Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə22/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   18   19   20   21   22   23   24   25   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/11 



Mövzu 

Adı 

Tarixi 

Təsviri / ŞD2 İnfrastruktur Layihəsi  üzrə ƏMSSTQ-yə aidiyyəti 

Məsuliyyət Azərbaycan Respublikasının “İcbari ekoloji 

sığorta haqqında” 271 saylı Qanunu   

12/03/2002 

Ətraf mühitin təsadüfi çirklənməsi nəticəsində insan həyatına, sağlamlığına,  əmlaka və  ətraf mühitə  dəymiş 

ziyana görə mülki məsuliyyətin icbari sığortası üzrə tələbləri müəyyənləşdirir. 

İcazələrin 

verilməsi 

Ətraf mühitin mühafizəsi və təbii 

ehtiyatlardan istifadənin yaxşılaşdırılması 

üzrə standartlar sistemi. Sənaye 

müəssisəsinin ekoloji sertifikatı. Əsas 

müddəalar, QOST 17.0.0.04-90 

01/07/1990 

ETSN, potensial çirkləndirici mənbə olan müəssisələrin ətraf mühitə təsirləri barədə ekoloji sənədlər verir. Bu 

sənədlərə maksimum yol verilən tullantı hədləri, maksimum yol verilən atqı hədləri və “ekoloji pasport” daxildir. 

“Ekoloji pasport” keçmiş Sovet İttifaqı ölkələri üçün səciyyəvidir və müəssisəsinin  ətraf mühitə  təsirləri, o 

cümlədən ehtiyatların istifadə olunması, tullantıların idarə olunması, təkrar istifadə  və çirklənmələrin 

təmizlənməsinin səmərəliliyi barədə geniş  əhatəli məlumatları özündə  əks etdirir. Müəssisələr pasportun 

layihə variantını özləri işləyib hazırlayır və təsdiq üçün ETSN-ə göndərir.  

Mədəni irs 

Tarix və Mədəniyyət Abidələrin Qorunması 

haqqında Qanun 

1998 Dövlət və yerli hakimiyyət orqanlarının vəzifələrini müəyyənləşdirir və abidələrin istifadəsi, tədqiqi, mühafizəsi, 

bərpası, rekonstruksiyası, yenidən qurulması  və  təhlükəsizliyi üzrə prinsipləri müəyyən edir. Bu qanunda 

bəyan edilir ki, dövlət mülkiyyətində olan mədəniyyət obyektləri: tarix və  mədəniyyət abidələri, dövlət 

muzeylərində, arxivlərdə, kitabxanalarda, habelə onların yerləşdiyi ərazilərdə saxlanılan mədəniyyət əşyaları 

özəlləşdirilə bilməz. Arxeoloji əhəmiyyətə malik ərazilərdə tikinti işlərindən  əvvəl arxeoloji tədqiqatların 

aparılmasını tələb edir. 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/12



2.4.1  ƏMTQ üzrə milli təlimatlar 

 

Azərbaycanda  ƏMTQ prosesinə dair təlimatlar “Azərbaycanda  ətraf mühitə  təsirlərin 



qiymətləndirilməsi prosesi üzrə  təlimat kitabı”nda verilmişdir. Təlimat kitabında “qərb” tipli 

ƏMTQ prosesinin əsas prinsipləri və aşağıdakılar barədə təfərrüatlar təqdim olunur:  

 

 

ƏMTQ prosesi, yəni işlərin yerinə yetirilmə ardıcıllığı, habelə  ərizəçilərin və Hökumət 



qurumlarının vəzifə və cavabdehlikləri;  

 

ƏMTQ sənədinin məqsədi və əhatə dairəsi;  



 Prosesdə ictimaiyyətin iştirakı; 

 Ekoloji 

ekspertizanın qərarı (ETSN-ə  təqdim olunduqdan sonra ƏMSSTQ sənədi üç 

aya qədər olan müddət ərzində ekspertlər qrupu tərəfindən yoxlanılır); və 

 Apelyasiya 

prosesi. 

 

Təlimat kitabında verilmiş təlimatların xülasəsi aşağıdakı Cədvəl 2.4-də təqdim olunur. 



 

ƏMTQ sənədinin ETSN tərəfindən təsdiqi tələblərə uyğunluq üzrə  əsas prinsiplər, o 

cümlədən təşkilatın riayət etməli olduğu ekoloji və sosial standartlar müəyyən edilir. 

 

Cədvəl 2.4  Azərbaycanda ƏMTQ prosesinə dair təlimatların xülasəsi



 3

 

İlkin 

müəyyənləşdirmə 

Sənədi hazırlayan tərəfin 

ƏMTQ sənədinin tələb olunub-olunmadığını 

müəyyənləşdirmək üçün ETSN-ə  Ərizə (təklif barədə  əsas məlumatları ehtiva edən) 

təqdim etməsi tələb olunur.  

Əhatə dairəsinin 

müəyyənləşdirilməsi 

Sənədi hazırlayan tərəfin, ekspertlərin və aidiyyəti olan ictimaiyyət nümayəndələrinin 

iştirak etməli olduğu və ƏMTQ-nin əhatə dairəsi ilə bağlı konsensusun əldə edilməsinə 

yönəlmiş  “Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüş”ün keçirilməsi tələb 

olunur.  

Layihənin təsviri 

Texnoloji proseslərin tam təsviri və planlaşdırma, ilkin texniki-iqtisadi əsaslandırma, 

tikinti və istismar əməliyyatları baxımından nələrin təklif olunduğunun təhlili. 

Ekoloji tədqiqatlar 

Sahədə və təklif olunan layihənin təsirinə məruz qalacağı ehtimal olunan digər yerlərdə 

ətraf mühitin ilkin vəziyyətinin tam şəkildə  təsvir edilməsi tələb olunur. Ətraf mühit 

müxtəlif tərkib hissələri, yəni fiziki, ekoloji və sosial baxımdan təsvir olunmalıdır. 



Alternativ variantların 

nəzərdən keçirilməsi 

Alternativ texnologiyaların təsviri istisna olmaqla, layihənin alternativ variantları  və 

variantların potensial təsirləri (o cümlədən “heç bir işin yerinə yetirilməməsi” adlandırılan 

alternativ variant) barədə hər hansı müzakirənin aparılması tələb olunmur. 



Təsirlərin 

qiymətləndirilməsi və 

azaldılması 

Bütün təsirlərin (birbaşa və dolayı, sahədə  və sahədən kənarda, kəskin və xroniki, 

birdəfəlik və kumulyativ, gəlib-keçən və  bərpa olunmayan) müəyyən edilməsi tələb 

olunur. Hər bir təsir  əhəmiyyətinə  və ciddiliyinə, habelə onların qarşısının alınması, 

azaldılması  və ya kompensasiya olunması üçün nəzərdə tutulmuş  təsirazaldıcı 

tədbirlərə uyğun olaraq qiymətləndirilməlidir. 



İctimaiyyətin iştirakı 

Təsirə məruz qalan əhalinin planlaşdırılan fəaliyyət barədə iki dəfə məlumatlandırılması 

tələb olunur: ETSN-ə ilkin qiymətləndirmə üçün ərizə  təqdim olunanda və  ƏMTQ 

prosesi zamanı. Sənədi hazırlayan tərəfin təsirə  məruz qalan əhalini təklifə dair 

müzakirələrə cəlb edəcəyi nəzərdə tutulur. 

Monitorinq 

Sənədi hazırlayan tərəf monitorinq proqramı vasitəsilə ƏMTQ təsdiqinin şərtlərinə daim 

uyğunluğun təmin edilməsinə cavabdehlik daşıyır. Sənədi hazırlayan tərəfin monitorinq 

məlumatlarının dəqiqliyini və etibarlılığını təsdiq etmək məqsədilə ETSN yerinə yetirilən 

işlərin yoxlanılmasını  həyata keçirir. Sənədi hazırlayan tərəf, monitorinq nəticəsində 

ƏMTQ təsdiqinin şərtlərinə münasibətdə uyğunsuzluqlar aşkar edildiyi halda bu barədə 

ETSN-ə məlumat vermək və zəruri tədbirlər görmək üçün cavabdehlik daşıyır.  

 

                                                      



3

  Mənbə:  ƏMTQ Təlimat Kitabçasının və “Azərbaycandakı Yeni Neft və Qaz Layihələri çərçivəsində  ƏMTQ”-nin 

yoxlanılmasına əsasən, Pərviz, 2005. 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə