Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə23/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   19   20   21   22   23   24   25   26   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/13



2.5 Regional Proseslər 

 

2.5.1 Avropa 



İttifaqı 

 

Aİ ilə Azərbaycanın münasibətləri başlıca olaraq Aİ-Azərbaycan arasında Tərəfdaşlıq və 



Əməkdaşlıq Sazişinə (TƏS) və Avropa Qonşuluq Siyasətinə (AQS) əsaslanır. 

 

TƏS 1999-cu ildə qüvvəyə minmişdir. Həmin sazişin 43-cü Maddəsinə əsasən: 



 

“Azərbaycan Respublikası öz qanunvericiliyinin tədricən  İttifaqın qanunvericiliyinə 

uyğunlaşdırılmasını təmin etmək üçün səy göstərməlidir ”.  

 

TƏS çərçivəsində  Aİ  tərəfindən Azərbaycanın  ətraf mühitin mühafizəsinə dair 



qanunvericiliyinin Aİ Direktivləri üzrə qiymətləndirilməsi nəticəsində milli qanunvericiliyin Aİ 

Direktivlərinə uyğunlaşdırılması üçün bir sıra tövsiyələr müəyyən edilmişdir

4

. Bunun əsasında, 



institusional potensialı  və  xərcləri nəzərə almaqla milli qanunvericiliyə düzəliş  və  əlavələrin 

edilməsinə universal yanaşmanı vurğulayan milli proqramın layihə variantı  işlənib 

hazırlanmışdır

5



 

Genişlənməsindən sonra Avropa İttifaqı AQS-nin həyata keçirilməsinə başlamış  və 2004-cü 

ildə Azərbaycan həmin siyasətin iştirakçısı olmuşdur. AQS-nin həyata keçirilməsi üzrə hazırkı 

Milli  İndikativ Proqrama

6

  ətraf mühitin mühafizəsi sektorunda qanunvericilik islahatlarını 



dəstəkləməyə dair öhdəlik daxil edilmişdir, o cümlədən: 

 

 Azərbaycanın  ətraf mühitin mühafizəsinə dair qanunvericiliyinin və standartlarının Aİ 



qanunvericilik və standartlarına uyğunlaşdırılması; 

 

Ətraf mühitin mühafizəsinə dair kompleks icazə sistemi vasitəsilə idarəetmə 



potensialının gücləndirilməsi; 

 

Ətraf mühitə  təsirlərin qiymətləndirilməsi üzrə prosedurların və strukturların 



təkmilləşdirilməsi; və 

 Sektorlara 

aid 

ətraf mühitin mühafizəsinə dair planların işlənib hazırlanması (tullantılar 



və su ehtiyatlarının idarə olunması, havanın çirklənməsi və s.) 

 

2.5.2 Avropa 



üçün 

Ətraf Mühit 

 

“Avropa üçün Ətraf Mühit”



7

, üzv dövlətlərin, o cümlədən Azərbaycanın və Birləşmiş Millətlər 

Təşkilatının Avropa İqtisadi Komissiya (UNECE) regionu çərçivəsində digər təşkilatların 

tərəfdaşlığıdır. “Avropa üçün Ətraf Mühit” tərəfdaşlığının rəhbərliyi və  dəstəyi ilə nazirlər 

səviyyəsində  ətraf mühitin mühafizəsinə dair bir sıra konfranslar keçirilmiş  və  nəticədə bu 

sənədin 2.4 Bölməsində təsvir olunmuş UNECE konvensiyaları yaradılmışdır.   

 

2.6 Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Standartlar və Təcrübələr 

 

ŞD ilə  əlaqədar işlərin ictimai səhiyyə, təhlükəsizlik və mühafizə  və  ətraf mühitin bərpası 



baxımından milli qanunvericiliyə uyğun olması  tələb olunur, bu şərtlə ki, həmin tələblər  

Ekoloji Standartlardan sərt olmasın (ŞD HPBS, Maddə 26.4). Buna görə  də müvafiq 

beynəlxalq sənaye standartlarının nəzərə alınması milli qanunvericiliyin tətbiq oluna bilmə 

mümkünlüyünün müəyyən edilməsi zamanı mühüm bir element hesab olunur. Sənaye 

standartları, o cümlədən Neft Sənayesi Beynəlxalq Geoloji Kəşfiyyat və Hasilat Şirkətləri 

Forumunun (E&P Forum), Geofizika Təşkilatlarının Beynəlxalq Assosiasiyasının (IAGC) və 

Qazma  əməliyyatları üzrə Podratçıların Beynəlxalq Assosiasiyasının (IADC) standartları  ŞD 

                                                      

4

  Məmmədov, A. və Apruzzi, F. (2004) Aİ  və Azərbaycan arasında Tərəfdaşlıq və  Əməkdaşlıq Sazişinin həyata 



keçirilməsinə dəstək. Ətraf mühitə və təbii ehtiyatlardan istifadəyə dair cədvəl şəkilli hesabat. Hesabat “TACIS” üçün 

hazırlanmışdır. 

5

 SOFRECO Davamlı  İqtisadi və Sosial İnkişaf üzrə  Məsləhət  Şirkəti (tarixi qeyd olunmayıb) Aİ  və Azərbaycan 



arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dəstək, Qanunvericiliyin uyğunlaşdırılmasına dair 

proqramın layihə variantı. 

6

 MİP (2007) Avropa Qonşuluq və Tərəfdaşlıq Aktı, Azərbaycan Milli İndikativ Proqramı. 



7

 UNECE (2008) Avropa üçün Ətraf Mühit (

http://www.unece.org/env/efe/welcome.html




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/14



HPBS-də konkret olaraq qeyd olunmuşdur. HPBS çərçivəsindəki tikinti fəaliyyətləri ilə bağlı 

spesifik beynəlxalq standartlar mövcud deyil.  

 

2.7 BP şirkətinin tələbləri 

 

“Yeni giriş layihələri, İri layihələr, Beynəlxalq Mühafizə Olunan Ərazi Layihələri və Əldə etmə 



barədə danışıqlar üçün Ekoloji və Sosial Tələblər” adlı BP Qrupunun Müəyyən etdiyi Təcrübə 

(QMT)  ətraf mühit və sosial sahə üzrə potensial təsirlərin “skrininq” adlandırılan ilkin 

müəyyənləşdirilməsi üçün dəqiq və ardıcıl bir metodika ortaya qoyur. Bu təcrübə BP-nin 

layihələrin potensial ekoloji və sosial təsirlərinin idarə edilməsinə yardımçı olan tövsiyələrini 

əhatə edən “Layihələr üçün ekoloji və sosial məsələlərlə bağlı tövsiyələr” adlı Qrup Tövsiyə 

Təcrübəsi (QTT) sənədinə  əsaslanır. QTT sənədi  ŞD2  İnfrastruktur Layihəsinin fəaliyyətləri 

üçün münasib olan yeddi Təsirlərin  İdarə Olunması Prosesini  (TİOP) və on altı  İcra 

Göstəriciləri üzrə Tövsiyəni (İGT) əhatə edir.  

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə