Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə25/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   21   22   23   24   25   26   27   28   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/4 

Yekun variant

 

3.2.1  İlkin müəyyənləşdirmə və əhatə dairəsinin müəyyənləşdirilməsi 

 

İlkin müəyyənləşdirmə qiymətləndirmə prosesində birinci mərhələdir. Bu mərhələ layihənin 



həyata keçirildiyi müddət boyunca layihənin və onunla əlaqədar fəaliyyətlərin növünü biofiziki 

mühit, sosial-iqtisadi və siyasi-normativ baza baxımından qiymətləndirməklə  ƏMSSTQ-yə 

zərurətin olub-olmadığını (və ya digər qaydada) təsdiqləyir. 

 

ŞD2  İnfrastruktur Layihəsi ilə bağlı yerləşən sahəni, miqyası  və planlaşdırılan fəaliyyətləri 



nəzərə alaraq, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb ki, layihə üçün 

ƏMSSTQ tələb olunacaq və  ƏMSSTQ “Siyasi, Normativ-Hüquqi və  İnzibati Baza” adlı 2-ci 

Fəsildə müəyyənləşdirilmiş qüvvədə olan milli və beynəlxalq qanunvericiliyi, ŞD üzrə HPBS-ni 

və BP standartların; nəzərə almalıdır. 

 

Əhatə dairəsinin müəyyənləşdirilməsi layihə  fəaliyyətləri ilə  ətraf mühitin “reseptorları” 



arasındakı gözlənilən “qarşılıqlı  əlaqələrin” yüksək səviyyəli qiymətləndirilməsidir. Bu 

mərhələnin məqsədi qiymətləndirmədə diqqəti  əsas problemlərə yönəltmək və  fəaliyyətlərin 

nəzərəçarpan təsirlə  nəticələnəcək məhdud potensialına  əsaslanmaqla təsirin tam 

qiymətləndirilməsi prosesindən bir sıra fəaliyyətləri ləğv etməkdir. “Əhatə dairəsindən/iş 

həcmindən fəaliyyətin/hadisənin xaric edilməsi” qənaətinə gəlmək üçün əvvəlki fəaliyyətlər və 

hadisələrlə bağlı  təcrübələrə  əsasən ekspert və alimlərin birgə  rəyindən, bəzi hallarda isə 

əhatə dairəsi səviyyəsində  kəmiyyət təhlilindən (məsələn, emissiyaların və atqıların 

modelləşdirilməsi) istifadə olunur. 

 

ŞD2 İnfrastruktur Layihəsi üzrə əhatə dairəsinin müəyyənləşdirilməsi prosesinə aşağıdakılar 



daxildir: 

 

 Layihə fəaliyyətləri üçün müvafiq olan mövcud ekoloji və sosial-iqtisadi məlumatların və 



hesabatların nəzərdən keçirilməsi; və 

 

Məlumatları toplamaq və layihə  fəaliyyətlərinə dair anlayış formalaşdırmaq üçün ŞD 



İnfrastruktur üzrə Layihələndirmə Heyəti ilə əlaqə saxlanılması. 

 

Bu yoxlamaların, araşdırmaların və  məsləhətləşmələrin nəticələrinə  və  əldə edilmiş faktlara 



əsasən, ŞD2 İnfrastruktur Layihəsinin Heyəti aşağıdakıları müəyyənləşdirmişdir: 

 

 



ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri və ekoloji/sosial-iqtisadi reseptorlar arasında 

mümkün qarşılıqlı əlaqəyə əsasən layihə ilə bağlı ətraf mühitə və sosial-iqtisadi sahəyə 

təsirlər; və 

 

Ətraf mühitə və sosial-iqtisadi sahəyə dair məlumatların və/və ya texniki məlumatların 



miqyası, dərinliyi və/və ya keyfiyyəti  ŞD2  İnfrastruktur Layihəsinin  ƏMSSTQ prosesi 

üçün kifayət dərəcədə olmaması kimi çatışmazlıqlar (beləliklə  də,  ƏMSSTQ-ni 

tamamlamaq üçün zəruri əlavə işləri müəyyənləşdirmişdir). 

 

3.2.2 Layihənin Alternativləri və  Əsas kimi qəbul edilmiş layihələndirmə 



variantı 

 

3.2.3.1 Layihənin Alternativləri 

 

Layihənin müəyyənləşdirilməsində atılan ilkin addım konseptual səviyyədə layihənin 



məqsədəuyğun alternativlərini müəyyən etməkdən ibarət olmuşdur ki, Əsas kimi Qəbul Edilən 

Layihələndirmə Variantını reallaşdırmaq mümkün olsun. Layihənin alternativləri iki səviyyədə 

nəzərdən keçirilir: 

 

 Bütövlükdə işlənmə üzrə, o cümlədən “işlənmənin olmaması” variantı da daxil olmaqla; 



və 

 Layihənin seçilmiş konseptual layihələndirmə konteksti çərçivəsində mühəndis-

layihələndirmə alternativləri. 

 

Layihənin alternativləri ŞD2 İnfrastruktur Layihəsinin ilkin konseptual layihələndirməsi zamanı 



müəyyənləşdirilmişdir və maliyyə, texniki layihələndirmə, texniki təhlükəsizlik,  ətraf mühit və 


Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/5 

Yekun variant

 

sosial-iqtisadi sahəyə aid meyarlar üzrə müqayisə edilmişdir. Bütün meyarlar baxımından ən 



yaxşı balansı  təşkil edən alternativ seçilərək sonrakı müfəssəl layihələndirmə  mərhələsinə 

keçirilmişdir. 

 

“Qiymətləndirilmiş Variantlar” adlı 4-cü Fəsildə  ŞD2  İnfrastruktur Layihəsi üzrə 



qiymətləndirilmiş variantların və  nəzərdən keçirilmiş alternativ layihələndirmələrin xülasəsi 

təqdim olunub. 

 

3.2.3.2 Layihə üzrə Layihələndirmə İşləri 

 

ŞD2  İnfrastruktur Layihəsinin  ƏMSSTQ Heyəti  ƏMSSTQ üzrə müvafiq məlumatların 



toplanılması və təfsir olunması üçün ŞD2 İnfrastruktur Layihəsinin Layihələndirmə Heyəti ilə 

birgə  işləmişdir. Heyətlər arasındakı bu dialoq təsirləri azaltmaq üçün ŞD2  İnfrastruktur 

Layihəsinin Əsas kimi Qəbul Edilən Layihələndirmə Variantında mövcud nəzarət tədbirləri və 

əlavə  təsirazaltma tədbirləri baxımından harada layihənin  əlavə layihələndirmə kontekstinin 

tələb olunduğunu müəyyənləşdirmişdir.  Ətraf mühit və sosial-iqtisadi sahədəki 

təkmilləşdirmələr üçün müəyyənləşdirilmiş imkanlar heyətlər tərəfindən nəzərdən keçirilmişdir 

və müvafiq və praktiki olan hallarda Əsas kimi Qəbul Edilən Layihələndirmə Variantına daxil 

edilmişdir. 

 

ŞD2  İnfrastruktur Layihəsinin təsirlərinin qiymətləndirilməsinin  əsaslandığı  ŞD2  İnfrastruktur 



Layihəsi üzrə  Əsas kimi Qəbul Edilmiş Layihələndirmə Variantı “Layihənin Təsviri” adlı 5-ci 

Fəsildə təqdim olunub. 

 

3.2.3 Mövcud 

Şərtlər 

 

Reseptorlara potensial təsirləri müəyyənləşdirmək məqsədilə, layihə  fəaliyyətlərinin 



icrasından  əvvəl mövcud şərtlərə dair anlayış formalaşdırılmışdır.  ŞD2  İnfrastruktur 

Layihəsinin ƏMSSTQ prosesi üzrə Əhatə Dairəsinin Müəyyənləşdirilməsi işləri müəyyən etdi 

ki, layihə çox güman ki aşağıdakı reseptor qruplarına təsirlərin olması ilə nəticələnəcək: 

 

 



Bioloji/Ekoloji Reseptor;  

 Fiziki 

Reseptor/Xüsusiyyət; 

 Torpağın, Qrunt Sularının və Səth Sularının Keyfiyyəti; və 

 Sosial-İqtisadi sahə/İnsanlar.  

 

1996-cı ildən 2011-ci ilədək olan müddəti əhatə edən ilkin vəziyyətə dair mövcud məlumatlar 



və o cümlədən, davam etməkdə olan Kompleks Ekoloji Monitorinq Proqramının (KEMP) 

nəticələri nəzərdən keçirilmişdir ki, Terminal ətrafı daxilindəki mövcud şərait 

müəyyənləşdirilsin. Ətraf mühitə dair əlavə məlumatlar toplamaq məqsədilə həmçinin bir sıra 

spesifik tədqiqatlar da həyata keçirilmişdir. Buraya səs-küy, qoxu, vizual kontekst və 

işıqlandırma ilə bağlı  tədqiqatlar daxil idi. Meteoroloji və hidroloji məlumatlar Bakı Dövlət 

Universitetinin Milli Hidrometeoroloji Departamenti və Azərbaycan Respublikası Milli Elmlər 

Akademiyasının Coğrafiya İnstitutu tərəfindən təqdim olunmuşdur. 

 

Mövcud sosial-iqtisadi şərait ilə bağlı  məlumatlar ikinci dərəcəli məlumat mənbələrindən, o 



cümlədən Dövlət Statistika məlumatlarından və birbaşa olaraq Qaradağ Rayon İcra 

hakimiyyətindən əldə olunmuşdur. Terminal ətrafındakı yerli icmalar daxilindəki sosial-iqtisadi 

şəraiti xarakterizə etmək məqsədilə müvafiq ən son məlumatları  əldə etmək üçün Maraqlı 

Tərəflər və Sosial-İqtisadi Sahə üzrə  Tədqiqat (MTSİST) da həmçinin aparılmışdır. Bu 

tədqiqatla bağlı daha müfəssəl məlumatlar “Məsləhətləşmə  və  Məlumatın  İctimaiyyətə 

Təqdim Olunması” adlı 8-ci Fəsildə təqdim olunub. 

 

“Ətraf Mühitin Təsviri” adlı 6-cı  Fəsildə  və “Sosial-İqtisadi Sahənin Təsviri” adlı 7-ci Fəsildə 



hazırkı  ƏMSSTQ-ni məlumatla təmin etmək üçün həyata keçirilmiş spesifik ekoloji 

tədqiqatların, mövcud məlumatların və MTSİST-in nəticələrinin nəzərdən keçirilməsinə 

əsaslanan mövcud ətraf mühitlər təsvir olunur. 

 

 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə