 

məişət tullantıları haqqında” 514-IQ saylı 

Qanunu  


30/06/1998 

Ətraf mühitin istehsalat və məişət tullantılarından, o cümlədən zərərli qazlardan, tullantı sulardan və radioaktiv 

tullantılardan mühafizəsinə dair dövlət siyasətini təsvir edir. Dövlətin və digər subyektlərin hüquq və 

vəzifələrini müəyyən edir, tullantı  təmizləmə qurğularının layihələndirilməsi və tikintisi, tullantıların  əmələ 

gəlməsinə  səbəb olan fəaliyyətlərin lisenziyalaşdırılması, habelə tullantıların saxlanması  və daşınması (o 

cümlədən transsərhəd daşınması) üzrə  tələbləri müəyyənləşdirir. Qanun həmçinin sənaye müəssisələri 

tərəfindən tullantıların  əmələ  gəlməsinin minimuma endirilməsi üçün texnologiyaların tətbiq olunmasını 

dəstəkləyir. Qanun pozuntularına qarşı cavab tədbirlərinin ümumi təsviri verilir. Bu qanun, Nazirlər Kabinetinin 

Azərbaycanda təhlükəli tullantıların sertifikatlaşdırılması qaydaları, təhlükəli tullantıların idarə olunması üzrə 

dövlət strategiyası haqqında qərarları, habelə ETSN tərəfindən təsdiq olunmuş  “İstehsalat prosesləri 

nəticəsində və xidmət sahələrində formalaşan tullantıların inventarlaşdırılması qaydaları və təsnifat sisteminə 

dair təlimatlar”ı ilə tamamlanır. 

İnformasiya Azərbaycan Respublikasının “Ətraf mühitə 

dair informasiya almaq haqqında” 270-IIQ 

saylı Qanunu  

12/03/2002 

Ətraf mühitə dair informasiyanın təsnifatlaşdırılmasını müəyyənləşdirir.  İnformasiya açıq-aydın  şəkildə 

“məhdud istifadə üçün” təsnifatına aid olmadığı təqdirdə ictimaiyyət ondan istifadə edə bilər. Məhdudiyyətlərin 

tətbiq olunmasına dair prosedurlar təsvir olunmuşdur. Qanunun məqsədi Orhus Konvensiyasının (Azərbaycan 

tərəfindən 1999-cu ildə ratifikasiya olunmuşdur) müddəalarını Azərbaycan qanunlarında əks etdirməkdir. 

”Sanitar-epidemioloji xidmətlər haqqında” 

Qanun (371 saylı Prezident Fərmanı ilə 

təsdiq olunub) 

10/11/1992 Sənaye obyektləri üzrə layihələndirmə, tikinti və istismar mərhələlərində, habelə digər iqtisadi fəaliyyətlər üzrə 

yerinə yetirilməli sanitar-epidemioloji tələbləri müəyyən edir. Məqsədi  əhalinin sağlamlığını qorumaqdır. 

Vətəndaşların təhlükəsiz mühitdə yaşamaq, habelə sanitar-epidemioloji şərait, ətraf mühit və ictimai səhiyyə 

barədə tam və pulsuz məlumat almaq hüquqlarından bəhs edir. 

Azərbaycan Respublikasının “Əhalinin 

sağlamlığının qorunması haqqında” 360-IQ 

saylı Qanunu  

26/06/1997 

Əhalinin sağlamlığının qorunması  və  səhiyyə sisteminin əsas prinsiplərini müəyyən edir. Qanunda əhalinin 

sağlamlığına zərərli təsirə görə öhdəlik müəyyən edilir və  nəzərdə tutulur ki, ətraf mühitin çirkləndirilməsi 

nəticəsində sağlamlığa dəymiş ziyan həmin ziyana səbəb olmuş hüquqi və ya fiziki şəxs tərəfindən 

kompensasiya olunmalıdır.  

Azərbaycan Respublikasının “Əhalinin 

radiasiya təhlükəsizliyi haqqında” 423-IQ 

saylı Qanunu  

30/12/1997 Sənaye obyektlərində radiasiya təhlükəsizliyinin təmin olunması üzrə  tələbləri özündə  əks etdirir. Qanunda 

hökumətin radiasiya təhlükəsizliyinə dair siyasətinin  əsas prinsipləri, eləcə  də potensial olaraq radioaktiv 

mənbələrdən istifadənin təsirinə məruz qalan ərazilərdə işçilərin və əhalinin təhlükəsizliyinin qorunması üçün 

ekoloji normalar müəyyən edilir. Bu qanun qəza hadisələri zamanı sağlamlığa,  əmlaka və insan həyatına 

dəymiş ziyan üçün kompensasiyanın verilməsini təmin edir.  

“Torpaq sahələrinin geri alınması və dövlət 

və ictimai ehtiyaclar üçün ayrılması barədə 

vəsatətlərin qaldırılması və onlara baxılması 

Qaydaları”, Azərbaycan Respublikasının 

Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-

hüquqi aktlar haqqında Qərar No. 42. 

15/03/2000 

 

Torpaq sahələrinin geri alınması  və dövlət və ictimai ehtiyaclar, o cümlədən sənaye təyinatlı obyektlərin və 



boru kəmərləri üçün ayrılması barədə vəsatətlərin qaldırılması prosesini müəyyənləşdirir. 

Əhalinin 

sağlamlığı və 

təhlükəsizliyi 

Stasionar Avadanlıqlar üçün Dövlət 

Standartı 

SSRİ-nin Metrologiya və Standartlaşdırma 

üzrə Dövlət Komitəsi, 1987-07-01 tarixli 

QOST No. 27409-87 

01/07/1987 Stasionar 

avadanlıqların istismarı üçün səs-küy səviyyəsinə dair məhdudiyyətləri özündə ehtiva edir. 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə